Statistikanın metodu və mərhələləri



Yüklə 36,39 Kb.
səhifə6/9
tarix26.10.2022
ölçüsü36,39 Kb.
#66415
1   2   3   4   5   6   7   8   9
referat 4238

Mütləq kəmiyyətlər

Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Mütləq kəmiyyətlər sosial-iqtisadi hadisələrin təhlilində mühüm əhəmiyyətə malikdirlər. Mütləq kəmiyyətlər sosial-iqtisadi hadisələrin həcmini konkret məkan və zamanda xarakterizə edir.


Mütləq kəmiyyətlər fərdi və yekun mütləq kəmiyyətlərə ayrılır. Fərdi mütləq kəmiyyətlər bilavasitə statistika müşahidələri əsasında alınır. Ayrı-ayrı kəndli təsərrüfatlarında taxılın, kartofun, pambığın va s. kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, ayrı-ayrı sənaye müəssisələrində işləyənlərin sayı, əsas istehsal fondlarının dəyəri, ümumi məhsulun həcmi, mənfəətin həcmi və s. fərdi mütləq kəmiyyətlərdir.
Fərdi mütləq kəmiyyətlər müşahidə obyektinin ayrı-ayrı vahidlərinin həcmini, səviyyəsini xarakterizə edir. Fərdi mütləq kəmiyyətlər hər bir elmi-tədqiqat işinin aparılmasında mühüm əhəmiyyətə malikdir.
Fərdi mütləq kəmiyyətlər yekun mütləq kəmiyyətlərin alınmasında mühüm rol oynayır. Yekun mütləq kəmiyyətlər öyrənilən statistik məcmunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı-ayrı qruplarının həcmini xarakterizə edir. Yekun mütləq kəmiyyətlər əsasən müşahidə nəticəsində əldə edilmiş fərdi mütləq kəmiyyətlərin cəmlənməsi yolu ilə müəyyən edilir. Məsələn, əhalinin siyahıya alınması məlumatları əsasında müvafıq əlamətlər üzrə yekunlaşdırma aparıldıqda ayrı-ayrı rayonlar, regionlar, şəhərlər və ölkə üzrə əhalinin ümumi sayı, şəhər və kənd əhalisinin sayı, kişi və qadınların sayı və s. əlamətlər üzrə yekun mütləq kəmiyyətlər alına bilər.
Yekun mütləq kəmiyyətlər xüsusi hesablamalar əsasında da müəyyən edilir.Məsələn, əhalinin perspektiv sayının müəyyən edilməsi. Hesablama əsasında mütləq kəmiyyətlərin əldə edilməsi ən çox müvafiq göstəricilərin proqnozlaş-dırılmasında istifadə edilir. Məsələn, əhalinin şəxsi təsərrüfatlarında yekun mütləq kəmiyyət olan ümumi tərəvəz yığımını müəyyən etmək üçün tərəvəzin cəmi əkin sahəsini hər hektardan götürülən məhsulun həcminə vurmaq lazımdır.


Yüklə 36,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin