1) proqramda öyrənilən sosial-iqtisadi hadisəni xarakte-rizə edən mühüm əlamətlər, hadisənin əsas xüsusiyyə-ti, tipi ifadə olunmalıdır.
2) proqramda qoyulmuş suallar dəqiq olmalıdır və düz-gün cavab almaq üçün asan olmalıdır;
3) proqramı işləyərkən ancaq sualları tərtib etməklə kifa-yətlənmək olmaz, onların ardıcıllığını da təmin etmək lazımdır;
4) proqramda toplanılan məlumatların yoxlanılması və dəqiqliyini təmin etmək üçün nəzarət xarakterli sual-lann qoyulması məqsədəuyğundur.
Baş və seçmə məcmunun ümumi xarakteristikası
Öyrənilən hadisənin bütün məcmu vahidlərinin cəmi-nə baş məcmu deyilir. Baş məcmuda əlamətin ümumiləş-dirici göstəricisi olan orta kəmiyyət baş orta kəmiyyət adlanır və özü də “x”-lə işarə olunur. Baş məcmuda əlamətin dispersiyası “σ2”-la işarə olunur. Baş məcmuda müəyyən əlamətə malik olan vahidlərin hissəsi baş hissə adlanır və ʻʻpʼʼhərfı ilə, əlamətə malik olmayan vahidlərin hissəsi isə “q” hərfi ilə işarə olunur. Əgər baş məcmuda əlamətə malik olan vahidlərin sayını “M”-lə, baş məc-mudakı bütün vahidlərin sayını “N”-lə işarə etsək, onda əlamətə malik olanların hissəsini
düsturu ilə hesablamaq olar. Buradan aydındır ki, p+qhəmişə vahidə bərabər olur. Tədqiq etmək üçün baş məcmudan seçilmiş vahidlərin məcmusu seçmə məcmu adlanır. Seçmə məcmuda əlamətin orta kəmiyyəti seçmə orta kəmiyyət adlanır və x-lə, dispersiyası isə seçmə dispersiya adlanır və σo2-la işarə edilir. Seçmə məcmuda əlamətə malik olan vahidlərin sayı m-lə, əlamatə malik olan vahid-lərin seçmə məcmuya olan nisbəti nisbi tezlik adlanır və W-ləişarə edilir. Əgər seçmə məcmudakı vahidlərin sayını n hərfı ilə işarə etsək, o zaman əlamətə malik olan vahidlərin nisbi tezliyi aşağıdakı düsturla hesablanar: