2.Daxili duyğular. Onların reseptorları daxili üzvlərdə, həmçinin,
bədənin toxumalarında yerləşir və daxili üzvlərin
vəziyyətini əks
etdirir. Aclıq, toxluq, ağrı, susuzluq duyğuları bu qrupa daxildir.
3.Hərəki və müvazinət duyğuları. Onların reseptorları oynaq və
əzələlərdə yerləşir, bədənimizin hərəkəti və vəziyyəti haqqında
məlumat verirlər.
•Görmə duyğusu. Xarici duyğular içərisində görmə duyğusu mühüm
yer tutur.
Müəyyən edilmişdir ki, ətraf aləmdən insan beyninə daxil
olan informasiyaların 80-90%-i məhz görmə analizatoru
vasitəsilə
verilir. Görmə duyğusu sayəsində biz cisimlərin forma və rəngini,
ölçüsünü, həcmini, məsafəsini dərk edirik.
Görmə duyğusu rəng və
işıq duyğusu yaradır. Bir çox hallarda insanların normal rəng duyğusu
pozulur.
Onun səbəbi irsi xəstəliklər, gözün zədələnməsi və s. Ola
bilər. Belə insanlar ətrafda olan hər şeyi yalnız bir rəngdə görürlər. Bu
xəstəlik daltonizm adlanır. Xəstəliyin adı onu kəşf edən həkim
Daltonun adından götürülüb.
•Eşitmə duyğusu. Eşitmə analizatorunun qıcıqlandırıcısı səs
dalğalarıdır.
İnsan qulağı 16-dan 20000 hersədək səsləri eşidə bilir.
Eşitmə də
görmə kimi insan həyatında mühüm əhəmiyyətə malikdir. Bütün
eşitmə duyğuları nitqi, musiqi səslərini və gurultulu səsləri (səs-
küyləri) əks etdirir. Onların da hüdudu var. Belə ki,
çox səs-küy sinir
sistemini pozur, insanda əsəbilik, yorğunluq törədir.
•Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda,
yaxud tüpürcəkdə
həll olunması nəticəsində ağız boşluğunda dad duyğusu əmələ gəlir.
İnsanın ağzı quruduqda ora qoyulan qənd heç bir dad duyğusu əmələ
gətirmir. Dad reseptorları ağız boşluğunda yerləşir və onların dörd
növü var: şirinlik, duzluluq, acılıq, turşuluq. İnsanın
dilinin ucu şirinə,
yanları turşuya, kökü acıya daha həssasdır.
Dostları ilə paylaş: