Azərbaycan xalq cumhuriYYƏTİ (1918-1920)



Yüklə 0,54 Mb.
tarix02.01.2022
ölçüsü0,54 Mb.
#42664
Az. I d.m.-Mövzu-12

AZƏRBAYCAN I DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ (1914-1918)

Azərbaycan I dünya müharibəsi dövründə

  • “Üçlər ittifaqı” və “Antanta” hərbi-siyasi blokları arasında qarşıdurma I dünya müharibəsinə gətirib çıxartdı.
  • Müharibədə Azərbaycan və onun nefti mühüm yer tuturdu.
  • Almaniya öz məqsədinə çatmaq üçün Türkiyənin iştirakı ilə Qafqazı və Ön Asiyanı nüfuz dairəsinə almaq istəyirdi.
  • Rusiyanın bu müharibədə əsas məqsədi boğazlara sahib olmaq və Türkiyəni bölüşdürmək idi.

Azərbaycan I dünya müharibəsi dövründə

  • 1914-cü il oktyabrın 20-də Rusiya Türkiyəyə müharibə elan etdi. Bununla da Qafqazda hərbi əməliyyatlar başlandı.
  • Türk qoşunları Qars-Batum istiqamətində Cənubi Qafqaza hücum etməklə yanaşı,Cənubi Azərbaycan ərazisinə də girdilər.
  • 1914-cü il dekabrın 4-dən 1915-ci il yanvarın 18-nə kimi olan müddətdə Sarıqamış əməliyyatı keçirildi.
  • Məğlubiyyətə uğrayan türk ordusu Cənubi Azərbaycandan geri çəkildi.

Azərbaycan I dünya müharibəsi dövründə

  • I dünya müharibəsi dövründə rus ordusunda 200 nəfərdən çox azərbaycanlı zabit qulluq edirdi. Onlardan Teymur Novruzov, Fərrux ağa Qayıbov, Tərlan Əliyarbəyov, Qalib ağa Vəkilov “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdilər.
  • Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Vəkilov məşhur sərkərdələr səviyyəsinə yüksəldilər.
  • Lodz əməliyyatı zamanı göstərdiyi şücaətə görə Səməd bəy Mehmandarov II Qafqaz ordusuna korpus komandanı təyin edildi.
  • Əliağa Şıxlinski Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin edildi. O, Rusiya və Fransanın ən ali ordenləri ilə təltif edilmişdi.

Azərbaycan I dünya müharibəsi dövründə

  • I dünya müharibəsi dövründə azərbaycanlılardan təşkil olunmuş əlahiddə “tatar süvari alayı” çar generalları tərəfindən “vəhşi diviziya” adlandırılırdı. Sonralar bu alay Azərbaycan milli ordusunun təşkilində böyük rol oynadı.
  • 1915-ci ildə çar fərmanına əsasən 50 mindən artıq azərbaycanlı gənc arxa cəbhədə işləmək üçün səfərbərliyə alınmışdı. Kəndlilərdən alınan vergi 50 faiz artırılmışdı.
  • Müharibə ölkədə ərzaq qıtlığını və bahalığı son dərəcə artırdı.

Azərbaycan I dünya müharibəsi dövründə

  • Bolşeviklər 1918-ci il martın 3-də Brest-Litovskda Almaniya və onun müttəfiqləri ilə separat sülh bağlayaraq Rusiyanı müharibədən çıxartdılar. Sülhə görə:
  • Rusiya cəbhə xəttinə qədərki əraziləri itirdi
  • Qars, Ərdəhan, Batum Osmanlıya qaytarıldı
  • Rusiya Ukraynanın müstəqilliyini tanıdı

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin