«Aspoliqraf» Bakı–2013 teymur cəbrayilov



Yüklə 41.29 Kb.
PDF просмотр
tarix23.12.2016
ölçüsü41.29 Kb.

«Aspoliqraf»

Bakı–2013 

TEYMUR CƏBRAYILOV

1-ci KİTAB



Məsləhətçilər:

Nadir Davud oğlu Babayev,

Rauf Hacıyev adına 15 saylı 

onbirillik UMM-in direktoru,

Respublikanın əməkdar müəllimi 

Eldar Novruz oğlu Bağırov,

Bakı şəhəri Xətai rayonu 

30 saylı UMM-in direktoru

Mətni Azərbaycan dilinə 

tərcümə edən:

Sevda Sabir qızı Kərimova

Rauf Hacıyev adına 15 saylı 

onbirillik UMM-in müəllimi

Not qrafikası və dizayn:

Oqtay Şəmsi oğlu Kərimov

C                          2013

Cəbrayılov Teymur 

C45  Uşaq xoru üçün mahnılar. Bakı, «Aspoliqraf», 2013, 36 səh.

4905000000

053

© «Aspoliqraf», 2013

Musiqi – həyatın bəzəyi, yüksək ilham mənbəyidir. Onun

qədər əzəmətli, ruhlandırıcı qüvvəyə, yüksək fikir və duyğuları

qanadlandırmaq qüdrətinə, bu qədər hüdudsuz mahiyyətə,

incə psixoloji təhsil iqtidarına və həmçinin kollektivçilik,

kütləlik, səfərbərlik kimi emosional mühit yaratmağa, bəlkə

də, incəsənətin digər növləri qadir deyildir.

QARA QARAYEV

ÖN SÖZ

Teymur Qəhrəman oğlu Cəbrayılov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini

Bakı şəhərinin ibtidai musiqi məktəbində, daha sonra Soltan Hacıbəyov adına Sumqayıt musiqi kollecində

tanınmış xormeyster Fazil Əliyevin sinfində davam etdirmişdir. Musiqi sənətini özünə həyat yolu seçmiş

gənc Teymur Cəbrayılov təhsilini daha da təkmilləşdirmək məqsədilə 1983-cü ildə Üzeyir Hacıbəyov adına

Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuş və o zamanın görkəmli xor

sənətçisi, Respublikanın əməkdar incəsənət xadimi, professor Eduard Novruzovun sinfinə təyin edilmişdir.

Fitri istedada malik olan gənc musiqiçinin bir dirijor kimi inkişafı özünün tam təzahürünü məhz tələbəlik

illərində tapır. Dirijorluq texnikasının bütün incəliklərinə dərindən yiyələnən Teymur Cəbrayılov həmin

dövrdən başlayaraq bir çox musiqi əsərlərinin xor üçün aranjiman edilməsi ilə məşğul olmağa başlayır. İndi

T.Cəbrayılov bir xormeyster kimi artıq sənət aləmində öz sözünü demişdir. O, bir sənətkar olaraq bu gün

musiqi və incəsənət məktəblərində müəllim vəzifəsində çalışır. T.Cəbrayılov böyük musiqiçi olmaqla yanaşı,

eyni zamanda geniş pedaqoji fəaliyyətlə də məşğuldur. Pedaqoji ustalığı, uşaqlara olan sevgi və məhəbbətinin

nəticəsidir ki, hazırladığı uşaq xor kollektivləri bütün şəhər və Respublika miqyasında keçirilən tədbirlərdə

uğurla çıxış edir, özünəməxsus üslubda ifaçılıq tərzi nümayiş etdirərək ən yüksək nəticələr əldə edir. Onun

bir yetirməsi – İsmayıl Yunusov özünün yüksək ifaçılıq məziyyətlərinə görə Prezident təqaüdünə layiq

görülmüşdür. Məhz belə geniş pedaqoji fəaliyyətinə görə o, 2008–2009-cu tədris ilinin yekun nə ti cə lərinə

əsasən ilin müəllimi adını qazanmışdır.

Teymur Cəbrayılov yorulmadan yaradıcılıqla da məşğul olur. Azərbaycanın zəngin xalq musiqisinə də -

rindən bələd olan Teymur Cəbrayılov bir çox xalq mahnı və rəqslərini xor üçün işləmiş və geniş dinləyici

kütləsinə təqdim etmişdir. “Aman ovçu”, “Ay dili-dili”, “Səndən mənə yar olmaz”, “Qalalıyam”, “Qara qa -

şın vəsməsi”, “Qoy gülüm gəlsin” kimi mahnılar, “Uzundərə”, “Nəlbəki”, “Kintovari”, “Bakı”, “Maralı”,

“Darçını”, “Şalaxo” və s. xalq rəqslərinin aranjimanı məhz onun qələminin məhsuludur.

Teymur Cəbrayılov yaradıcılığında dünya klassik musiqi ədəbiyyatına da dəfələrlə müraciət etmişdir.

Dünya klassikləri sayılan Lüdviq Van Bethovenin “Ay sonatası”, Frans Şubertin “Ave Mariya” əsəri, Vol f -

qanq Amadey Motsartın “Türk marşı”, Montinin “Çardaş”, italyan mahnıları “Camayka”, “Bella çao” və s.

bu kimi əsərlər də Teymur Cəbrayılov tərəfindən xor üçün işlənmişdir.

Öz sənətinin vurğunu olan Teymur Cəbrayılov bir bəstəkar kimi də fəaliyyət göstərərək gözəl xor əsərləri

yaratmışdır. Vətənə, xalqa, ana torpağa olan tükənməz  sevgi  və ona bağlılıq  hissi  ilə  bəstələnmiş “Ey

Vətən”, “Mənim Bakım”, “Ana və dəniz” (vokaliz ifa üçün), “Müqəddəslər yaşayırlar” (görkəmli oftalmoloq

Zərifə Əli ye vaya həsr olunmuşdur) və digər əsərləri ilə o, doğma Azərbaycanla qırılmaz tellərlə bağlı

olduğunu sübut etmişdir.        

Məcmuəyə daxil olunan əsərlər həm professional, həm də təhsil müəssisələrində yaradılmış xor

kollektivlərinin ifası üçün nəzərdə tutulmuşdur. Bu mahnılardan üçü doğma Azərbaycanımızı bütün dünyada

ən yüksək səviyyədə təmsil edən üç böyük şəxsiyyətə ithaf olunmuşdur. Birinci mahnı – “Ürəklərdə

yaşayırsan” həmişəyaşar mərhum Prezidentimiz, ulu öndər Heydər Əliyevə, ikinci mahnı –  “El oğlu” onun

siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə, üçüncü mahnı – “Adınla ucal”

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuşdur. Məcmuədə yer alan və dördüncü –

“Şuşam” adlanan mahnı isə vətənimizin ən dilbər guşəsi olan qədim şəhərimizin təsvirinə həsr olunmuş və

görkəmli bəstəkar mərhum Süleyman Ələsgərovun əziz xatirəsinə ithaf olunmuşdur. Hər bir mahnı ecazkar,

həzin, yaddaqalan melodiyası, şəffaf və ahəngdar harmoniyası, dərin məzmunu və parlaq müşayiət partiyası

ilə fərqlənir. Musiqinin bütün ifadə vasitələrindən ustalıqla istifadə edən bəstəkar hər üç obrazın təcəssümünü

və eləcə də doğma Şuşamızın füsunkar təbiətini ən yüksək səviyyədə tərənnüm etməyə nail olmuşdur.

Natiq Vəliyev,



musiqişünas, Respublikanın əməkdar müəllimi                  

4


5

Uşaq xoru üçün

musiqisi və sözləri

Teymur Cəbrayılovundur



Ulu öndər Heydər Əliyevin

əziz xatirəsinə həsr olunur.

6

7

8

9

10

11

ÜRƏKLƏRDƏ YAŞAYIRSAN!

Şərq ulduzusan, bir əbədi rəhbər!

Hər gün açılan səhər.

Hər yoluna nur saçan

Heç sönməyən bir məşəl

Nəqarət

Bahar, yaz ətirlisən,

Vətəni dirçəltmisən!

Ulu öndər dahisən!

Xalqın böyük oğlu!

Sən öpdüyün o üçrəngli bayrağın,

Oldu müqəddəs andın.

Xalq uğruna can qoydun,

Ürəklərdədir adın

Nəqarət

Boy atırıq biz müstəqil dövlətdə,

Nəğmə deyib ürəkdən.

Çox istərdim hər an

Sən bizi xoşbəxt görəsən!

Nəqarət

Son üçün: Yaşayırsan!!!

12

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə həsr olunur.

Uşaq xoru üçün

musiqisi və sözləri

Teymur Cəbrayılovundur



13

14

15

16

17

18

19

20

EL OĞLU!

Vətənin azadlığı,

Odur xoşbəxtlik!

Sənə miras qalıbdır

Ərənlik, mərdlik!

Nəqarət

El oğlu! Sənin əməlindədir paklıq, mərhəmət.

Nəsibin olacaqdır ad-san, şan-şöhrət!

Vətənin rifahına çalışaraq sən,

Xalqına əməyinlə edirsən hörmət!

Qələbəyə doğrudur

Atdığın addım.

Zəfərlərlə səslənir

Prezident andın.

Nəqarət

Biz sənə qəlbimizdə

Tam inanırıq.

Səninlə gələcəyə

Addımlayırıq!

Nəqarət

Son üçün: El oğlu!!!

21

Uşaq xoru üçün

musiqisi və sözləri

Teymur Cəbrayılovundur



22

23

24

25

26

27

28

ADINLA UCAL!

Dahi öndər irsinin vahid rəhbəri!

O xoşməramlı səfiridir ölkənin.

Millətinin rifahı üçün çalışan

Mehriban tək qızı var bu məmləkətin.

Nəqarət

Göydən enən mələk!

Səninlə qürur duyur Azəri xalqı.

Göydən enən mələk!

Odlar yurdunun yanan çırağı

Göydən enən mələk!

Sən bizim qəlbimizə xoşbəxtlik saçan,

Cəsur qızısan doğma torpağın!

Adınla ucal!

Xalqın adını ucaldıbsan göylərə!

Əməllərin düşübdür dildən dillərə.

Bir müqəddəs müdriklik var sözlərində

Səni Tanrı göndərib bizim ellərə!

Nəqarət

29

Uşaq xoru üçün

musiqisi Teymur Cəbrayılovundur

Söz: Telman Quliyevindir



30

31

32

33

34

ŞUŞAM

Dörd bir yanı sərt qaladır, ağ buludlar ona çadır,

Cənnətin özü burdadır, gözəl Şuşa, doğma Şuşa!

Əsirlərdir onun yaşı, Qarabağın zümrüd qaşı,

Cıdır düzü can sirdaşı, gözəl Şuşa, doğma Şuşa!

Nəqarət

Şuşam! Gözəlliklər diyarım sənsən,

Gül-çiçəkli baharım sənsən

Qarabağın özəyisən.

Şuşam! Sənə nəğmə qoşuram hər an,

Dəniz kimi coşuram bil ki,

Sən mənim ürəyimdəsən!

Zirvələrdir qol-qanadı, hər qayan bir əl çırağı,

Xan qızının daş bulağı, gözəl Şuşa, doğma Şuşa!

Çanaqqala sənə sipər, hər tərəfin daşdan çəpər,

Küləklər üzündən öpər, gözəl Şuşa, doğma Şuşa!

Nəqarət

Vaqif, Natəvan nəfəsi, Xan əminin şaqraq səsi,

Dahilərin xoş müjdəsi, gözəl Şuşa, doğma Şuşa!

Üzeyiri sən yetirdin, Niyaziyə qanad verdin,

Muğamınla laylay dedin, gözəl Şuşa, doğma Şuşa!

Nəqarət

Son üçün: Mənim Şuşam!

35

MÜNDƏRİCAT

Ön söz (Natiq Vəliyev) ...............................................................4

Ürəklərdə Yaşayırsan! ................................................................5

El oğlu!.....................................................................................12

Adınla ucal!..............................................................................21

Şuşam .......................................................................................29



Çapa imzalanmışdır 01.07.2013. Kağız formatı 60x90 

1/8


.

Ofset çapı. Fiziki çap vərəqi 4,5. 

Sifariş 22. Tiraj 300.

«Aspoliqraf» nəşriyyat-poliqrafiya müəssisəsinin 

mətbəəsində çap olunmuşdur.

Bakı, AZ 1052, Fətəli xan Xoyski küç., 121

B

Tel.: (+994 12) 567-81-28/29; Faks: (+994 12) 567-82-68



e-mail: aspoligraf_az@yahoo.com

Teymur Qəhrəman oğlu Cəbrayılov 

UŞAQ XORU ÜÇÜN MAHNILAR

Bakı, «Aspoliqraf», 2013.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə