Tələbə: Azay Əbdülov



Yüklə 4,86 Kb.
tarix25.12.2023
ölçüsü4,86 Kb.
#196461

Tələbə: Azay Əbdülov

  • Tələbə: Azay Əbdülov
  • Fənn: İnformatika
  • Fakültə: Humnaitar fənn
  • Mövzu: Fərdi komputerin texniki bacarıqları

Kompüterin hər hansı bir işi yerinə yetirməsi üçün aparat təminatı ilə yanaşı,ona göstərişlər toplusu, yəni proqramlar lazımdır. Klaviaturada kla vişin basılmasına,siçanın hərəkətinə, başqa kompüterdən informasiyanın alınmasına və digər hərəkətlərə kompüterin necə reaksiya verməsini məhz proqramlar müəyyən edir. Ekrana gö rün tünün çıxarılmasını, sənədin printerdə çap olunması üçün hazırlanmasını, kom püterdə musiqinin səsləndirilməsini proqramlar həyata keçirir.
Kompüterin proqram təminatı [software] kompüter sisteminin ayrılmaz bir hissəsi olub, kompüterin texniki təminatının məntiqi davamını təşkil edir. Kompüterin konkret tətbiq sahəsi onun proqram təminatı ilə müəyyən olunur.Kompüterin özlüyündə heç bir “bacarığı” yoxdur.
Bütün “bacarıqlar” kompüterdə icra olunan proqramlarda cəmləşdirilib. Müasir kompüterlərin proqram təminatı oyun proqramlarından tutmuş elmi proqramlara kimi milyonlarla proqramdan ibarətdir. Kompüterdə olan bütün proqramları şərti olaraq üç sinfə ayırmaq olar: sistem proqramları, tətbiqi proqramlar, proqramlaşdırma alətləri.
Sistem proqramları kompüterin resurslarını – mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün istifadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompüterin sistem proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin. Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur, sistem proq ram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter yandırıldıqda işə düşən, kompüterin bütün hissələrinin tam bir vəhdət halında işləməsini təmin edən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.
Əməliyyat sisteminin köməyilə:

Tətbiqi proqramlar. İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. İndiki zamanda fərdi kompüterlər üçün yüz minlərlə tətbiqi proqramlar işlənib hazırlanmışdır. Onlardan ən çox istifadə olunanlar bunlardır: • mətn redaktorları (prosessorları); • cədvəl verilənlərinin emalı proqramları – elektron cədvəllər; • nəşriyyat sistemləri; • verilənlər bazasının idarə olunması sistemləri; • təqdimatların hazırlanması proqramları; • qrafik redaktorlar; • verilənlərin statistik təhlili proqramları; • kompüter oyunları, öyrədici proqramlar və s.
Proqramlaşdırma alətləri. Bu sinfə aid olan proqramlar sistem və tətbiqi proqram təminatını yaratmaq üçün nəzərdə tutulmuşdur. Proqram təminatının hazırlanması üçün Basic, C++, Pascal və b. proqramlaşdırma dillərindən istifadə olunur. Dünyanın bir çox təhsil müəssisələrində uşaqlara proqramlaşdırmanın əsaslarını öyrətmək üçün LOGO dilindən istifadə olunur.
DİQQƏTİNİZƏ GÖRƏ
MİNNƏTDARAM!
Yüklə 4,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin