Laboratoriya işi Python proqramlaşdırma dilində sətirlərlə iş. İşin məqsədi



Yüklə 70,69 Kb.
səhifə5/9
tarix04.11.2022
ölçüsü70,69 Kb.
#67320
1   2   3   4   5   6   7   8   9
Lab.5 Python proqramlaşdırma dilində sətirlərlə iş. docx

Mətn [4] = Mətn [-1] = 'm'
İndi isə sətirlər üçün digər funksiya və üsullarla (metodlarla) tanış olaq.


Sətirləri formatlaşdırılması. Baza əməliyyatları.
Python dilində sətrin daxilində olan simvolların (siyahının və kortejlərin elementlərinin) sıra nömrəsi aşağıdakı sxemə əsasən müəyyən edilir. “Qarabağ” sətri üçün nömrələmə belə olacaq:


Q

a

r

a

b

a

ğ

0

1

2

3

4

5

6

-7

-6

-5

-4

-3

-2

-1








Baza əməliyyatları




Əməliyyat

Yazılış

Nəticə

Şərh

Konkatenasiya
(toplama)

>>> S1=“Qara”
>>> S2=“bağ”
>>> print (S1+S2)

Qarabağ





Sətrin təkrarlanması (dubl edilməsi)

>>> print("bara" * 3)

barabarabara




Sətrin uzunluğu (len
funksiyası)

>>>len(“Qarabağ”)

7




İndeksə görə keçid (müraciət)



>>>m=“Qarabağ”
>>>m[0]
>>> m[6]
>>> m[-1]
>>> m[-7]
>>> m[4]
>>> m[-3]
>>> m[-0]
>>> m[7]
Traceback (most recent call last):
File "
", line 1, in
m[7]
IndexError: string index out of range

'Q'
'ğ'


'ğ'
'Q'
'b'
'b'
'Q'
Səhvdir

Python dilində mənfi


indeksə görə də keçid etmək olar. Bu zaman saymaq sətrin sonundan başlayacaq.
İndeksə görə keçiddən siyahılarda və kortejlərdə də istifadə etmək olar.

Kəsiyin alınması [X:Y].
X – kəsiyin başlanğıcı, Y – kəsiyin sonu. Y saylı simvol kəsiyə aid olmur. Susma halında birinci indeks
0-a, ikinci isə sətrin uzunluğuna bərabər olur.

>>> m=“Qarabağ”
>>> m[1:6]
>>> m[2:-2]
>>> m[:4]
>>>m[1:]
>>>m[:]
>>> m[::-1]
>>> m[3:5:-1]
>>> m[2::2]
>>> m[3:5:1]
>>> m[3:5:3]

'araba'
'rab'


'Qara' 'arabağ' 'Qarabağ' 'ğabaraQ' ''
'rbğ'
'ab'
'a'

Üçüncü ədədi addım kimi vermək olar. Kəsiklərdən siyahılarda və kortejlərdə də istifadə etmək olar.


Sətirdə boşluq simvolları da daxil olmaqla bütün simvolların sayına sәtrin uzunluğu deyilir. Xüsusi len() funksiyasının köməyilə sətrin uzunluğunu bilmək olar.


>>> len(a)
10
Bildiyiniz kimi, proqram işləyərkən istifadə olunan bütün verilənlər kompüterin operativ yaddaşında saxlanır. Proqram başqa qaynaqlarda yerləşmiş verilənlərə xarici verilәnlәr kimi baxır. Verilənlərin xarici mənbələrdən alınması əməliyyatına giriş və ya daxiletmә, verilməsinə isə çıxış deyilir. Ədədi verilənlər kimi, sətir tipli kəmiyyətləri də klaviaturadan proqrama daxil etmək üçün input()funksiyasından istifadə olunur. Bu funksiya daxil edilən kəmiyyəti sətir kimi qəbul edir. Məsələn, a = input()komandasının icrası zamanı klaviaturada 123 ədədini yığıb klavişini basdıqdan sonra a dəyişəni 123 qiymətini deyil, '123' qiymətini alır: a = '123'. Ona görə də bəzən kəmiyyətləri bir tipdən başqasına çevirmək lazım gəlir.
Başqa proqramlaşdırma dillərində olduğu kimi, Python dilində də kəmiyyətləri bir tipdən başqasına çevirmək üçün funksiyalar vardır. Məsələn, ədədi sətrə çevirmək üçün str()funksiyasından, sətri ədədə çevirmək üçün isə int() funksiyasından istifadə olunur.
>>> int ('123') >>> str (123)
123 '123'
Verilənləri çap etmək, başqa sözlə, çıxışa vermək üçün Python dilində print() funksiyası nəzərdə tutulub. Bu funksiya vasitəsilə eyni zamanda həm mətn, həm də dəyişənlərin qiymətlərini çıxışa vermək olar.
>>> a = 14
>>> print('Orxanın', a, 'yaşı var')
Orxanın 14 yaşı var
Bu nümunədə print() funksiyası bütün qiymətləri bir sətirdə çıxışa verir və onları bir-birindən ayırmaq üçün aralarına boşluq simvolu artırır. Ancaq qiymətləri ayırmaq üçün başqa üsullar da vardır. Məsələn, çıxışa verilən qiymətlərin arasına vergül, defis kimi simvollar qoymaq olar. Ayırıcı kimi istifadə olunan simvol sep parametri vasitəsilə göstərilir (məsələn,sep = '-'). Əgər sep = '\n' olarsa, onda hər bir qiymət yeni sətirdə çap olunacaq.
>>> a = 14
>>> print('Orxanın', a, 'yaşı var.', sep='\n')
Orxanın
14
yaşı var

Yüklə 70,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin