Laboratoriya işi Python proqramlaşdırma dilində sətirlərlə iş. İşin məqsədi



Yüklə 70,69 Kb.
səhifə4/9
tarix04.11.2022
ölçüsü70,69 Kb.
#67320
1   2   3   4   5   6   7   8   9
Lab.5 Python proqramlaşdırma dilində sətirlərlə iş. docx

Kəsiklər (slices). Python dilində indeksdən başqa kəsiklər də mövcuddur. Kəsik (slice) — verilmiş obyektdən bir simvolun (elementin), sətrin və ya altardıcıllığnı müəyyən fraqmentinin ayrılmasından (seçilməsindən) alınan yeni obyektdir.
START – kəsiyin başlanğıc nömrəsi (indeksi),
STOP – kəsiyin son sərhəddi-indeksi (həmi nömrəli element kəsiyə daxil olmur),
STEP – addım.
Susma halında START = 0, STOP = obyektin uzunluğu, STEP = 1. İstifadə edilən zaman hansısa (ola bilər ki, hamısı) parametr buraxıla bilər.
İki indeksdən istifadə etməklə sətrin bir hissəsini ayırmaq olar.
>>> a[0:4]
'AZƏR'
Diqqət edin ki, ikinci indeks olaraq 4 göstərilsə də, həmin mövqedəki simvol kəsilib ayrılmış sətirdə yoxdur. Başqa sözlə, ikinci indeksin mövqeyində olan simvol kəsiyə daxil edilmir. Bu indekslərdən hər hansı birini göstərməmək də olar. Əgər birinci indeks buraxılmışsa, Python avtomatik olaraq kəsiyə birinci simvoldan başlayır, ikinci indeks buraxılmışsa, sonadək bütün simvolları götürür.
>>> a[:5]
'AZƏRB'
>>>a[7:]
'CAN'
Tutaq ki, Mətn = “Salam” sətri verilib. Aşağıdakı misalda kəsiyin sətrə tətbiqi göstərilib.
Yuxarıdakı nümunələrdə kəsiklər siyahılar əsasında verilib. Eyni şeyi sətirlər üçün də etmək olar. Tutaq ki, Mətn = “Salam” sətri verilib. Aşağıdakı misalda kəsiyin sətrə tətbiqi göstərilib.

>>>Metn = "Salam"
>>>Metn [1]
'a'
>>>Metn [3]
'a'
>>>Metn [-1]
'm'
>>>Metn [4]
'm'
>>>Metn [1:3]
'al'
>>>Metn [1:]
'alam'
>>>Metn [1:50]
'alam'
>>>Metn [:-1]
'Sala'
>>>Metn [:4]
'Sala'
>>>Metn [1:5:2]
'aa'

Metn [0:5:2] 'Slm'



>>>Mətn [1:50] əmrində 50 sətrin uzunluğundan böyük olsa da (50 > len(Mətn)=5), əməliyyat sətrin uzunluğuna bərabər say qədər yerinə yetiriləcək.


Əgər kəsiyin başlanğıc indeksi sətrin uzunluğundan böyük və bərabər olsa, onda interpretaror IndexError: string index out of range məzmunlu səhv verəcək.
Misallardan göründüyü kimi Mətn[a:b] kəsiyi bizə a simvolundan başlayaraq b simvolu daxil olmamaqla ona qədər (b-a) sayda simvolu olan altsətir verəcək.
Eyni bir elementi (simvolu) həm müsbət, həm də mənfi indekslə göstərmək olar.

Yüklə 70,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin