-Hər bir analizatorun qabıq
şöbəsində nüvə, başqa sözlə mərkəzi hissə
mövcuddur. Həmin hissədə reseptor hüceyrəsinin
əsas kütləsi
toplanmış olur. Analizatorun nüvəsi incə təhlil və tərkib funksiyasını
yerinə yetirir. Duyğunun baş verməsi üçün bütün analizatorun bir tam
kimi işləməsi zəruridir. Analizator bütün sinir prosesləri yollarının
başlanğıc və əsas hissəsidir. Analizatorun tərkib hissələrinin qarşılıqlı
əlaqəsi orqanizmin ətraf aləmə bələdləşməsinin əsasını və həyat
şəraitindən asılı olaraq orqanizmin fəaliyyətini təmin edir.
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki,
duyğu prosesi xarici
təsirlərin spesifik enerjisinin seçmə qabiliyyətinə, dəyişdirilməsinə
yönəldilmiş və ətraf aləmin adekvat inikasını təmin
edən iş sistemi
kimi həyata keçir.
-Bəzən duyğu prosesinin pozulması hallarına rast gəlinir. Belə patoloji
hallara aşağıdakılar aiddir:
1.Senestopatiya ( göynəmə, dartılma, təzyiq, sancı və s.).
2.Hipersteziya (adi qıcıqların daha güclü formada duyulması).
3.Hiposteziya (qıcıqların olduğundan zəif duyulması).
4.Parasteziya (patoloji proses nəticəsində daxili orqanlarda meydana
çıxan hissiyyatlar).
20.Duyğuların növləri
Duyğuları qıcıqlandırıcıların xassələrinə görə və onların təsir etdiyi
reseptorlara əsasən təsnif edirlər.
Bu cəhəti nəzərə alaraq duyğuların
növlərini üç qrupa bölürlər:
Dostları ilə paylaş: