16.Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri



Yüklə 236,94 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix06.12.2022
ölçüsü236,94 Kb.
#72583
1   2   3   4   5   6   7   8   9   ...   13
16-29

•İybilmə duyğuları. İy duyğularının reseptoru burun boşluğunun 
yuxarı hissəsində yerləşir. Adətən insanlar iyləri onların xoş və ya 


xoşagəlməz olması ilə fərqləndirirlər. Müasir insanlarda digər duyğu 
üzvləri ilə müqayisədə iy duyğuları az əhəmiyyət kəsb edir. Lakin 
görmə və eşitmə duyğularından məhrum olan insanlarda iy 
duyğularının həssaslığı artır və vacib duyğuya çevrilir. Kor adamlar 
insanları, əşyaları iyinə görə fərqləndirir və tanıyır. 
•Dəri duyğuları. Dərinin səthində müxtəlif növ sinir ucları olur.
Onların bəziləri yalnız toxunmanı, digərləri yalnız isti və soyuğu 
duymağa imkan verir. Dərinin müxtəlif sahələrində bu duyğular fərqli 
şəkildə qıcıq yaradır. Dəri duyğularının özünəməxsus növlərindən biri 
də ehtizaz duyğusudur. Rəqslərin (titrəyişlərin) dəri vasitəsilə əks 
etdirilməsi ehtizaz duyğusu adlanır. Məsələn, küçədən maşın keçəndə 
pəncərənin şüşəsi laxlayırsa, əlimizlə şüşənin titrədiyini duyarıq. 
Normal inkişaf etmiş insanlarda ehtizaz duyğusu çox zəif formada 
özünü göstərir. Lakin lal-kar, kor insanlarda duyğunun bu növü 
yüksək səviyyədə inkişaf edir. 
•Üzvü duyğular (daxili duyğular). Üzvü duyğulara aclıq, susuzluq
toxluq, ürəkbulanma və s. Aiddir. Üzvü duyğuların reseptorları daxili 
üzvlərin səthində yerləşən sinir uclarından ibarətdir. Daxili üzvlər 
normal vəziyyətdə olduqda ayrı-ayrı duyğular vahid duyğuya 
çevrilərək insanın ümumi sağlamlıq vəziyyətini əks etdirir. 
•Ağrı duyğuları. Ağrı duyğularının müxtəlif və özünəməxsus təbiəti 
var. Birincisi, o, dərinin səthində, əzələlərdə və daxili üzvlərdə 
yerləşən xüsusi reseptorlara malikdir. Dəridə, əzələdə baş verən 
mexaniki zədələr və daxili üzvlərin xəstəliyi nəticəsində ağrı 
duyğuları baş verir. İkincisi, yüksək qıcıqlandırıcı müvafiq 
analizatorda ağrı duyğusu yaradır. Hədsiz güclü işıq, səsküy, soyuq, 
isti, kəskin iy ağrı duyğusuna səbəb olur. Ağrı duyğusu xoşagəlməz 
olsa da insanı təhlükədən qoruyur, sağlamlığında baş verən 
pozuntulardan xəbərdar edir. Əgər ağrı duyğusu olmasaydı insan 
sağlamlıq vəziyyətindən xəbər tuta bilməz, nəticədə təhlükə ilə 
üzləşərdi. 



Yüklə 236,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin