Genetikanın predmeti, məqsəd, vəzifələri. Genetikanın tarixi


Genetika müasir biologiyada əsas yer tutaraq iki əsas məqsəd güdür



Yüklə 33,59 Kb.
səhifə4/9
tarix02.01.2022
ölçüsü33,59 Kb.
#45915
1   2   3   4   5   6   7   8   9
Muhazirə 1

Genetika müasir biologiyada əsas yer tutaraq iki əsas məqsəd güdür;

Birincisi, irsiyyət və dəyişkənliyin qanunauyğunluqlarını dərk etmək və ikincisi- bu qanunauyğunluqların praktiki istifadəsi üçün yeni yollar axtarmaq.Hər iki məqsəd bir-biri ilə sıx bağlıdır. Birinci məqsədin həlli üçün genetika 4 əsas problemi öyrənir.

1.Birincisi-genetik məlumatın saxlanılması problemi,yəni hüceyrənin hansı maddi strukturunda genetik məlumat saxlanılır.

2.İkincisi- genetik məlumatın ötürülməsi problemi.Genetik məlumatlar hüceyrədən-hüceyrəyə,nəsildən-nəsilə hansı mexanizmlər əsasında ötürülür.

3.Üçüncüsü- genetik məlumatın realizə olunması problemi. Burada genetik məlumatın, inkişafda olan orqanizmin konkret əlamətlərində ,xarici mühitin təsiri ilə mübadilə əsasında necə təzahür olduğu öyrənilir.

4.Dördüncüsü- genetik məlumatın dəyişilməsi problemi. Burada genetik məlumatın dəyişkənliyinin tipləri, onu yaradan səbəblər və mexanizmlər müəyyənləşir.

Genetikada bütün bu problemlər müxtəlif səviyyələrdə -molekulyar,hüceyrə, orqanizm, populyasiya səviyyələrində öyrənilir.


Yüklə 33,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin