Laboratoriya işi 5.
Python proqramlaşdırma dilində sətirlərlə iş.
İşin məqsədi: Python dilində sətirlərlə iş – sətirlər, indekslər, sətrin uzunluğu, kəsiklər, sətirlərin kəsiyinin alınması, metod, üsüllar və baza əməliyyatları haqqında əməliyyatları öyrətməkdən ibarətdir.
İşin məzmunun: Python dilində sətirlərlə iş . Python dilində geniş istifadə olunan kəmiyyətlərdən biri də sətirlərdir. Sәtir hər hansı simvollar ardıcıllığıdır. Sətir deyəndə mətn formasında informasiyanın yadda saxlanılması və təqdim edilməsi üçün istifadə edilən nizamlanmış, UNICOD-da kodlaşmış ixtiyari simvollar ardıcıllığıdır. Buna görə də sətirlərlə mətn formasında verilən istənilən hər şeylə işləmək olar.
Sətirlər apastrof (tək dırnaq) və ya dırnaq (cüt dırnaq) arasında yazılır. Burada iki variantın olmasının əsas səbəbi odur ki, mətnə apastrof və dırnaq simvollarını salmaq mümkün olsun.
S = “Bu bir sətirdir”= ‘Bu bir sətirdir’
S = "sınaq'dır" ='sınaq"dır'
Sətirlər, adətən, tək dırnaq (') işarələri arasında yazılır, ancaq bu məqsədlə adi dırnaq (") işarəsindən də istifadə olunur, məsələn: 'Bu bir örnəkdir.', "Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.". Sətirləri dəyişənlərə mənimsətmək də olar, məsələn:
a = 'Azərbaycan ', b = 'Cümhuriyyəti'.
Ədədlərlə olduğu kimi, sətirlər üzərində də müəyyən əməliyyatlar aparılır. Ədədlər və onluq kəsrlərdə olduğu kimi mətnlər də toplana bilərlər. Bu əməliyyata birləşdirmə (concatenation) əməliyyatı deyilir. Bu əməliyyat iki və daha çox yazı arasında aparıla bilər.Toplama zamanı mətnlərin bir və ya iki dırnaqla yazılmasının heç bir fərqi yoxdur.
Məsələn, iki sətrin cəmi onların bir-birinə "yapışdırılmasından" əmələ gələn yeni sətir olur.
>>> c = a + b
>>> print (c)
Azəraycan Cümhuriyyəti
>>> c = a + 'Xalq' + b
>>> print (c)
Azəraycan Xalq Cümhuriyyəti
Python dilində Sətir hərflərdən, ədədlərdən, başqa simvollardan, o cümlədən boşluq simvolundan ibarət ola bilər. Python dilində sətrlər üzərində bir çox riyazi əməlləri yerinə yetirmək olur:
s1 = 'a'
s2 = 'l'
s3 = 'p'
print (s1 + s2 + s3)
print ("a", "l", "p")
Burada hər 2 print operatorunun nəticəsi eynidir.
Daxil etdiyiniz ədəd olsa belə mətn kimi daxil edildiyindən mətn sayılacaqdır. Mətnlə ədədi toplamaq xəta yaradır.Bu səbəbdən də,mətn kimi daxil etdiyiniz ədədi belə ədədlə toplaya bilməzsiniz,çünki ikisinin tipi başqa olur:
>>>"2"+"2"
'22'
>>>1+'2'+3+'4'
Traceback(most recent call last):
File "",line 1,in
TypeError:unsuportted operand type(s) for +: 'int' and 'str'
Gördüyünüz kimi xətanın son cümləsi TypeError:unsuportted operand type(s) for +: 'int' and 'str' - Xətanın tipi: Dəstəklənməmiş operand tipi + üçün mənasını verir və xətanı izah edir.
Mətnlər bundan başqa həm də vurma əməliyyatında istifadə edilə bilər.Vurma əməliyyatında mətnlər ədədlərlə vurula bilər və nəticəsi mətnin vurulduğu ədəd qədər təkrarı olur.Mətn və ədədin sırasının heç bir fərqi yoxdur,lakin adətən birinci mətnlər yazılır:
>>>print("ders"*3)
dersdersders
>>>4*'2'
'2222'
Mətnlər ədədlərdən başqa heç nə ilə vurula bilmirlər, hətta onluq kəsrlərin də rəqəm olmasına baxmayaraq onluq kəsrlərlə də vurula bilmirlər:
>>>'17'*'87'
TypeError:can't multiply sequence by non-int of type 'str'
'Python'*5.0
TypeError:can't mutliply sequence by non-int of type float
Birinci kodda hər iki rəqəm mətn formatında verildiyi üçün vurula bilmir, yəni mətn mətnlə vurula bilməz! İkinci kodda isə onluq kəsr mətnlə vurula bilməz!
Dostları ilə paylaş: |