16.Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri



Yüklə 236,94 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix06.12.2022
ölçüsü236,94 Kb.
#72583
1   ...   5   6   7   8   9   10   11   12   13
16-29

2.Qavrayışın sabitliyi. Sabitlik xassəsi sayəsində biz ətrafdakı 
cisimləri sabit qavrayırıq. Məlumdur ki, cisim insandan uzaqlaşdıqca 
gözün torlu qişasında onun təsviri kiçilir. Lakin buna baxmayaraq 
həmin cismi malik olduğu böyüklükdə qavrayırıq. Sabitlik olmasaydı 
eyni cismi müxtəlif şəraitdə müxtəlif cür qavrayardıq. Qavrayışın 
sabitliyinin anadangəlmə olmadığını təsdiq etmək olar. Məsələn, sıx 
meşəlikdə yaşayan və əvvəllər cisimləri uzaq məsafədən görməyən 
adamlara uzaqda olan obyektləri göstərdikdə, onlar bu əşyaları uzaqda 
olan əşya kimi deyil, kiçik əşya kimi qavrayırlar. Hündür evin yuxarı 
mərtəbəsinin pəncərəsindən baxanda da bizə elə gəlir ki, obyektlər 
sanki balacadır. Deməli, sabitlik insanın həyat təcrübəsi və əməli 
fəaliyyəti sayəsində yaranır. 
3.Qavrayışın mənalılığı. Qavrayış prosesində insanın keçmiş 
təcrübəsinin iştirak etməsi onun qavrayışını mənalı edir. Yəni insanlar 
cisim və hadisəni qavramağa cəhd etdikdə onu keçmiş həyatı 
müddətində əldə etdiyi təcrübəyə, biliyə görə başa düşməyə, 
mahiyyətini anlamağa çalışırlar. Deməli, qavrayış prosesində insanın 
keçmiş təcrübəsi iştirak edir və bunun sayəsində biz cismi tanıyırıq. 
Bu halda cismin indiki surəti keçmişdə alınmış surəti ilə üst-üstə 
düşür, nəticədə adam həmin cismi tanıyır. Qavrayışın mənalılığına 
cisimlər arasındakı əlaqə, qarşılıqlı təsir və nəhayət qavrayış zamanı 
müvafiq izahatın olub-olmaması təsir edə bilər. 
4.Qavrayışın seçiciliyi. Seçicilik müəyyən obyektləri başqalarından 
ayıraraq daha aydın, aşkar surətdə əks etdirməklə əlaqədardır. Bu 
halda aydın qavradığımız cisim qavrayışın obyekti, yerdə qalanlar isə 
fon olur. Obyektlə fonun yerinin dəyişdirilməsi və ya aydın 
seçilməsindən praktik məqsədlər üçün istifadə olunur. Məsələn, yolda 
işləyənlər çəhrayı paltar geyirlər ki, boz fonda tez seçilsinlər. Yaxud, 
obyektin ayırd edilməsini çətinləşdirmək üçün onu fona uyğun şəkildə 


gizlədirlər. Qavrayışın seçiciliyi obyektiv və subyektiv səbəblərdən 
asılıdır. Obyektiv səbəblərə qıcıqlandırıcının qüvvəsi, həcmi, rənginin 
parlaqlığı, yeniliyi, habelə cismi əhatə edən şəraitin qarşılıqlı təsiri 
aiddir. Subyektiv səbəblərə insanın qavranılan cismə bəslədiyi 
münasibət, qavrayış prosesində qarşıya qoyulan məqsəd, qavranılan 
cisim və hadisənin əhəmiyyəti, adamın tələbat və maraqları, habelə 
keçmiş təcrübəsi və s. daxildir. 

Yüklə 236,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin