olsaydı, o özünün ətrafında nələr baş verdiyini bilməzdi,
onu əhatə
edən adamlarla ünsiyyətə girməyə müvəffəq olmazdı, qida tapmağı,
təhlükədən yayınmağı bacarmazdı. Duyğular həmişə müəyyən
emosional boyaya malik olur. Məsələn, yaşıl rəng insanı sakitləşdirir,
qırmızı rəng coşdurur, yaxud, iki eyni həcmli yeşiyin biri ağ,
digəri
qara rənglənmişsə, ağ qaraya nisbətən adama yüngül gəlir.
-Duyğular həm xarici aləmdə, həm də orqanizmin daxilində baş verən
proseslər barədə informasiya verir. Bunun sayəsində orqanizmin ətraf
aləmə bələdləşməsi mümkün olur. İnsan
uzun müddət tam təcrid
şəraitində qala bilməz. Belə ki, həmin şəraitdə qalan adamlarda bir
gündən sonra şüur pozğunluğu əmələ gəlir. Yəni onda qarabasmalar,
qarayaxa ideyalar özünü göstərir. Deməli, insan daima duyğuların
verdiyi məlumata istinad edir, onları beynində təhlildən
keçirir və
beləliklə də onda mürəkkəb idrak fəaliyyəti baş verir.
-Bəzi heyvanlar insanlara nisbətən daha güclü duyğulara malikdirlər.
Məsələn, qartal insanla müqayisədə daha yaxşı görür, itlərin eşitmə və
iybilmə duyğusu daha həssasdır. Qarışqalar ultrabənövşəyi işığı
fərqləndirə bildikləri halda insan ümumiyyətlə onu görmür. Yarasalar
və delfinlər ultra səsləri eşidir, insan isə eşitmir.
Lakin insan gözü və
qulağı qartaldan da, itdən də fərqli olaraq daha çox şeyləri fərqləndirə
bilir. Çünki insanın duyğularını onun təfəkkürü zənginləşdirir.
Dostları ilə paylaş: