Laboratoriya işi Python proqramlaşdırma dilində sətirlərlə iş. İşin məqsədi


Simvollar sətrinə adətən sətrin literalları deyilir



Yüklə 70,69 Kb.
səhifə2/9
tarix04.11.2022
ölçüsü70,69 Kb.
#67320
1   2   3   4   5   6   7   8   9
Lab.5 Python proqramlaşdırma dilində sətirlərlə iş. docx

Simvollar sətrinə adətən sətrin literalları deyilir. Python dilində sətirlərlə işləmək çox rahatdır. Bir neçə sətirlər literalı mövcuddur. Python dilində ekranlaşmış ardıcıllıqdan (xidməti simvollardan) istifadə edilir.
UNICODda verilmiş bütün simvolları klaviaturdan daxil etmək olmur. Ekranlaşmış ardıcıllıq klaviaturdan daxil edilə bilməyən simvolları sətrə əlavə etməyə imkan verir.
Məsələn:



Ekranlaşmış ardıcıllıq

Təyinatı

\n

Növbəti sətrə keçmək

\a

Zəng

\b

Kəsmək (bölmək)

\f

Növbəti səhifəyə keçid

\r

Sətir başlarının (karetkanın) qaytarılması

\t

Üfqi tabulyasiya

\v

Şaquli tabulyasiya

\N{id}

UNİCOD verilənlər bazasının ID identifikatoru

\uhhhh

16-bitlik UNICOD simvolu 16-lıqda təsviri

\Uhhhh…

32-bitlik UNICOD simvolun 32-likdə təsviri

\xhh

Simvolun 16-lıqda qiyməti

\ooo

Simvolun 8-likdə qiyməti

\0

Null simvolu (sətrin sonu əlaməti deyil)

>>> A = ["alma", "armud","heyva","nar"]
>>> print (A)
['alma', 'armud', 'heyva', 'nar']
>>> print (A[0], '\n', A[1], '\t', A[2], '\b', A[3], '\a')
alma
armud heyva nar

Əgər açılan dırnaqdan əvvəl “r” simvolu (hansı reqistrdə olmasının fərqi yoxdur) durursa, ekranlaşma mexanizmi ləğv edilir. Belə sətrə “çiy sətir” və ya “formatlanmamış sətir”deyilir.


Məsələn (öndə təyin etdiimiz siyahı üçün):

>>> print (A[0], r'\n', A[1], '\t', A[2], r'\b', A[3], '\a')
alma \n armud heyva \b nar








Çiy” sətir tərsinə çəpinə xətlə bitə bilməz. Belə halın həlli yolu belədir:

S = r'\n\n\\'[:-1]
S = r'\n\n' + '\\'
S = '\\n\\n'











Sətirlərin kəsiyinin alınması.Python dilində sətrin daxilində olan simvolların (siyahının və kortejlərin elementlərinin) sıra nömrəsi-indeksləri aşağıdakı sxemə əsasən müəyyən edilir.
İndekslər. Sətirdə hər bir simvolun durduğu mövqedən asılı olaraq öz nömrəsi olur. Bu nömrədən həmin simvolun tapılması, yaxud sətirdən kəsilib ayrılması üçün istifadə etmək olar. Sətirdə simvolların nömrələnməsi Python dilində 0-dan başlanır. İkinci simvolun nömrəsi 1, üçüncünün 2 və beləcə davam edir. Proqramlaşdırmada bu nömrəyə indeks deyilir. İndeksə görə sətirdə konkret simvolu bilmək olar.
Python dilində indeksə görə iş mövcuddur. Sətrin daxilində olan simvolların (siyahının və kortejlərin elementlərinin) sıra nömrəsi aşağıdakı sxemə əsasən müəyyən edilir:



İstiqamət

Sıralama (n simvolu olan sətir)

Soldan sağa və ya əvvələn sona


Yüklə 70,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin