Genetikanın predmeti, məqsəd, vəzifələri. Genetikanın tarixi



Yüklə 33,59 Kb.
səhifə8/9
tarix02.01.2022
ölçüsü33,59 Kb.
#45915
1   2   3   4   5   6   7   8   9
Muhazirə 1

(mozaik)  quruluşa  malik  olmaqla,  polipeptid  zəncirdə  amin  turşularını 
kodlaşdıran  DNT  molekulunun  sahələri  DNT-nin  ekzonları,  həmin  xassələrdən 
məhrum  olan  digər  sahələr  (intronlar)  ilə  növbələşir.  Operonun  hər  birinin 
akseptor  genləri  yüksək  spesifikliyə  malik  olmaqla,  onların  üzərinə  yalnız 
müəyyən  zülalların  molekulları,  həmçinin  quruluş  genlərinin  fəallaşmasını  dəf 
edən  repressor-zülal,  replikasiyanı  və  transkripsiyanı  təmin  edən  fermentativ 

zülallar birləşə bilər. Canlı aləmin genomalarının ümumi DNT-sində quruluş və 


akseptor genlər 15-98% təşkil edir, onların qalan hissəsi isə «artıq qalan» DNT 
adalınr və onlar bitkilərin genomunda daha çox olur, eyni nukletoidlərin təkrarən 
növbələşməsi ilə səciyyələnir.  
Heyvanlarda  interferon,  qlobulin  və  immunoqlobulin  kimi  xüsusi 
əhəmiyyətə  malik  olan  zülalların  molekullarını  kodlaşdıran  quruluş  genlərinin 
təkrarları  da  mövcuddur.  Lakin  həmin  təkrar  genlərin  bəziləri  öz  fəaliyyəti 
prosesində nukleotidlərin əlavə olunması, yaxud tamamilə itməsi nəticəsində m-
RNT  sintez  edə  bilmir  və  «yalançı  genlər-psevdogenlər»  adlanır.  DNT-nin 
təkrar  olunan  quruluş  genləri  arasında  r-RNT  və  n-RNT-nin  sintezini 
kodlaşdıran genlər daha üstünlük təşkil etməklə onların sayı qurbağanın haploid 
genomunda n-RNT-nin 8000, toyuğun genomunda – 100, drozofilin genomunda 
isə-130-a qədərdir. Eukariotlarda DNT-nin tərkibindəki xromosomun 
heteroxromatin  hissələrinin  sentromerə  yaxın  sahələrində  yerləşən  çoxlu  sayda 
təkrar  olunan  və  satellit  DNT  adlanan    nukleotidlər  bir  neçə  cüt  nukleotidlərin təkrarından  ibarətdir.  Hind  (dəniz)  donuzlarında  onlar  6cüt  (3  cüt  SQ  və  3  cüt TA,  AQ  və  AT),  siçanlarda  da  həmçinin  eyni  miqdar  (5  cüt  AT  və  1  cüt  SQ) nukleotidən  təşkil  olunub.  Qeyd  olunan  məlumatlar  alimlər  tərəfindən 
sistemləşdirilərək  müasir  gen  nəzəriyyəsinin  əsas  müddəaları  aşkar  edilmişdir 
(C.Ə.Nəcəfov və b., 2010): 
Hər bir gen xromosomda müəyyən sahəni (lokusu) tutur. 
Gen  (siston)  müəyyən  nukleotid  ardıcıllığına  malik  olmaqla,  DNT 
molekulunun  bir  hissəsi  və  irsi  məlumatın  funksional  vahididir.  Müxtəlif 
genlərin  tərkibinə  daxil  olan  nukleotidlərin  sayı  ayrı-ayrı  genlərdə  bir-birindən fərqli olur. 
 
Gen  daxilində  rekombinasiyalar  (rekonlarda)  baş  verə  bilər.  Rekon 
rekombinasiyanın elementar və ən kiçik vahidi olub molekulyar səviyyədə 1 cüt 
nukleotidə uyğundur. Muton isə irsi materialın minimal dəyişilməsi nəticəsində 
əlamətin  mutant  formasının  biruzə  verməsini  göstərir.  Rekon  və  muton  üçün 
funksional vahid 1 cüt komplementar nukleotid hesab edilir. 
Genlər 2 qrupa-quruluş (struktur) və funksional qruplara bölünür. 
Quruluş genləri zülalların biosintezində bilavasitə iştirak etməsə də onu 
kodlaşdırır.  DNT  üzərində  mRNT  sintez  olunduğuna  görə  genin  ilk  məhsulu 
zülal deyil, m-RNT sayılır. 

Yüklə 33,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin