Azərbaycanda genetika elminin yaranmasında, formalaşmasında və inkişafında milli təbiətşünaslıq elmimizin banisi H.Zərdabinin, akademiklər F.Məlikov, M.Sadıqov, A.Qarayev, H.Həsənov, Ş.Tağıyev, M.Musayev, H.Əliyev, Ə.Quliyev, A.Ağabəyli, İ.Mustafayev, V.Tutayuk, M.Qəniyev, N.Şirinov, Y.Hacıyev, C.Əliyev, U.Ələkbərov, M.Salmanov, S.Məmmədova, professorlar Y.Səfərov, Ə.Əsgərov, R.Qədimov, R.Ağabəyli, E.Axundova, C.Axundov, E.Əliyev, Z.Verdiyev, R.Mehdiyev, T.Turabov, A.Məmmədov, M.Axundov, Q.Mustafayev, Z.Qarayev, C.Nəcəfov, M.Babayev, R.Quliyev, A.Quliyev, Q.Abdullayev, E.Ağayeva, İ.Əzimov, E.Əliyev, R.Səfərov və b. olduqca böyük xidmətləri olmuşdur. Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının və bitkilərinin genetik fondunun, seleksiyasının və yetişdirilməsinin öyrənilməsi və təkmilləşdirilməsinin əsas elmi mərkəzi ADAU olmuşdur. Bu təhsil ocağında elmipedaqoji fəaliyyəti ilə fomalaşan və məşhurlaşan korifey sələflərin irsi, yolu onların xələfləri tərəfindən nəinki təkcə baytarlıq təbabəti və zootexniya elmləri sahəsində, eləcə də aqronomluq, meyvə-tərəvəzçilik, bitki mühafizəsi və başqa sahələrdə də uğurla davam etdirilir. Akademik Siddiqə Məmmədova, professorlar Bəhmən Xəlilov və İbrahim Cəfərov entomologiya, Amin Babayev 29 ekoloji kənd təsərrüfatı, Zaur Həsənov yeni və yüksək məhsuldar meyvə, Şikar Əliyev tərəvəz, Famil Şərifov üzüm sortlarının seleksiyası, Qəmbər Abdullayev endemik qoyun cinslərinin yetişdirilməsi, Rübail Allahverdiyev ekoloji patologiyaların öyrənilməsi Nazim Yusifov yem bitkilərinin biokimyasının və səmərəliliyinin artırılması, Vaqif Novruzov, Zaur Hümbətov bitki örtüyünün botaniki tərkibi və genefondunun, Elman Mövsümov ekoloji kimyanın genetika ilə əlaqəsinin və qida kimyasının öyrənilməsi, Hasil Fətəliyev heyvan və bitki mənşəli yeyinti məhsullarının genetik və keyfiyyət aspektlərinin, genetik modifikasiya olunmuş məhsulların neqativ fəsadları, dosentlər Firudin Qurbanov yeni qarğıdalı sortunun yetişdirilməsi, Nizami Seyidəliyev pambıqçılıq sahəsində fundamental-tətbiqi və mühüm təsərrüfat əhəmiyyətli elmi axtarışlar apararaq uğurlu nəticələrə nail olmuşdur. Dərslik tərtib olunarkən müəlliflər təbiətşünaslıq, biologiya, təbabət, baytarlıq təbabəti, tibbi biologiya, genetika, seleksiya, mikrobiologiya, virusologiya, biotexnologiya və immunologiya elmlərininin inkişafında çox böyük, misilsiz xidmətləri olan klassik və müasir dünya və vətən alimlərinin, eləcə də onların xələflərinin elmi irsi, yaradıcılıqları, keçdikləri şərəfli, çətin və mənalı həyat yolu barədə tələbələrə və oxuculara qısa və lakonik bioqrafik məlumat verməyi məqsədəuyğun hesab etdi.