Beynəlxalq humanitar hüquq («Haaqa hüquq») döyüş aparılmasının aşağıdakı metod və vasitələri qadağan edilir:
Qadağan olunmuş metodlar:
a) düşmən qonşularına mənsub olan şəxsləri xaincəsinə öldürmək və ya yaralamaq; b) Milli və beynəlxalq emblem, siqnal aə bayraqların təyinatı üzrə istifadə edilməməsi;
c) işgəncələr, xəyanət, genosid, aparteid və girov götürəmənin tətbiq edilməsi;
ç) paplamentyoru və onu müşayiət edən şəxsləri öldürəmək;
d) şəhər və digər yerlərin talan edilməsi, yerli əhaliyə münasibətdə terrora əl atılması, əhali arasında aclıqdan isitafadə edilməsi;
ə) sanitar müəssisələrinin, qospital gəmilərinin və təyyarələrinin, sanitar işçilərinin hücuma məruz qalması, onların bombardiman edilməsi və ya məhv edilməsi;
e) düşmənin silahı yerə qoymuş və ya əsir kimi təslim olmuş şəxslərini öldürəmək və ya yaralamaq;
f) düşmən tərəfə mənsub olan şəxsləri, onların öz əlkəsinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştiraka məcbur etmək;
g) sıradan çıxmış eləcə də, fəlakətə düçar olmuş uçuş aparatını tərk etmiş şəxslərə hüsum etmək;
ğ) hərbi zərurət halından başqa, düşmən mülkiyyətinin tələf və ya zəbt edilməsi;
h) sahil balıqçılıq və ya yerli dənizçilik gəmilərinin, qospital gəmilərinin, elmi və ya dini funksiyalar yerinə yetirən digər gəmlərin zəbt edilməsi;
x) müdafiəsizşəhərlərin, limanların, kəndlərin və hərbi məqsədlər üçün istifadə olunmayan mənzilərin, tarixi abidələrin, mənbələrin, qospitalların bombardiman edilməsi;
i) heç kimi sağ qoymamaq haqqında əmr vermək və ya bununla hədələmək və yaxud bu yönümdə bhərbi əməliyyatlar aparmaq;
c) mədəni mülkiyyətin, tarixi və digər abidələrin ibadət edilən yerlərin məhv edilməsi və ya onların hərbi əməliyyatlarda uğur qazanmaq üçün istifadə edilməsi və s.
Qadağan edilmiş vasitələr:
a) insan bədənində asanlıqla dönən və ya yastılanan gülələr;
b) yeganə təyinatı boğucu və ya zərərli qazlar yaymaqdan ibarət olan mərmilər;
c) 400 qramdan az çəkisi olan, partlama xassəsinə malik və ya yanar tərkiblə təchiz edilmiş mərmilər;
ç) zəhərlər, zəhərlənmiş silahlar, boğucu, zəhərli və digər belə qazlar, bakterioloci və kimyəvi silah;
d) genişmiqyası və uzunmüddətli və ya ciddi nəticələr törədən ətraf mühitə təsir vasitələri;
ə) bədəndə aşkar edilməyən qəlpələr, mina-tələlər, yandırıcı silahlar və adi silahların hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən dəgər növləri;
e) nüvə silahı.