5.Diqqəti tərəddüdü onun dinamik xüsusiyyətlərindən biri olub insan
şüurunun əsas obyektdən kənar obyektə keçməsi və yenə də əsas
obyektə qayıtmasında ifadə olunur. Diqqətin tərəddüdü adətən, hər 2-
3 saniyədən bir baş verir. Lakin insan diqqətin nəzərə çarpan
tərəddüdü olmadan 20-25 dəqiqə, bəzən daha artıq müddətə gərgin
diqqətlə eyni bir iş üzərində çalışa bilər.
6.Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən başqa
obyektə və ya bir fəaliyyətdən başqa fəaliyyətə yönəldilməsidir. Bu,
fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə əlaqədardır.
7.Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqəsi
olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur. Məsələn,
müəllim dərsi izah edərkən şagirdin küçəyə baxması, dərsliyini
vərəqləməsi, yoldaşı ilə söhbət etməsi və s. Onun diqqətinin
yayınmasını göstərir. Diqqətin yayınmasını şərtləndirən amillər
çoxdur. Buraya kənar qıcıqlayıcıların qüvvəsi, oxşarlığı və s. daxildir.
Dostları ilə paylaş: |