Genetikanın predmeti, məqsəd, vəzifələri. Genetikanın tarixi


İrsiyyət-orqanizmlərin ayrılmaz bir xassəsi kimi çoxalma zamanı öz əlamət və xüsusiyyətlərini nəslə ötürmək qabiliyyətidir. İrsən keçmə



Yüklə 33,59 Kb.
səhifə2/9
tarix02.01.2022
ölçüsü33,59 Kb.
#45915
1   2   3   4   5   6   7   8   9
Muhazirə 1

İrsiyyət-orqanizmlərin ayrılmaz bir xassəsi kimi çoxalma zamanı öz əlamət və xüsusiyyətlərini nəslə ötürmək qabiliyyətidir.

İrsən keçmə- irsi informasiyanın bir nəslidən digər nəslə ötürülməsi nəticəsində nəsildə valideyinlərə xas olan müxtəlif əlamət və xüsusiyyətlərin formalaşması hadisəsinə deyilir.

İrsilik- Konkret heyvan və bitki populyasiyasında ümumi fenotipik dəyişkənlik daxilində genotipik dəyişikliyin payı irsilik adlanır.

Ç.Darvin qeyd etmişdir ki, nəsil bir qayda olaraq valideyinlərin dəqiq surəti olmur, çünki nəslə irsiyyətlə yanaşı dəyişkənlikdə xasdır.Dəyişkənliyin nəticəsində, nəslin ayrı-ayrı üzvlərinin əlamət və xüsusiyyətlərində və yaxud onların cəmində, valideyinlərə və həmin nəslin digər fərdlərinə nisbətən, fərqlər meydana çıxır.

Dəyişkənlik,orqanizmin irsiyyətinin qeyri stabil olmasını əks etdirir. Dəyişkənlik genlərin dəyişməsindən və onların kombinativ əlaqədə olmasından ,habelə orqanizmin fərdi inkişaf prosesi zamanı genlərin dəyişilmiş şəkildə təzahüründən ibarətdir. Dəyişkənlik orqanizmin müxtəlif sahələrini ,orqanlarını, hətta hüceyrələri əhatə edə bilir.

İrsiyyətin konservatizmi və dəyişkənliyi bir-biri ilə sıx bağlı olub, təkamül prosesinin gedişini müəyyən edir.İrsiyyət və dəyişkənlik yer üzərində təkamülü təmin edən əsas iki faktordur.

Genetika elminin əsas predmeti irsiyyəti və onun dəyişkənliyini öyrənməkdir. Genetikanın inkişaf tarixinə nəzər salsaq hələ 1859-cu ildə Ç.Darvin göstərmişdir ki, təkamülün hərəkətverici qüvvəsi olan təbii seçmə, iki faktora əsaslanır: irsiyyət və dəyişkənlik. İ.G.Kelreyter (1733-1806) müxtəlif bitki növlərinin nümayəndələrini hibridləşdirərək müəyyən etmişdir ki, hibrid bitkilər öz valideynlərinə nisbətən qüvvətli və davamlı olur.Karpaçenko 18-ci əsrdə ilk dəfə bitkilər arasında hibridləşmə aparıb .Əsasən o tütün bitkisindən istifadə edib.Hibridləşmədə hibrid orqanizmin daha üstün əlamətlərə malik olmasını o heterozis adlandırmışdı.Fransız alimi botanik Şarl Noden (1815-1899) bir-birindən bioloji uzaq növlərin arasında hibridlər almağa çalışmışdır. Onun təcrubələrinin nəticələrindən ibarət əsəri Fransa elmlər akademiyasının qızıl medalına layiq görülmüşdür. Genetikanın inkişafında mühüm mərhələ, bu elmin banisi çex alimi Greqor Mendeldən (1822-1884) başlayır. O, ilk dəfə olaraq irsiyyətin öyrənilməsində elmə əsaslanan üsul işləyib hazırlamışdır və bitki hibridlərinin üzərində apardığı öz tədqiqatlarında əlamətlərin irsən keçməsinin ən mühüm qanunlarını müəyyən etmişdir. Mendel öz tədqiqatlarının nəticələri ilə ilk dəfə Bruno şəhərində təbiətşünaslar cəmiyyətinin iclasında “Bitki hibridləri üzərində tədqiqatlar” adlı məruzə ilə çıxış etmişdir. Bu əsər 1865-ci ildə həmin cəmiyyətin ”Elmi əsərləri”ndə dərc edilmişdir. Lakin müasirləri bu işə lazımi qiymət verməmişdir.

Hazırda genetika elminin inkişafını şərti olaraq beş mərhələyə bölürlər.



  1. 1900- 1912

  2. 1912-1925

  3. 1925-1940

  4. 1940-1956

  5. 1956-..........

1900-1912-ci illər genetika elminin inkişafında şərti olaraq birinci mərhələ sayılır. Bu illər ərzində müxtəlif növ bitki və heyvan növləri üzərində G.Mendelin kəşf etdiyi qanunlar sınaqdan çıxmış və öz təsdiqini tapmışdır. 1900-cü ildə Q.de-Friz (1848-1935) Hollandiyada, K.Korrens (1864-1933) Almaniyada, E.Çermak (1871-1962) Avstriyada müxtəlif bitkilər üzərində (lalə, qarğıdalı, noxud) bir-birindən asılı olmayaraq 35 il öncə Q.Mendelin aldığı nəticələri yenidən təkrar etmişlər. 1906-cı ildə ingilis alimi U.Betsonun təklifi ilə bu elmə “genetika” adı verilmişdir.(latın sözü geneo-törədirəm). U.Betsonun toyuqlar, kəpənəklər, laboratoriya gəmiriciləri üzərində, isveç alimi G.Nilson–Elenin dənli bitkilər üzərində polimeriya və kəmiyyət əlamətlərinin irsiliyi, danimarka alimi V.İohansenin (1857-1927) qarğıdalı, taxıl bitkiləri üzərində apardığı işlər genetika elminin inkişafında mühüm rol oynamışdır. 1909-cu ildə V.İohansen “gen”, ”genotip”, ”fenotip” terminlərini təklif etmiş, təmiz xətlər və populyasiya haqqında təlim yaratmışdır.

Genetikanın inkişafında ikinci mərhələnin (təxminən 1912-1925) əsas xüsusiyyəti irsiyyətin xromosom nəzəriyyəsinin yaranması və təsdiqi ilə səciyyələnir. Bu mərhələ Tomas Morqan mərhələsi kimi də tanınır. Burada amerikan genetiki T.Morqan (1861-1945) və onun tələbələri A.Stertevant (1892-1970), K.Bridces (1889-1938) və G.Müllerin (1890-1967) drozofil milçəyi üzərində apardıqları tədqiqat işləri həllledici rol oynamışdır. Bu işlərin əsasında müəyyən olunmuşdur ki, irsi əlamətlər genlər hüceyrə nüvəsinin xromosomlarında cəmlənmişdir. “Genlər irsiyyətin daşıyıcısıdır” şüarı formalaşmışdır.

Genetika elminin tarixi inkişafnın ücüncü (1925-1940) mərhələsi süni yolla yeni mutasiyaların alınması ilə səciyyələnə bilər.Mutasiya nəzəriyyəsinin əsas müddəalarını hələ genetika elminin yaranmasınin ilk illlərində (1902-ci ildə) Quqo -De-Friz öz əsərlərində dərc etdirmişdir. 1925-ci ildə Q.A.Nadson və onun şagirdi Q.E.Filippov süni bakteriyalara radium şüaları ilə təsir edərək onlarda mutasiya dəyişkənlikləri müşahidə etmişlər. 1927-ci ildə ABŞ-da G.Müller drozofil milçəklərinə rentgen şüaları ilə təsir edərək yeni mutant formalar almışlar. Mutagenezin inkişafında və onun tətbiqi istiqamətində Rusiyada görkəmli genetiklər N.P.Dubinin. M.E.Lobaşev, İ.A.Rapaport, İngiltərədə Ş.Auerbax, Azərbaycanda Ə.M.Quliyev zəngin işlər aparmışlar.

Genetikanın inkişfının dördüncü mərhələsi 1940-1955-ci illəri əhatə edir.Bu dövrün xarakter xüsusiyyəti irsiyyət və dəyişkənliyin molekulyar səviyyədə öyrənilməsidir. 1944-cü ildə amerikan genetiki Everi öz əməkdaşları ilə birgə irsi informasiyaların saxlanılmasında və ötürülməsində həllledici rolun DNT-yə mənsub olduğunu subut etmişlər. Bu kəşf molekulyar genetikanın başlanğıcını qoymuşdur. Molekulyar genetikanın inkişafında Rusiyada V.A.Engelqartın əməkdaşları ilə, Amerikada biokimyaçı E.Çarqafın nuklein turşularının biokimyası sahəsində apardığı işlər böyuk əhəmiyyət kəsb edir.

Gentikanın tarixi inkişafında beşinci–sonuncu mərhələ (1953-cü ildən son dövrə qədər) ingilis genetiki F.Krik və amerikan alimi D.Uotson tərəfindən DNT molekulu modelinin struktur formulasını müəyyənləşdirməkləri ilə başlanmışdır. Bundan sonra 1961-1965-ci illərdə amerika alimləri M.Nirenberq və S.Oçao genetik kodun şifrini açmışlar. Müəyyən olunmuşdur ki, dezoksiribonuklein turşusu (DNT) hər bir növ və fərdə məxsus olan spesifik irsi informasiyanı özundə saxlayır və bundan əlavə genlər nəhəng DNT molekulunun funksional vahididirlər. Zülalların sintezi prosesində irsi informasiyalar realizə olunur. 1969-cu ildə ABŞ-da Q.Korana əməkdaşları ilə ilk dəfə orqanizmdən kənar kimyəvi yolla maya göbələyinin kiçik bir genini sintez etmişlər. 1970-ci illərin əvvəllərindən dünyanin bir çox ölkələrində spesifik “revertaza” fermentinin köməkliyi ilə müxtəlif prokariot və eukariot orqanizmlərin genləri orqanizmdən kənar sintez olunmuşdur. Genlərin sintezi, onları ayırıb digər bakteriya hüceyrələrinə köçürülməsi amin turşuların, fermentlərin, bioloji aktiv maddələrin, hormonların alınmasına geniş imkanlar verir. Genetikanın bu istiqaməti gen mühəndisliyi adını almışdır.


Yüklə 33,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin