SUYUN GİGİYENİK ƏHƏMİYYƏTİ
Su xarici mühitin ən mühüm elementlərindən biri olub,insan, heyvan və bitkilərin həyatı üçün vacibdir. Ətraf mühit obyektləri içərisində oksigendən sonra su insan həyat üçün lazım olan ikinci vacib maddədir.
Yer kürəsinin su ehtiyatları ”hidrosfer” adı altında cəmləşmişdir. Hidrosferin su ehtiyatları 1,4 milyard km3 təşkil edir.
İnsan qidasız bir aydan çox dözə bildiyi halda, susuz bir nece gundın artıq qalmaq mümükün deyil.Orqanizmin susuzlaşması çox agır nəticələrəvə onun məhinə səbəb ola bilər.
Su orqanizmin fizioloji tələbatını odəməklə yanaşı, həm də mühüm gigyenik əhəmiyyət kəsb edir.İnsanların istirahətinin təşkilində, bədən tərbiyəsi vəsaglamlaşdırıcı tədbirlərin həyata kecirilməsində, bədənin təmiz saxlanması və mohkəmləndirilməsində, mənzillərdə müvafiq sanitariya şəraitnin yaradılmasında, şəhər və kəndlərdə təmizliyin təmin edilməsində və abadlıq işləri aparılmasında, yaşıllıqlara qulluq etəkdə və s. suyun əhəmiyyəti olduqca böyükdür. Bu sahədə suyun əhəmiyyətini qədim və mənali kəlam “su olmasaydı insanlar öz çirkablarında batardı” daha aydın surətdə əks etdirir.
Məişət təsərrüfat işlərinin aparılmasnda,paltarların ev əşyalarının yuyulmasında, xörəyin hazırlanmasında qabların təmizlənməsində su əvəzedilməz vasitədir. Saglamlaşdırıcı tədbirlərin aparlmasında- bədənin möhkəmləndirilməsi üçün açıq su hövzələrində üzgüçülük, çimmək, su prosedurlarıının qəbulu və başqa kütləvi bədən tərbiyəsi vəidman tədbirlərində də suyun rolu böyükdür.
Bütün göstərilənlər sübut edir ki, əhalinin mədəni səviyyəsinin yüksəldilməsi, məişət və əmək şəraitinin sanitariya vəziyyətinin yaxşılaşması onun təmiz və keyfiyyətli içməli sulara olan tələbatının artması ilə müşahidə olunur.
Bununla əlaqədar olaraq müasir abadlaşdırılmış şəhərlərin hər bir sakininə gün ərzində 150-500 l və daha artıq miqdarda su verilməlidir.
Su oz gigiyenik rolunu o zaman yerinə yetirə bilər ki, o müvafiq keyfiyyət göstəricilərinə malik olsun, onun orqanaleptik göstəriciləri, kimyəvi tərkibi və mikroflorası insanların saglamlıgı üçün təhlükə törətməsin, estetik zövqə uygun olsun.
Dostları ilə paylaş: |