Statistikanın metodu və mərhələləri



Yüklə 36,39 Kb.
səhifə8/9
tarix26.10.2022
ölçüsü36,39 Kb.
#66415
1   2   3   4   5   6   7   8   9
referat 4238

ip ── ;
qo
Burada, iq- fərdi fıziki həcm indeksi,
qo- əsas dövrdə satılmış və ya istehsal edilmiş
məhsulun fıziki həcmini,
q1 -hesabat dövründə satılmış və ya istehsal edil-
miş məhsulun fıziki həcmini göstərir.
Statistik məlumatların qrafik təsviri
və onun əsas növləri

Sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfləri haqda məlumatın və onların nisbətlərinin nöqtələr, xəttlər, şərti həndəsi fiqurlar, işarələr və şəkillər vasitəsilə təsvirinə statistikada qrafiklər deyilir. İqtisadi-statistik tədqiqatlarda qrafiklər xüsusi rol oynayır. Onların köməyi ilə həmin hadisələrin inkişafındakı qanunauyğunluqları asanlıqla aşkar etmək və onları əyani şəkildə təsvir etmək mümkün olur. Statistik məlumatın başa düşülə biləcək şəkildə əhaliyə çatdırılmasında da qrafiklərin rolu boyükdür. Qrafikləri qurmaqda məqsəd statistik məlumatı geniş xalq kütləsi üçün əyani, başa düşüləcək şəkildə təsvir etməkdən və həmin məlumatı ümumiləşdirməkdən, öyrənilən hadisə üçün xarakterik olan əlaqə və nisbətləri aydınlaşdırmaqdan ibarətdir. Cədvəllər kimi, qrafiklər də statistika materiallarının sistemləşdirilməsində mühüm vasitə hesab olunur. Statistika qrafiklərindən aşağıdakı məsələrin müəyyənləşdirilməsi üçün istifadə edilir:


1) öyrənilən statistik məcmunun tərkibini, quruluşunu və quruluş dəyişikliklərini xarakterizə etmək;
2) vaxt etibarilə hadisənin inkişafinı xarakterizə etmək;
3) tapşırıqların yerinə yetirilmə dərəcəsini göstərmək;
4) müxtəlif obyektləri bir-birilə müqayisə etmək;
5) sosial-iqtisadi hadisələr və onların əlamətləri arasın-dakı qarşılıqlı əlaqələri öyrənmək;
6) bu və ya digər hadisənin məkanca paylanmasını gös-tərmək.
Statistika qrafıklərinin əsas elementləri aşağıdakılardır:
1) Qrafik sahəsi (müəyyən həcmə, nisbətə malik olan işarələrin yerləşdiyi sahə);
2) Həndəsi işarələr (qrafıkdə təsvir olunan nöqtələr, xət-lər, dairələr, sektorlar, fıqurlardır);
3) Sahə orientasiyaları (qrafık sahəsində həndəsi işarə-lərin yerləşdirilməsini müəyyən edir və qəbul edil-miş koordinat sistemlərindən asılıdır);
4) Miqyas orientasiyaları (həndəsi fıqurların kəmiyyəti-ni əks etdirir);
5) Qrafıkin izahı (qrafıkin məzmununun sözlə izah edilməsi və həndəsi işarəsinin hər birinin mahiyyət və mənasının göstərilməsi).
Həndəsi işarələrin tətbiqindən asılı olaraq qrafiklər nöqtələrlə, xətlərlə, sütunlarla, kvadratlarla, dairələrlə və s. təsvir oluna bilər. Bu zaman həndəsi işarələrin düzgün seçilməsinin mühüm əhəmiyyəti vardır.Sahə orientasiyaları ko-ordinat sistemi şəklində verilir. Statistika qrafiklərində, adətən, düzbucaqlı koordinat sistemi tətbiq edilir. Statistika məlumatının şərti ölçülərlə qrafiklərdə verilməsinə miqyas deyilir. Xətt üzərində olan hər bir nöqtəyə müəyyən rəqəm uyğun olduğu kimi, hər bir rəqəm də xətt üzərindəki müəyyən nöqtələrə uyğun olma-lıdır. Şkalalar bərabər və qeyri-bərabər ola bilər. Bir çox hallarda qrafiklər bərabər şkalalar ilə qurulur.

Yüklə 36,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin