Statistikanın metodu və mərhələləri Statistikanın metodoloji əsasını elmi sürətdə dərketmə və sosial fəlsəfə nəzəriyyəsi təşkil edir. Yəni sosial-iqtisadi hadisələr statistikada qarşılıqlı əlaqə və asılılıqda, daim də-yişmə və təkmilləşməkdə tədqiq olunur ki, bu da sosial fəl-səfənin müddəalarından irəli gəlir.
Statistika məlumatının müxtəlif tədqiqat metodları (üsulları) vasitəsilə əldə edilir. O, digər elmlər kimi öz tədqiqatını dialektik metodun, yəni təbiət və cəmiyyəti elmi sürətdə dərketmə metodunun müddəalları üzərində qurur. Bu metodun əsas müddəaları ondan ibarətdir ki, öyrənilən hadisələri bir-birindən ayırliqda, lokal şəkildə deyil, qarşılıqlı əlaqə və asılılıqda gözdən keçirilməsi, hər bir hadisənin inkişafda öyrənilməsi nəzərdə saxlanma-lıdır.Dialektik metoda əsaslanaraq,elimlər öyrəndiyi pred-metdən asılı olaraq, öz xüsusi tədqiqat üsullarını tətbiq edirlər. Statistika özünün spesifik metodlarından: statisti-ka müşahidəsindən, statistik məlumatın qruplaşdırılması və yekunlaşdırılmasından, ümumiləşdirici göstəricilərin hesablanması (nisbi və orta kəmiyyətlər, zəncirvari yerdə-yişmə, indekslər, müxtəlif riyazi metodlar və s.) metodla-rından istifadə edir.
Statistika sosial-iqtisadi hadisələri tədqiq edərkən üç ardıcıl mərhələdən istifadə edir:
Tədqiqat obyekti haqda məlumatın toplanması (müşahidə);
Toplanmış məlumatların qruplaşdırılması və ye-kunlaşdırılması;
Alınmış nəticələrin təhlili (işləmə və təhlil).
Bu mərhələlərin hər biri məzmun və həyata keçirilmə vaxtına fərqlidir və onların hər birində müxtəlif statistika metodları tədbiq edilir.
Birinci mərhələdə statistika tədqiqatı üçün məlumatlar toplanır. Məlumatın alınması metoduna statistika müşahi-dəsi deyilir. Kütləvi müşahidə nəticəsində toplanmış tam statistika materialları elə işlənməlidir ki, onlar müvafiq fəaliyyət sahələrinin tələblərini tam təmin edə bilən mə-lumat əldə etməyə imkan versin. Statistika materialları-nın belə işlənməsi statistika tədqiqatının sonrakı mərhələ-sində həyata keçirilir.
Statistika müşahidəsi nəticəsində toplanılmış xam sta-tistika materiallarını dərk ediləcək şəklə salmaq üçün onu müəyyən əlamətlər üzrə bircinslı qruplara ayırmaq, yekun-laşdırmaq lazımdır. Deməli, statistika tədqiqatının ikinci mərhələsində statistikanın mühüm metodu müşahidə nəti-cəsində toplanılmış materialların qruplaşdırılmasıdır.Qrup-laşdırma müşahidə nəticəsində toplanılmış xam statistika materiallarının elmi işlənilməsinin və təhlilinin əsasını təşkil edir. Keyfiyyətcə bircinsli olan qrupları düzğün ayır-maq üçün həmin hadisəyə xas olan mühüm əlamətlər seçil-məlidir.
Əlamətlərin sayından və növlərindən asılı olaraq qrup-laşdırma sadə və quraşıq (kombinasion) qruplaşdırmaya ayrılır. Qruplaşdırma kəmiyyət və keyfıyyət əlamətləri üz-rə aparıla bilər. Qruplaşdırmanın vəzifələrindən asılı olaraq sosial-iqtisadi hadisələr tipik, quruluş və analitik qruplaş-dırma növlərinə görə qruplaşdırılır.