cisim və hadisələrin bütün xassələrinin bütövlükdə beyində inikasıdır. Qavrayış daha mürəkkəb idrak prosesidir. Onun tərkibinə
duyğularla yanaşı insanın keçmiş təcrübəsi də daxildir. Qavrayış və
duyğu üçün ümumi cəhət odur ki, cisim və hadisə bilavasitə hiss
üzvlərinə təsir edir. Qavrayışın duyğudan fərqi ondadır ki, duyğuda bir
analizator, qavrayışda isə ən azı iki analizator iştirak edir.
-Müasir dövrdə qavrayış prosesi ilə bağlı iki bir-birinə zidd nəzəriyyə
mövcuddur. Məlum olduğu kimi, onlardan biri geştalt (surətlər)
nəzəriyyəsidir. Bu nəzəriyyənin tərəfdarları hesab edirdilər ki, insan
və heyvanların sinir sistemi xarici təsirləri ayrı-ayrılıqda deyil,
kompleks şəkildə qavrayırlar. Məsələn, əşyanın forması, rəngi və
hərəkəti ayrı-ayrılıqda deyil, bütöv bir tam kimi qavranılır. Bu
nəzəriyyənin əksinə olaraq bihevioristlər sübut edirdilər ki, yalnız
sadə sensor (hissi) funksiya mövcuddur və təhlil qabiliyyəti ancaq baş
beyinə xasdır. Müasir psixologiya elmi bu iki bir-birinə zidd
nəzəriyyəni birləşdirməyə çalışır. Hesab edilir ki, başlanğıcda qavrayış
kifayət qədər kompleks xarakter daşıyır, amma surətlərin tamlığı baş
beyin qabığının təhliledici fəaliyyətinin məhsuludur.
23.Qavrayışın xüsusiyyətləri Qavrayışın bir sıra xüsusiyyətləri vardır:
1.Qavrayışın tamlığı. Bu halda qavrayış sadəcə olaraq duyğuların
mexaniki məcmusu kimi çıxış etmir, predmeti bütövlükdə, tam halda
əks etdirir. Buna səbəb cismin bütün xassələrinin bir kompleks qıcıq
kimi, eyni zamanda bir və ya bir neçə analizatora təsir göstərməsidir.
Məsələn, məxmər parçaya baxdıqda onun ancaq qara olduğunu deyil,
həm də yumşaq olduğunu qavrayırıq. Halbuki gözlə yumşaqlığı
duymaq olmaz, yaxud, stolun üstündəki kitabı qavrayarkən, yalnız
onun rəngini deyil, həm də həcmini, ölçüsünü, formasını əks etdirir.
ə
Qavrayışın tamlığı obyektiv gerçəklikdə olan cisimlərin özl rinin
tamlıq xüsusiyyət ilə təyin edilir. Odur ki, hətta qavrama şəraiti
dəyişilsə də qavrayış surəti özünün tamlığını itirmir.