20 Yanvar faciəsi milli-azadlıq tariximizin şərəfli səhifəsidir



Yüklə 284.98 Kb.
Pdf просмотр
səhifə1/3
tarix15.03.2017
ölçüsü284.98 Kb.
  1   2   3

20 Yanvar 

faciəsi 

milli-azadlıq 

tariximizin  

şərəfli 

səhifəsidir

Üz-çənə nahiyəsində nadir əməliyyat



ATU-da payız 

semestrinin 

imtahan sessiyasına 

start verilib

İmtahanların gedişi rektorun nəzarətindədir

Valideynlər 

imtahanların 

gedişini 

izləyiblər

4

4



3

5

B u     s a y ı m ı z d a



2017-ci ildə böyük Azərbaycan şairi 

Molla Pənah Vaqifin anadan olmasının 

300 illiyi tamam olur. Adının YUNESKO-

nun “2016–2017-ci illər üçün görkəmli 

şəxslərin və əlamətdar hadisələrin 

yubileyləri proqramı”na daxil edilməsi 

Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı 

tarixində silinməz izlər qoymuş bu 

qüdrətli söz ustasının yaradıcılığında-

kı humanist dəyərlərə verilən yüksək 

qiymətin təzahürüdür. 

Molla Pənah Vaqif öz ənənələri ilə 

seçilən ədəbi məktəb yaratmış ölməz 

sənətkardır. O, əhəmiyyətini əsrlərdən 

bəri qoruyub saxlayan bənzərsiz poezi-

ya nümunələri meydana gətirməklə milli 

ədəbiyyatın yeni istiqamətdə inkişafına 

təkan vermişdir. Azərbaycan şeiri Vaqifin 

sayəsində tarixinin növbəti mərhələsinə 

qədəm qoymuşdur. Onun klassik bədii 

fikir salnaməmizin parlaq səhifələrindən 

birini təşkil edən irsi müasir dövrdə də 

insanların əxlaqi-mənəvi kamilləşməsinə 

xidmət göstərir. Azərbaycan tarixinə 

həmçinin siyasi xadim kimi daxil olan Va-

qif taleyüklü məsələlərin həllində müdrik-

lik və uzaqgörənlik nümayiş etdirmişdir.

Vaqifin yaradıcılığı daim tədqiq 

obyektinə çevrilmiş, əsərləri kütləvi 

tirajla nəşr edilmiş və yubileyi keçirilmiş-

dir. 1982-ci il yanvarın 14-də ulu öndər 

Heydər Əliyevin bilavasitə təşəbbüsü 

və iştirakı ilə Azərbaycanın qədim 

mədəniyyət mərkəzi Şuşa şəhərində şa-

irin məzarı üzərində ucaldılmış əzəmətli 

məqbərənin açılışı olmuşdur. 1992-ci il 

mayın 8-də Ermənistanın silahlı quldur 

dəstələri işğala məruz qoyduqları Şuşa-

da bütün beynəlxalq hüquq normala-

rını pozaraq mədəniyyət nümunələrinə 

qarşı vandalizm aktları törətmiş və 600-ə 

yaxın tarixi-memarlıq abidəsini tala-

yıb məhv etmiş, o cümlədən Xurşidbanu 

Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün 

ev-muzeylərini və Molla Pənah Vaqifin 

məqbərəsini dağıtmışlar.

Vaqif irsinin azərbaycançılıq məfkurəsi 

işığında daha dərindən araşdırı-

lıb öyrənilməsi bu gün də aktuallığını 

qoruyan və həllini gözləyən mühüm 

məsələlərdəndir.

Azərbaycan Respublikası Konstitusiya-

sının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq, böyük Azərbaycan şairi 

Molla Pənah Vaqifin 300 illik yubileyi-

nin layiqincə keçirilməsini təmin etmək 

məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası-

nın Mədəniyyət və Turizm Nazirliyi 

Azərbaycan Respublikasının Təhsil Nazirli-

yi və Azərbaycan Milli Elmlər Akademiyası 

ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin 

təkliflərini nəzərə almaqla, Molla Pənah 

Vaqifin 300 illik yubileyinə həsr olunmuş 

tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər 

Kabineti bu Sərəncamdan irəli gələn 

məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2017-ci il.

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik 

yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

5

Tədris Terapevtik Klinikasının 



kardiologiya şöbəsində yeni 

müayinə cihazı quraşdırılıb

7

2



GÖRKƏMLİ DÖVLƏT VƏ ELM 

XADİMİNİN XATİRƏ İŞIĞINDA

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 01 (1641) 16 yanvar 2017 - ci il                           Qiyməti 50 qəpik

http://w w w.amu.edu.az

16 yanvar 2017-ci il

2

Tədbiri giriş nitqi ilə açan 



ATU-nun  rektoru,  professor 

Gəray  Gəraybəyli  xalqımı-

zın  və  dövlətimizin  tarixində 

dəyərli  yer  tutmuş  insan-

ların  dünyadan  köçəndən 

sonra  yubileylərinin  qeyd 

edilməsinin  çox  gözəl  bir 

ənənə,  tarixi  şəxsiyyətlərin 

fəaliyyətinə  dərin  hörmətin 

təzahürü olduğunu, eyni za-

manda gənc nəsillər üçün bö-

yük önəm daşıdığını dedi: “Elə 

insanlar var ki, dünyaya gəlib 

getsələr  də,  özlərindən  son-

ra  heç  bir  iz  qoya  bilmirlər. 

Lakin  elə  şəxsiyyətlər  də  var 

ki,  təkcə  öz  xalqının  yadda-

şında  deyil,  digər  xalqların 

da  yaddaşında  silinməz  izlər 

buraxaraq  həmişə  böyük 

minnətdarlıq hissi ilə xatırla-

nırlar”. 

Məhz  belə  tarixi  şəx-

siyyətlərin  sırasında  xü-

susi  yeri  olan  Əziz  Əli ye vi 

Azərbaycan  tibb  eiminin  və 

tibb təhsilinin bani lərindən biri 

adlandıran  rek tor  onun  milli 

kadrlarımı zın  yetişdirilməsi, 

azər baycançılığın  inkişafın-

da  əvəzsiz  xidmətlərini  diq-

qətə  çatdıraraq  digər  isti-

qamətlərdə    də  çox  mühüm 

işlər gördüyünü vurğuladı. 

Professor Gəray Gəraybəyli 

tarixin  heç  də  asan  olmayan 

dövründə çalışan bu ləyaqətli 

insanın  hər  işi  şərəflə, 

peşəkarlıqla, vətənpərvərliklə 

yerinə  yetirməsindən  məm-

nun luqla 

söhbət 


açdı: 

“Görkəmli dövlət xadimi Əziz 

Əliyevin  həyatının  bir  hissəsi 

Azərbaycan  Tibb  Universi-

teti  ilə  bağlıdır.  Universitetə 

rəhbərlik  etdiyi  illərdə  Əziz 

Əliyev ali təhsil müəssisəsinin 

işini  daha  da  təkmilləşdirdi. 

O  zaman  Azərbaycan  dilində 

olan dərsliklər və kitablar çox 

az idi. Ana dilində dərsliklərin 

yazılmasına  böyük  ehtiyac 

duyulduğu  bir  vaxtda  ATU-

nun  kitabxanası da professor 

Əziz Əliyevin şəxsi təşəbbüsü 

və bilavasitə iştirakı ilə yara-

dılıb”. 

Bu  günlərdə  Dağıstanın 

paytaxtı  Mahaçqalada  Əziz 

Əliyevin  anadan  olmasının 

120 illiyinə həsr olunmuş yu-

biley  tədbirində  iştirak  etdi-

yini  söyləyən  rektor  burada 

diqqətini  çəkən  iki  məqama 

xüsusilə  toxundu:  “Birinci 

məqam o idi ki Əziz Əliyevin 

müharibə  şəraitində  Mahaç-

qalada  filarmoniyanın  ya-

radılması  barədə  sərəncam 

imzalaması  ehtiramla,  həmin 

filormaniyanın  fəaliyyətinin 

ötən əsrin 90-cı illərində  da-

yan dırılması  isə  təəssüflə 

xatır  landı.  İkinci  məqam  isə 

ondan  ibarət  idi  ki,  mərkəzi 

rəhbərliyin tapşırığı ilə vəzifə-

dən gedəndə onu dəmir yolu 

vağzalınadək  böyük  insan 

kütləsinin  müşayiət  etməsi 

hələ də unudulmayıb və yad-

daşlarda  xoş  bir  xatirə  kimi 

yaşayır”. 

Tədbirdə Əziz Əliyevin mə-

nalı  ömür  yolu  və  çoxşaxəli 

siyasi  fəaliyyəti  barədə  fo-

toslayd nümayiş etdirildikdən 

sonra  millət  vəkili,  ATU-nun 

təlim  və  tərbiyə  işləri  üzrə 

prorektoru,  professor    Rafiq 

Məmmədhəsənov  görkəmli 

dövlət 

xadimi, 


istedadlı 

səhiyyə, təhsil, elm təşkilatçısı 

olan  böyük  alimin  həyat  və 

fəaliyyəti  haqqında    ətraflı 

məlumat  verdi:  “İrəvan  gim-

naziyasının məzunu olan Əziz 

Əliyev  o  dövrdə  dünyanın  ən 

nüfuzlu  ali  məktəblərindən 

biri  sayılan  Sankt-Peterburq 

Hərbi  Tibb  Akademiyasında 

təhsilini obyektiv səbəblərdən 

başa  vura  bilməsə  də,  son-

radan  Bakı  Dövlət  Univer-

sitetinin  tibb  fakültəsində 

təhsilini  tamamlamışdır.  Bir 

çox  mühüm  vəzifələrdə  ça-

lışmaqla  bərabər,    elmi-pe-

daqoji  fəaliyyətlə  də  geniş 

məşğul olan gənc alim 1927-

ci  ildə  namizədlik  disserta-

siyasını  müdafiə  etmişdir. 

Onun  1934-cü  ildə  “Ekspe-

rimental  böyrək  çatışmazlı-

ğı  zamanı  qanın  biokimyəvi 

dəyişiklikləri” 

mövzusun-

da  müdafiə  etdiyi  doktor-

luq  dissertasiyası  SSRİ-nin 

mərkəzi elmi müəssisələrində 

çalışan  alimlərdə  də  böyük 

maraq doğurmuşdur”.

Əziz  Əliyevin  müəllifi  ol-

duğu  bir  çox  elmi  əsər-

lə rin, 


monoqrafiyaların, 

dərs  lik   lərin  indi  də  aktual-

lığını  itirmədiyini  vurğu-

layan 


R.Məmmədhəsənov 

bil dirdi  ki,  1930-cu  illərin 

əvvəllərində  Azərbaycan  tibb 

elminin  inkişafında  yeni  bir 

mərhələ  başlanmışdı.  1930-

cu ildə Azərbaycan Tibb İns-

titutu  yaradılmışdır.  1932-ci 

ildə  Əziz  Əliyevin  direktor 

təyin  olunduğu  bu  institut 

məhz  onun  məqsədyönlü, 

titanik  fəaliyyəti  nəticəsində 

respublikanın  ən  nüfuzlu  ali 

təhsil  ocaqlarından  birinə 

çevrilmişdir.

 “Bəşər tarixinin zənginliyi 

birinci  növbədə  onun  yetiş-

dirdiyi  böyük  şəxsiyyətlərlə 

bağlıdır”  deyən  akademik 

Adilə  xanım  Namazova  bu 

mənada  Əziz  Əliyevi  xalqı-

mızın  milli  iftixarı  adlandır-

dı.  Qeyd  etdi  ki,  o  həm  də 

xeyirxahlıq  mücəssəməsi  idi: 

“Müdriklər söyləyir ki, insanın 

ruhu  onun  qəlbindədir.  Qəlb 

isə  sənin  insanlara  bəxş  et-

diyin  xeyirxah  əməllərlə  qi-

dalanır,  yaşayır.  Belə  in-

sanlar  hər  əsrdə  tək-tək 

yaranır və demək olar ki, 

əhalinin,  xalqın  ən  çətin 

problemlərini  həll  etməyi 

bacarırlar. 

Dağıstanda 

yaşayan  millətlər  də  onu 

özlərinin  xeyirxahı  he-

sab edirlər. Çünki o, Da-

ğıstan  əhalisini  II  Dün-

ya  Müharibəsi  dövründə 

fəlakətdən qurtardı, onla-

rın  sürgün  olunmasının  qar-

şısını aldı”. 

ATU-nun  II  cərrahi  xəs-

təliklər  kafedrasının  müdiri, 

Elmi  Cərrahiyyə  Mərkəzinin 

direk toru,  akademik  Bö-

yükkişi  Ağayev  qeyd  etdi  ki, 

ümu milikdə  mənalı  bir  ömür 

yaşamış,  siyasi,  ictimai  və 

səhiy yə  sahəsinin  inkişa-

fında  çox  böyük  xidmətləri 

olmuş  Əziz  Əliyevin  yaşadı-

ğı  dövr  tarix  üçün  çox  ağır 

illərdir.  Bütün  çətinliklərə 

baxmayaraq  Əziz  Əliyev  öz 

təşkilatçılıq  bacarığı,  fitri  is-

tedadı ilə çox böyük işlər gör-

müş,  Azərbaycanın  ictimai-

siya sı  həyatında  müstəsna 

xidmətlər göstərmişdir.

İnstitutu 

qurtardıqdan 

sonra  Sabirabad  rayonunda 

cərrah  işlədiyi  zaman  30-

cu  illərdə  institutu  bitirmiş 

həkimlərin  Əziz  Əliyevdən 

tez-tez  söhbət  açdıqla-

rını,  tələbələrə  yaratdığı 

şəraitdən  ürəkdolusu  danış-

dıqlarını  xatırladan  akade-

mik bildirdi ki, o vaxt belə bir  

şəxsiyyəti  tanımadığına  görə 

təəssüflənərdi.  

1960-cı  ildə  Həkimləri 

Təkmilləşdirmə  İnstitutunda 

onunla  təxminən  15  dəqiqə 

çəkən  görüşün  təəssüratını 

isə  indiyətək  unutmadığı-

nı  dedi:    “O  dövrdən  57  il 

keçməsinə 

baxmayaraq, 

onun  səmimiliyi,  sadəliyi, 

qay ğıkeşliyi,  yüksək  ziyalılığı 

indi  də  xatirəmdə  yaşayır.  O 

çox da uzun olmayan ömrünə 

böyük bir məna verməyi ba-

carmışdı”. 

ATU-nun    stomatologiya  

kafedrasının  müdiri,  profes-

sor  Tamara  xanım  Hüsey-

nova  bu  xeyirxah  dahinin 

onun  taleyində  də  böyük 

rol  oynadığını  söylədi:  “Ya-

dımdadır,  V  kursda  oxuyur-

dum.  Tez-tez  Elm-Tədqiqat 

Travmatologiya  və  Ortope-

diya  İnstitutunun  nəzdində 

fəaliyyət  göstərən  cərrahiyyə 

şöbəsinə gedib əməliyyatlara 

baxırdım.  O  vaxt  institutun 

direktoru  Əziz  Əliyev  idi.  Bir 

gün  məndə  arzu  yarandı  ki, 

dərsdən  sonra  işləyim.  Bu 

istəyim o böyük insanın qay-

ğıkeşliyi  sayəsində  həyata 

kedi.  Şəxsən  bir  stomatoloq, 

alim  kimi  yetişməyimə  görə 

də özümü Əziz Əliyevə borclu 

sayıram və onun işıqlı xatirəsi 

önündə baş əyirəm”. 

Əziz  Əliyevin  ailəsi,  öv-

ladları  ilə  bağlı  xatirələrini 

də  bölüşən  natiqlər  qeyd 

etdilər  ki,  səhiyyə,  elm  və 

təhsil  sahəsinin  böyük  bir 

dövrü  Əziz  Əliyevin  adı  ilə 

bağlıdır. Onun tibbə aid, ana 

dilində  nəşr  edilmiş  əsərləri 

milli  səhiyyə  tarixində  mü-

hüm yer tutur. Bundan əlavə, 

həm  də  nəzərə  çatdırıldı  ki, 

Əziz  Əliyev  müxtəlif  məsul 

vəzifələrdə  çalışarkən  özü-

nü təcrübəli dövlət xadimi və 

səhiyyə  sahəsinin  bacarıqlı 

təşkilatçısı kimi göstərib. 

Sonda 

alimin 


nəvəsi, 

tibb  elmləri  doktoru  Tamfi-

ra  xanım  Əliyeva  babasının 

xatirəsinə  göstərilən  diqqətə 

görə  dövlətimizin  başçı-

sı  İlham  Əliyevə  və  tədbirin 

təşkilatçılarına  təşəkkürünü 

bildirdi.

Qeyd edək ki, rektor Gəray 

Gəraybəylinin  ümumi  re-

daktorluğu  ilə  ATU-da  “Əziz 

Əliyev-120”  adında  kitab  da 

nəşr  olunub.  Burada  Əziz 

Əliyevin  120  illik  yubileyi 

münasibətilə 

universitetdə 

təşkil  olunan  elmi-prak-

tik  konfransın  materialları,  o 

cümlədən görkəmli dövlət və 

elm  xadiminə  həsr  olunmuş 

xatirələr yer alıb. 

 Arif MƏMMƏDLİ



GÖRKƏMLİ DÖVLƏT VƏ ELM 

XADİMİNİN XATİRƏ İŞIĞINDA

Yanvarın 10-da Azərbaycan Tibb Universitetinin Tədris 

Terapevtik Klinikasında görkəmli dövlət və elm xadimi 

Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr 

olunmuş geniş toplantı keçirildi.

Əziz Əliyev -120

16 yanvar 2017-ci il

http://w w w.amu.edu.az

3



Azərbaycan Respublika-



sı Prezidenti Administrasiyası 

rəhbərinin sərəncamı ilə “20 

Yanvar faciəsinin iyirmi yed-

dinci ildönümünün keçirilməsi 

ilə bağlı tədbirlər planı” təsdiq 

edilib.


Sənəddə  respublikanın  şəhər  və 

rayonlarında,  o  cümlədən  idarə  və 

təşkilatlarda  20  Yanvar  hadisələri 

ilə  bağlı  konfrans,  toplantı  və 

mühazirələrin  təşkili,  mədəniyyət 

ocaqlarında  faciəyə  həsr  olun-

muş  tamaşaların  göstərilməsi, 

bədii  və  sənədli  filmlərin  nü-

mayiş  etdirilməsi,  bu  tədbirlərin 

kütləvi  informasiya  vasitələrində 

geniş 

işıqlandırılması, 



dünya 

ictimaiyyətinin  diqqətini  faciəyə 

yönəltmək  məqsədilə  Azərbaycanın 

xarici  ölkələrdəki  səfirlikləri,  dip-

lomatik  nümayəndəlikləri  və  icma-

ları  vasitəsilə  müvafiq  tədbirlərin 

keçirilməsi, dünyanın aparıcı kütləvi 

informasiya  vasitələrində,  eləcə  də 

televiziya  kanallarında  və  inter-

net şəbəkələrində 20 Yanvar faciəsi 

barədə 

materialların 



verilməsi 

nəzərdə tutulub.

Tədbirlər planına əsasən, respubli-

kanın  bütün  tədris  müəssisələrində 

faciəyə  həsr  edilmiş  xüsusi  dərs 

keçiriləcək, 20 Yanvar hadisələri za-

manı  şəhid  olanların  ailələrinə  hu-

manitar  yardım  veriləcək,  Şəhidlər 

xiyabanı  ərazisində  lazımi  işlər 

aparılacaq,  Azərbaycanda  fəaliyyət 

göstərən əsas dini konfessiya və qu-

rumlar  tərəfindən  faciə  qurbanları-

nın xatirəsinə dini mərasimlər təşkil 

ediləcək.

Bundan  başqa,  sərəncamda  pay-

taxt  ictimaiyyətinin  yanvarın  20-

də  Şəhidlər  xiyabanına  ziyarətinin 

təşkili,  saat  12.00-da  bütün  ölkə 

ərazisində  şəhidlərin  xatirəsinin 

bir  dəqiqəlik  sükutla  yad  edilməsi, 

gəmilər,  avtomobillər  və  qatarlar 

vasitəsilə səs siqnallarının verilməsi, 

gün  ərzində  Şəhidlər  xiyabanında 

matəm  musiqisinin  səsləndirilməsi, 

respublikanın  şəhər  və  rayonların-

da,  kənd  və  qəsəbələrində  hüzn 

əlaməti  olaraq  dövlət  bayraqları-

nın  endirilməsi  və  digər  tədbirlər 

nəzərdə tutulub.

Və  görürük  ki,  bu  hüz-

nün,  faciə nin  içərisin də  bir 

məğlubedil məzlik, qəhrəmanlıq 

yaşamaqdadır.  Müasirlərimizin, 

gə ləcək  nəsillərin  təpədən-

dırnağadək silahlanmış qan içən 

ordunun üzərinə əliyalın yeriyən 

insanların  şahanə  ölümlərini 

unutmaması üçün o tarixi günə 

dönə-dönə qayıtmalıyıq.

1990-cı  il  yanvarın  19-dan 

20-nə  keçən  gecə  Bakıya  eyni 

vaxtda  müxtəlif  istiqamət-

lərdən qoşun hissələri yeridildi. 

Dinc  əhali  atəşə  tutuldu,  tank-

lar,  zirehli  maşınlar  insanları 

əzib  keçdi.  Xalqımız  nə  qədər 

faciəli gün yaşasa da, öz qanı ilə 

tariximizin  şərəfli  səhifələrini 

yazdı.

Azərbaycanın azadlığı və ərazi 



bütövlüyü  uğrunda  mübarizə 

tarixinə  qəhrəmanlıq  səhifəsi 

kimi daxil olmuş 1990-cı ilin 20 

Yanvarında ölkəmizə qarşı ərazi 

iddiaları irəli sürən Ermənistanın 

təcavüzkar  hərəkətlərindən  və 

keçmiş SSRİ rəhbərliyinin onla-

ra  havadarlığından  hiddətlənən 

azadlıq 

fədailəri 

Bakının 

küçələrinə  və  meydanlarına  çı-

xaraq  Kremlin  siyasətinə    öz 

qəti  etirazlarını  bildirirdilər. 

Öz  haqqını  tələb  edən    ge-

niş xalq kütlələrinə qarşı sovet 

ordusunun  döyüş  hissələrinin 

yeridilməsi 

Azərbaycanda 

misli 


görünməmiş 

faciəyə 


gətirib  çıxarmışdı.    Böyük 

itkilərlə,  günahsız  insanların 

qətli  ilə  nəticələnən  20  Yan-

var  faciəsi    cinayətkar  imperi-

ya  rəhbərliyinin  Azərbaycana 

qarşı  xəyanətkar  siyasətinə 

dözməyən, 

öz 


azadlığına, 

müstəqilliyinə  can  atan  xal-

qımızın  həm  də  mübarizliyini, 

əyilməzliyini, 

məğrurluğunu 

nümayiş  etdirdi.  Məhz  bu-

nun  nəticəsində  uzun  illərdən 

bəri  arzusunda  olduğumuz 

müstəqilliyə 

qovuşduq 

və 

ölkəmiz suverenlik əldə etdi.



Bu hadisələr mahiyyət etibarilə 

Azərbaycan  xalqının  milli-

azadlıq tarixinin qürur duyulası 

bir səhifəsidir, çünki bir tərəfdə 

azadlıq  üçün  mübarizə  aparan 

xalq,  digər  tərəfdə  isə  həmin 

azadlığın qəsdinə durmuş sovet 

imperiyası dayanırdı. 20 yanvar 

hadisələri  iradənin  silaha,  ina-

mın ölümə qalib gəldiyi məqam 

idi. Bakının küçələri, evləri, yol-

dan keçən maşınları atəşə tutul-

du. Həmin vaxt qoşunun gəldiyi 

yerlərdə bu gəlişə etiraz olaraq 

müqavimət  sipərləri  quran  in-

sanlar  arasında  cəmi  43  nəfər 

həlak  olmuşdu,  qalan  insanlar 

evində,  həyətində,  mənzilində 

qətlə yetirilmişdi.

Sovet imperiyasının Bakıya 50 

min nəfərə yaxın qoşun kontin-

genti  yeritməsinə  baxmayaraq, 

bu ordu insanları yalnız qətl edə 

bildi, onları diz çökdürə bilmədi 

və bu mənada Azərbaycan xal-

qı  şəhidlər  verməsinə,  minlərlə 

yaralıları  olmasına,  yüzlərələ 

insanların həbslərə düşməsinə 

baxmayaraq, 

sınmadı, 

mübarizəni  davam  etdirərək 

milli istiqlalını qazandı.

Dünya  hələ  də  1990-cı  il 

yanvarın 19-dan 20-nə keçən 

gecə  Azərbaycanda,  onun 

paytaxtı  Bakıda  nələrin  baş 

verdiyindən  xeyli  dərəcədə 

səthi informasiyaya malikdir. 

...Həmin  gün  Azərbaycanın 

o  vaxtkı  rəhbərliyinin  istəyi 

və  SSRİ  rəhbərliyinin  əmri  ilə 

Azərbaycanda 

kommunist 

rejimini  saxlamaq  və  mil-

li  azadlıq  hərəkatını  boğmaq 

məqsədilə  Bakıya  böyük  bir 

ordu yeridilmişdi. SSRİ Müdafiə 

Nazirliyi,  DİN  və  DTK-nın  ha-

zırlayıb həyata keçirdiyi «Udar» 

adlı  əməliyyatda  əsas  rolu  xü-

susi  təyinatlı  «ALFA»  və  SSRİ 

DTK-nın  «A»  təxribat  qrupları 

oynayırdı.  Sovet  qoşunlarının 

təcavüzü  nəticəsində  Bakıda 

135 mülki vətəndaş öldürülmüş, 

600-dən çox adam yaralanmış-

dı.  Öldürülənlər  arasında  beş 

millətin nümayəndələri, 20-dən 

çox qadın, uşaq var idi.  Hərbi 

qulluqçular  tərəfindən  200  ev 

və  mənzil,  80  avtomaşın,  külli 

miqdarda dövlət və şəxsi əmlak 

məhv edildi.

  20  Yanvar  hadisəsi  həm  də 

Azərbaycan  genetikası    üçün 

də faciə yaradıb.  Yanvarın 19-

23-ü  arası  dünyaya  gələn  403 

nəfər  uşağın  96  nəfəri  cəmi  2 

gün  yaşayıb.  68  nəfər  isə  do-

ğuş  zamanı  tələf  olub.  19  ana 

öz körpəsi ilə dünyasını dəyişib. 

Təkcə    Bakıda  281  nəfər  stres 

vəziyyətində olub. Onların  619 

nəfəri bu günədək ayrı-ayrı po-

liklinikalarda  qeydə  alınıb.  193 

nəfəri  Türkiyədə,  92  nəfəri  isə 

İranda müalicə alıb. 

1990-1992-ci  illər  arasında 

Bakıda şəkər xəstəliyi 7,5 dəfə, 

ürək  -  damar  xəstəlikləri  4,8 

dəfə,  əsəb  xəstəlikləri  8  dəfə 

artıb,  57  nəfərin  gözləri  kor 

olub.

20  Yanvar  faciəsinə  tam  si-



yasi-hüquqi  qiymətin  verilməsi 

ulu  öndər  Heydər  Əliyevin 

yenidən hakimiyyətə qayıdışın-

dan sonra mümükün oldu. 

1994-cü  il  martın  29-da 

“1990-cı il yanvarın 20-də Ba-

kıda törədilmiş faciəli hadisələr 

haqqında”  adlı  xüsusi  qərar 

qəbul  edildi.  Beləliklə,  Heydər 

Əliyevin  təkidi  və  rəhbərliyi 

sayəsində 

xalqımıza 

qarşı 

törədilən bu qanlı və qəddar ak-



siyaya siyasi-hüquqi qiymət ve-

rildi. Ümummilli liderin 2000-ci 

ildə 20 Yanvar faciəsinin 10-cu 

ildönümü  haqqında  imzala-

dığı  fərmanda  deyilirdi  ki,  XX 

əsr  tarixində  totalitarizmin 

törətdiyi  ən  qanlı  terror  akt-

larından  biri  olan  20  Yanvar 

faciəsində  Azərbaycan  xalqına 

qarşı işlədilmiş cinayət, əslində, 

bəşəriyyətə,  humanizmə,  in-

sanlığa  qarşı  həyata  keçirilmiş 

dəhşətli bir əməldir.

Bu gün 20 Yanvar iştirakçıları 

və  şəhid  ailələri  dövlətin  daim 

diqqət  mərkəzindədir.  Prezi-

dent  İlham  Əliyev  şəhidlərin 

adının uca tutulmasına, onların 

ailələrinin  sosial  məsələlərinin 

yoluna  qoyulmasına  xüsusi 

qayğı göstərir.

Həmin  qanlı  hadisələrdən 

illər  keçməsinə  baxmayaraq, 

xalqımız o müdhiş gecəni daim 

xatırlayır,    faciəni  törədənlərə 

öz  dərin  nifrətini  bildirir.  Xal-

qımızın  qan  yaddaşında  əbədi 

yaşayacaq  20  Yanvar  faciəsini 

respublikamız  hər  il  Ümum-

xalq  Hüzn  Günü  kimi  geniş 

qeyd  edir.  Bu  cinayət  hadisəsi 

bütün dünyaya tarixi faktlar və 

həqiqətlər  əsasında çatdırılır.

Bakının  ən  möhtəşəm  məka-

nın da torpaq uğrunda canlarını 

fəda  etmiş  igid    Vətən  övlad-

larının  uyuduğu  Şəhidlər  xiya-

banı  xalqımız  üçün  müqəddəs 

bir and yerinə, milli iradəmizin 

şərəfli ünvanına çevrilib.

Azərbaycan  xalqı  bu  ötən 

27  il  ərzində  Şəhidlər  Xiyaba-

nında  dəfn  edilən  20  Yanvar 

şəhidlərinə və eləcə də Qarabağ 

müharibəsi  şəhidlərinə  hörmət 

və  ehtiramını  bildirmək  üçün 

Şəhidlər  xiyabanına  gələrək 

onların  müqəddəs  qəbirlərini 

ziyarət edir.

Bu gün bizim üçün Azərbay-

canın  döv lət  müstəqilliyinin 

əbə diləş diril məsindən  müqəd-

dəs vəzifə ola bilməz. 

Bu  gün    planetin    istənilən 

nöqtəsində yaşayan soydaşları-

mız və eləcə də müttə fiqlərimiz 

dünya  xəri təsindəki  qüdrətli 

Azər baycan  dövlətinin  uğur-

larına  sevinir,  xalqımızın  öz  

müstəqilliyini  əbə diləşdirmək 

üçün atdığı qətiyyətli addımları 

ilə fəxr edirlər.

Daha 

böyük 


qələbəmiz 

isə  torpaqlarımızın  işğaıdan 

tamamilə  azad  ediləcəyi  gün 

olacaq.  Həmin  gün  isə  uzaqda 

deyil.

MƏNSUR ƏLƏKBƏRLİ





Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə