ə
2.Diqqətin saxlanması funksiyası. Bu zaman biz idrak fəaliyyəti
başa çatana qədər psixi fəaliyyətimizi həmin
obyekt üzərində
mərkəzləşdiririk.
3.Diqqətin nəzarət etmək funksiyası. Bu saman biz fəaliyyətin
gedişini tənzimləyib, ona nəzarət edirik.
28.Diqqətin fizioloji əsasları
Diqqətin fizioloji əsasını başa düşmək üçün İ.P.Pavlovun kəşf etdiyi
sinir proseslərinin induksiyası qanunu
olduqca böyük əhəmiyyətə
malikdir. Bu qanuna görə baş beyin qabığının bir sahəsində yaranan
oyanma prosesləri başqa sahələrdə ləngimə yaradır və ya əksinə,
qabığın bir sahəsində yaranan ləngimə başqa sahələrdə oyanmanın
baş verməsinə səbəb olur. Dem li, müəyyən an ərzində beyin
qabığında yüksək oyanma ocağı (optimal oyanma) mövcud olur.
İ.P.Pavlov belə sahəni beyin qabığının yaradıcı şöbəsi adlandırmışdır.
Diqqətin fizioloji mexanizmi həmin şöbənin fəaliyyəti ilə bağlıdır.
-Diqqətin fizioloji əsasını aydınlaşdırmaq üçün A.A.Uxtomskinin
irəli
sürdüyü dominantlıq prinsipi də böyük əhəmiyyətə malikdir. Bu
prinsipə görə, beyində həmişə üstün oyanma ocağı (dominant
oyanma) olur ki, o, beyinə gələn bütün oyanmaları sanki özünə doğru
çəkir və bunun sayəsində həmin oyanmalar üzərində daha çox hakim
olur. Üstün oyanma ocağı yüksək oyanma ocağından özünün yüksək
davamlılığı ilə fərqlənir. Məsələn, gərgin
zehni fəaliyyətlə məşğul
olan bəzi şəxslərə kənar qıcıqlayıcı təsir etdikdə onların diqqəti
əvvəlki problem üzərində daha da güclənir. Bu halda sanki bütün
qüvvələr səfərbərliyə alınır və kənar qıcıqlayıcılar sezilməmiş qalır,
diqqətin mərkəzləşməsi artır.
-İstər optimal oyanma sahəsi, istərsə də dominant oyanma haqqında
təlim diqqətin ixtiyari mexanizmini kifayət qədər aydınlaşdırmağa
imkan vermir. Çünki insan qarşısına şüurlu
surətdə məqsəd qoyur, öz
diqqətini özü tənzim edir.
-Əlbəttə, diqqətin fizioloji mexanizmi çox mürəkkəbdir. Hazırda bu
mexanizm sinir sisteminin müxtəlif səviyyələrində yerləşmiş süzgəc
kimi başa düşülür. Buradan orqanizm üçün lazım olan qıcıqlayıcılar
seçilib ötürülür, digərləri isə uzaqlaşdırılır.
Bu xüsusən də beyin
sütununda və qabıqaltı sahələrdə yerləşmiş, xüsusi sinir hüceyrələri
olan şaxəli törəmənin fəaliyyəti ilə əlaqələndirilir.
Dostları ilə paylaş: