Statistikanın metodu və mərhələləri



Yüklə 36,39 Kb.
səhifə3/9
tarix26.10.2022
ölçüsü36,39 Kb.
#66415
1   2   3   4   5   6   7   8   9
referat 4238

M
M = x f ; ── = f
X
Harmonik orta kəmiyyətin sadə düsturu aşağıdakı kimi yazılır:


n

xh ═ ───
1
∑ ─
X

Burada n - variantların sayı,


1
∑ ─ - variantların tərs qiymətlərinin məbləğidir.
X
Aparılmış hesablamalardan aydın olur ki, sosial-iqtisadi hadisələrin variantları və çəkiləri haqqında məlumat verildikdə hesabi orta kəmiyyətin çəkili düsturündan, variantın çəkisi haqqında məlumat verilmədikdə, və yaxud məlumat variantla çəkinin hasili şəklində verildikdə, orta kəmiyyəti harmonik orta kəmiyyətin çəkili düsturundan istifadə etməklə hesablamaq lazımdır. Harmonik orta kəmiyyətin sadə düsturu o zaman tətbiq edilə bilər ki, məc-munun qiyməti məcmu vahidi uçün bərabər olsun.
Statistik müşahidənin proqram-
metodoloji məsələləri
Statistik müşahidənin nəzəriyyəsində mühüm yer tutan müşahidənin proqram-metodoloji məsələlərinə onun məqsədi və vəzifəsi, müşahidə obyekti və müşahidə vahidinin müəyyənləşdirilməsi, onun proqramının ha-zırlanması, müşahidənin növünün və aparılma üsulunun seçilməsi, müşahidənin vaxtının və aparılması müddətinin müəyyən edilməsi, toplanılmış statistik məlumatın dəqiqliyinin yoxlanılmasının təşkili daxildir.
Statistika müşahidəsinin məqsədi, ilk növbədə, təcrübənin və elmin tələbatını, idarəetmə orqanlarının ehtiyaclarını təmin etmək vəzifəsini həyata keçirməkdən ibarətdir. Statistik müşahidənin vəzifəsi sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını aşkar etmək üçun etibarlı məlumat əldə etməkdir. Hər bir statistik müşahidənin məqsəd və vəzifəsi aydın və ətraflı müəyyən edilməlidir.
Hər bir statistik müşahidənin obyekti ayrı-ayrı elementlərdən və müşahidə vahidlərindən ibarətdir. Müşahidə obyektinin tərkib hissəsi olan, qeyda alınacaq əlamətləri özündə əks etdirən, uçota almaq üçün əsas olan elementlər müşahidə vahidi adlanır. Müşahidə vahidini elmi əsaslarla müəyyən etmək üçün müşahidə obyekti keyfıyyətcə təhlil edilməlidir. Müşahidə vahidinin düzgün müəyyən edilməsi nəticəsində sosial-iqtisadi hadisə haqda dolğun, etibarlı məlumat əldə etmək mümkündür. Müşahidə olunacaq obyektdən asılı olaraq ayrı-ayrı müəssisələr, təsərrüfatlar, kooperativlər, məktəblər və s. müşahidə vahidi ola bilər. Müşahidə vahidi ilə hesabat vahidini ayırmaq lazımdır. Hesabat vahidi o subyektdir ki, ondan müşahidə vahidləri haqqında məlumat daxil olur (məs, əhalinin siyahıyaalınmasında ayrı-ayrı ailələr hesabat vahidi ola bilər).
Müşahidə proqramının hazırlanmasında qeydə alınacaq əlamətlərin düzgün seçilməsinin mühüm əhəmiyyəti vardır. Sosial-iqtisadi hadisələr haqqında informasiya bütün əlamətlər əsasında deyil, hadisəni bilavasitə xarakterizə edən mühüm əlamətlər üzrə toplana bilər. Həmin mühüm əlamətlər əsasında müşahidənin proqramı tərtib edilir. Müşahidənin proqramı qeydə alınacaq əlamətlərin, yəni cavab toplanılacaq sualların siyahısından ibarətdir. Beləliklə, statistika müşahidəsinin proqramının tərtibində aşağıdakı tələblər nəzərə alınmalıdır:

Yüklə 36,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin