Dekorativ rəsmin tədrisi metodikası” Təsviri incəsənət



Yüklə 21,15 Kb.
səhifə1/2
tarix22.05.2023
ölçüsü21,15 Kb.
#119281
  1   2
Dekorativ rəsmin tədrisi metodikası


Dekorativ rəsmin tədrisi metodikası”
Təsviri incəsənət — görüb qavranılan obyektiv varlığın bədii əksctdimıə fəaliyyətidir. Bədii incəsənət, düşüncə və hissin inkişafına daha aydın və canlı təsir edərək, həqiqətin daha dolğun başa düşülməsinə, həmçinin həqiqi həyat və hadisələrə müəyyən münasibət tərbiyə edir. İncəsənət vasitəsi ilə müşahidə olunan həyat hadisələrini görmək və xarakterizə etmək bacarığı tərbiyə olunur. İncəsənət insanları ruhlandırır, düşündürür, mübarizəyə çağırır. Bədii formaca bütöv, özünün ideya məzmunu ilə zəngin olan incəsənət əsərləri bədii zövqü tərbiyə edir, incəsənətdə, həqiqətdə. məişətdə və təbiətdə gözəlliyi qiymətləndirmə bacarığı aşılayır. Təsviri sənət qanunları əsasında insanda bədii estetik tələblər formalaşır; gözəlliyi görmək, qiymətləndirmək, yeniliyə, yaradıcılığa can atmaq, çalışmaq və s. kimi keyfiyyətlər aşılanır. Təsviri sənət uşaqlarda ətraf aləmi görmək bacarığı, obyektiv qanunauyğunluğu və harmoniyanı, rənglər və formalar dünyasını anlamağı, dərketməyi aşılayır. Naxış kompozisiyası və onun rəng düzülüşü uşaqlara tədricən, təsviri mümkün olan estetik qanunauyğunluqlara tabedir, məxsusdur. Dekorativ rəsm, applikasiva məşğələləri uşaqlarda bədii zövqün inkişafına təsir edir. 3-4 yaşlarından başlayaraq uşaqlara dekorativ fəaliyyətdə əvvəlcə sadə ritmik təkrarlanan elementlər (qırıq xətlər), daha sonra sadə lakin, müxtəlif elementlərin bir-birini əvəz etməklə təkrarlanması (qırıq xətt və nöqtə) mənimsodilir. Getdikcə, təlim məsələsi mürəkkəbləşir və 4-5 yaşlı uşaqlara naxış elementlərini məhdud sahə daxilində ritmik (zolaq daxilində) ardınca simmetrik (diizbucaq kvadrat) yerləşdirmə bacarığını mənimsədi lir. Böyük və məktəbəhazırlıq qruplarında, yaş səviyyəsi və qavrama qabiliyyətinə uyğun olaraq naxış elementlərinin təsviri mürəkkəbləşir. Nəbati naxışlar (yarpaqlar, güllər) və meyvələr naxış elementi kimi verilir Məktəbəhazırlıq qrupunda uşaqlara milli naxış elementlərini: (qoşbuynuzu, buta, və s.) mənimsətməklə yanaşı milli sərvətimiz olan neft buruqlarını, milli məşğuliyyətimiz olan pambıq, zəfəran, üzüm salxımları, həmçinin Qarabağ atları naxış elementi kimi tədris edilir. Rəng anlayışında əsas rənglərlə bərabər daha incə rəng çalarları mənimsədilir.
Uşaqlar akvarel boyalarla işləyərək açıq tünd boyalar alırlar. Applikasiya məşğələsində uşaqlar əvvəlcə eyni formalı, daha sonra müxtəlif formada, böyüklükdə və rəngdə olan hazır formalar (məhdud sahə daxilində) yapışdırırlar. Dekorativ yapmanın təlimində, dekorativ incəsənət əsərlərindən istifadə edilir. Baxış zamanı uşaqların diqqəti əşyanın gözəlliyinə zəngin, zövq oxşayıcı tərtib üsuluna yönəlir. Uşaqlara dekorativ incəsənət əsərlərində əsas ifadə vasitələrini görmək və ayırmaq zəngin və kompozisiyanın uyğunluğunu dərk elməklə yanaşı verilmiş naxış elementlərini və onların yerləşdirilməsini qavramaq və seçmək bacarığı mənimsədilir. Təsviri sənətin digər əsas növlərindən biri də Dеkоrativ Tətbiqi Sənətdir. Bu sənət növü məişətdə işlədilmək üçün bədii məmulatlar hazırlayan yaradıcılıq sahələrini əhatə еdir. Dеkоrativ Tətbiqi Sənət əsəri hazırlandığı matеriala və işlənmə tеxnikasına görə müxtəlif оlur. Dеkоrativ Tətbiqi Sənət əsərlərinin naxış, bəzək və rəsmlərində məxsus оlduğu xalqın mənəvi aləmi, yaşayış tərzi bədii – еstеtik görüşləri adət və ənənələri əks оlunur. Məmulaların üzərinə vurulan bəzəklər оnu bədii cəhətdən daha rövnəqli göstərdiyindən məişət əşyaları çоx vaxt məhz bəzəklərinə görə Dеkоrativ Tətbiqi Sənət əsəri hеsab оlunur. Dеkоrativ Tətbiqi Sənət əsərinin tərtibatında оrnamеntdən və təsviri sənətin еlеmееn və üsullarından istifadə оlunur. Ən еrkən çağlardan mеydana gəlmiş Dеkоrativ Tətbiqi Sənət əsrlər bоyu xalqların mühüm, bir çоx xalq üçün isə əsas bədii yaradıcılıq sahəsi оlmuşdur. Dеkоrativ Tətbiqi Sənət Şərq ölkələrində, о cümlədən Azərbaycan da da qədim vaxtlardan inkişaf еtmişdir. Azərbaycanda dеkоrativ sənətin xalçaçılıq, dulusçuluq, zərgərlik, tоxuculuq kimi sahələri inkişaf еtmişdir. Оrta əsrlərə aid Azərbaycan dulusçuluq sənətinin nümunələri, şüşə, mеtal məmulatlar оrijinal fоrması, bəzəklərinin gözəlliyi ilə fərqlənir. Araşdırmalar nəticəsində məlum оlmuşdur ki, Dеkоrativ Tətbiqi Sənətin əsas elementi olan оrnamеntal kompozisiyalar fоrmasına görə aşağıdakı növlərə bölünürdü: - həndəsi ornament; Tədricən texniki və simvolik ornamentlərdə xətt və ləkələr nisbətən mürəkkəbləşməyə başlayır.
- bitki ornamenti; Həndəsi ornamentlərdən sonra ən geniş yayılmış ornament bitki ornamentlərini hesab etmək olar. - kalliqrafik ornament; Bu ornament ayrı- ayrı hərf və ya mətn elementlərindən təşkil olunur. - fantastik оrnamеnt; bеlə оrnamеntin əsasını uydurulmuş, əksər hallarda mifоlоji tərkibi оlan təsvirlər təşkil еdir. - astrоlоji оrnamеnt; О, «astral»- ulduz, səma, günəş, bulud və s. göy cisimlərini təsvir еdən оrnamеntlərdən ibarətdir. Dekorativ-tətbiqi sənət insanın məişətini bəzəmək səyi nəticəsində yaranaraq, onun gözəllik duyumunu özündə ifadə edir. Əsrlər boyu insanlar çox dəyərli bədii əşyalar yaratmışlar. Bu əşyalar dövrümüzədək çox uzun bir yol keçmiş, hər bir dövr haqqında dəqiq məlumatlar çatdırmışdır. Dekorativ-tətbiqi sənət növləri çox qədim zamanlardan mövcuddur. Onların arasında müxtəlif xalqlarda hörmə və toxuculuq xüsusilə geniş yayılmışdır. İnsanlar hörməni dulusçuluqdan daha əvvəl öyrənmişlər. Qədim dövrdə insanlar uzun və yumşaq ağac budaqlarından yaşayış evləri, dam örtüyü, çəpər, qayıq, səbət, zənbil, müxtəlif ehtiyaclar üçün əşyalar hörmüşlər. Hörmə üsulu ilə ən müxtəlif materiallardan: qamışdan, iplərdən (kəndirdən), dəridən, məftildən, otlardan və çiçəklərdən müxtəlif əşyalar hazırlamaq olar. Hörmənin inkişafı sonrakı dövrlərdə toxuculuq sənayesinin inkişafına təkan vermişdir. Müxtəlif millər vasitəsilə toxuma da hörmənin bir növüdür. Bizi məişətdə toxuma üsulu ilə hazırlanmış çoxlu əşya əhatə edir. Onlardan biri də əllə toxunmuş xalçalardır. Hələ orta əsrlərdə xalça üzərində insanı, onun məişətini təsvir etmək ənənəsi mövcud olmuşdur. Belə xalçalara süjetli xalçalar deyilir. Onların üzərində verilmiş insan təsvirində miniatürlərə xas kompozisiya həlli müşahidə olunur. Xalq rəssamı Kamil Əliyevin yaradıcılığında insan təsvirləri müasir xalçaçılıq sənətində geniş tətbiqini tapmışdır. Onun yaratdığı xalça-portretlər təkrarsızdır, ən əsası isə, bu təsvirlər obrazın mahiyyətini, onun daxili aləmini və əzəmətini böyük məharətlə açıqlaya bilir. Nəbati ornamentlər – Gül, yarpaq, budaq kimi təbiət formalarından ibarət olan naxışlar.

Bu ornamentlər həndəsi ornamentlərdən sonra ən geniş yayılmış ornamentlərdir. Nəbati ornamentlərin əsas elementi stilizə olunmuş bitki təsvirlərini təşkil etməsidir. Azərbaycanda nəbati naxışlar içərsində ən çox yayılmış naxışlar güllərdən (lalə, qızılgül, süsən, qərənfil və s.) və ağaclardan (nar, palıd, sərv və s.) ibarət olan naxışlardır. Nəbati naxışlardan Azərbaycanın sənət abidələrində geniş istifadə olunmuşdur. XV-XVIII yüzillərdə bu tipli bəzək elementləri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Nəbati ornamentlər içərisində çox yayılmış kompozisiyalardan biri “İslimi” adı ilə geniş şöhrət tapmış naxış ünsürüdür. Onun adı “buxar, buğ, istilik axını” mənasına gələn “islim” kəlməsindən qaynaqlanır. Bu nəbati bəzək motivi təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq xalqlarının ornamental sənətində də mərkəzi yer tutur. “İslimi” qəbilində olan bəzəklər adətən bəzədilən əşyanın kənarlarına haşiyə kimi vurulurdu. “İslimi” öz dinamik, sanki daima hərəkətdə olan rəsmi ilə dairəvi əşyaları bəzəyərkən xüsusilə gözəl və bədii görünür. Naxış kompozisiyası və onun rəng düzülüşü uşaqlara tədricən,təsviri mümkün olan estetik qanunauyğunluqlara tabedir, məxsus dur. Dekorativ rəsm, applikasiva məşğələləri uşaqlarda bədii zövqün inkişafına təsir edir. 3-4 yaşlarından başlayaraq uşaqlara dekorativ fəaliyyətdə əvvəlcə sadə ritmik təkrarlanan elementlər (qırıq xətlər), daha sonra sadə lakin, müxtəlif elementlərin bir-birini əvəz etməklə təkrarlanması (qırıq xətt və nöqtə) mənimsədilir. Getdikcə, təlim mə sələsi mürəkkəbləşir və 4-5 yaşlı uşaqlara naxış elementlərini məhdud sahə daxilində ritmik (zolaq daxilində) ardınca simmetrik (diiz- bucaq kvadrat) yerləşdirmə bacarığını mənimsədilir. Böyük və məktəbə hazırlıq qruplarında, yaş səviyyəsi və qavrama qabiliyyətinə uyğun olaraq naxış elementlərinin təsviri mürəkkəbləşir. Nəbati naxışlar (yarpaqlar, güllər) və meyvələr naxış elementi kimi verilirMəktəbə hazırlıq qrupunda uşaqlara milli naxış element lərini: (qoşbuynuzu, buta, və s.) mənimsətməklə yanaşı milli sərvətimiz olan neft buruqlarını, milli məşğuliyyətimiz olan pambıq, zəfəran, üzüm salxımları, həmçinin Qarabağ atları naxış elementi kimi tədris edilir.



Yüklə 21,15 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin