Genetikanın predmeti, məqsəd, vəzifələri. Genetikanın tarixi.
Genetika (latın sözü olub geneo-törədirəm) irsiyyət və dəyişkənlik haqqında elm olub, genetik (irsi) informasiyaların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsindən bəhs edir. Ümumiyyətcə genetika canlıların iki əsas xassəsini – irsiyyət və dəyişkənliyi öyrənən bir elmdir.İrsiyyət- orqanizmlərin ayrılmaz bir xassəsi olub, çoxalma prosesi zamanı öz xüsusiyyət və əlamətlərinin nəslə ötrülməsidir.Başqa sözlə desək,İrsiyyət viruslardan, bakteriyalardan, ali bitkilərə, heyvanlara və insana qədər bütün canlı orqanizimlərə xas olan ən mühim xüsusiyyət olub, nəsillərdə əcdadların əlamətlərinin təzahürüdür. İrsiyyətin ən vacib xüsusiyyətlərindən biri onun konservativliyidir. Konservativlik irsi xüsusiyyətlərin bir çox nəsillər boyu saxlanılmasıdır. Belə ki, nəsillər arasında oxşarlıq milyon illər saxlanılır.Məsələn, müasir opossum ( Didelphys) təbaşir dövründə,habelə pəncəüzgəcli balıq latimeriya ( Latimeria) devon dövründə yaşayan öz qədim əcdadlarından fərqlənmir.Nəsillər arasında irsilik cinsi, qeyri cinsi,və yaxud vegetativ çoxalma yolu ilə həyata keçir.Cinsi yolla çoxalmada yeni nəslin əmələ gəlməsi qametlərin birləşməsi nəticəsində baş verir,ona görə də nəsil hər iki valideyinin əlamətlərini özündə əks etdirir.Cinsi hüceyrələr çoxhüceyrəli orqanizmin cüzi bir hissəsini təşkil edir.Lakin onlar öz tərkibində irsi informasiyanı,yəni irsiyyətin vahidi olan genlərin cəmini daşıyırlar. İrsi informasiya ,ontogenezin dəqiq planını müəyyən edir, bunun nəticəsində fərdə xas olan spesifik xüsusiyyət və əlamət inkişaf edib formalaşır.
Genetikada əsasən 3 anlayış var.
Dostları ilə paylaş: |