16.Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri


Diqqətin əsas xüsusiyyətləri



Yüklə 236,94 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix06.12.2022
ölçüsü236,94 Kb.
#72583
1   ...   5   6   7   8   9   10   11   12   13
16-29

29.Diqqətin əsas xüsusiyyətləri 
Diqqətin aşağıdakı xüsusiyyətləri vardır: 
1.Diqqətin mərkəzləşməsi. 
2.Diqqətin həcmi. 
3.Diqqətin paylanması. 
4.Diqqətin davamlılığı. 
5.Diqqətin tərəddüdü. 
6.Diqqətin keçirilməsi. 
7.Diqqətin yayınması. 
 
1.Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bir obyektə və ya bir 
fəaliyyətə yönəlir, başqalarından uzaqlaşır. Başqa sözlə, yalnız bir 
obyektə yönəlmiş diqqət mərkəzləşmiş diqqət hesab olunur. Diqqətin 
mərkəzləşməsi hər hansı bir fəaliyyətə, işə, obyektə dərin və fəal 
maraqla bağlıdır. 
2.Diqqətin həcmi eyni vaxtda əhatə olunan, aydın dərk edilən 
obyektlərin miqdarı ilə müəyyən edilir. Diqqətin böyük həcmə malik 
olması bir sıra fəaliyyət sahələrində çox əhəmiyyətlidir. Məsələn, 
kəşfiyyatçı eyni zaman içərisində nə qədər çox obyekti əhatə etsə
yəni onun diqqətinin həcmi nə qədər böyük olsa, kəşfiyyat işi bir o 
qədər səmərəli olar. 


ə 
3.Diqqətin paylanması eyni vaxtda iki və daha artıq işi yerinə 
yetirmək bacarığı ilə xarakterizə olunur. Diqqətin paylanması bir sıra 
sənət sahələrində çox vacibdir (məsələn, sürücünün, təyyarəçinin, 
drijorun fəaliyyəti və s.). Bu sahədə lazımi vərdiş qazanmış adamlarda 
diqqətin paylanması müvəffəqiyyətlə baş verir. 
4.Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər 
üzərində uzun müddət və fasiləsiz olaraq saxlanmasında ifadə olunur. 
Əgər diqqət müəyyən fəaliyyətin ümumi istiqamətindən kənara 
çıxmırsa, davamlı diqqət sayılır. Diqqətin davamlılığı təsir edən 
obyektlərin və icra olunan işlərin rəngarəngliyindən, yeniliyindən, 
zənginliyindən, bir sözlə, dinamikliyindən asılıdır. Diqqətin 
davamlılığı fəaliyyət prosesində insanın fəallığından asılıdır.



Yüklə 236,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin