Lab.5 Python proqramlaşdırma dilində sətirlərlə iş. docx
Alqoritm Klaviaturadan hər hansı simvollar sətrini daxil edin.
Daxil edilən sətrin 3-cü simvolunu çıxışa verin.
Sətrin sonuncu simvolunu çıxışa verin.
Sətrin ilk beş simvolunu çıxışa verin.
Sətrin sonuncu iki simvolu istisna olmaqla qalan simvollarını çıxışa verin.
Sətrin cüt indeksli simvollarını çıxışa verin.
Sətrin tək indeksli simvollarını çıxışa verin.
Sətrin uzunluğunu çıxışa verin.
Bildiyiniz kimi, hər bir obyekt müəyyən xassələrə malikdir. İnformatikada bu xassələrin iki növünü fərqləndirirlər: әlamәt xassәlәri və hәrәkәt xassәlәri. Əlamət xassələrinə, sadəcə,obyektin xassәlәri, hərəkət xassələrinə isə obyektin metodları deyilir.
Proqramlaşdırma dillərində hər hansı obyektin metodunu göstərmək üçün xüsusi yazılışdan istifadə olunur: öncə obyektin adı, sonra onun metodu yazılır, onları birbirindən ayırmaq üçün isə aralarına nöqtə qoyulur (məsələn, s1.upper(), S.find('a', 5, 10)). Python dilində sətirlərə obyekt kimi baxılır və hər bir obyekt kimi onların da öz metodları olur. Onlardan daha tez-tez istifadə olunanıfind metodudur. Bu metod verilmiş sətirdə onun altsətrini tapmaq üçün nəzərdə tutulub. Axtarılan altsətir tapılırsa, metod altsətrin birinci dəfə rast gəlindiyi yerin indeksini qaytarır. Əgər axtarılan altsətir tapılmırsa, metod -1 qiymətini qaytarır.
Məsələn:
>>> S = 'Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.'
>>> print(S.find('bilik'))
20
>>> print(S.find('ar'))
1
>>> print(S.find('kitab'))
-1
find metodunun başqa parametrləri də ola bilər. S.find(T, a, b) yazılışı S sətrində Taltsətrinin S[a:b] kəsiyində axtarıldığını göstərir. Ancaq nəzərə almaq lazımdır ki, S.find(T, a, b) metodunun qaytardığı qiymət T altsətrinin kəsikdəki indeksi deyil, S sətrindəki indeksi olur .
>>> print(S.find('a', 5, 10))
6
Soyadınız və adınızı klaviaturadan daxil edən və onların yerlərini dəyişərək (yəni öncə adınızı, sonra soyadınızı) çıxışa verən proqram yazın.