«Aspoliqraf» Bakı–2013 teymur cəbrayilov


incə psixoloji təhsil iqtidarına və həmçinin kollektivçilik



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü4,5 Mb.
#2190
1   2   3
incə psixoloji təhsil iqtidarına və həmçinin kollektivçilik,

kütləlik, səfərbərlik kimi emosional mühit yaratmağa, bəlkə

də, incəsənətin digər növləri qadir deyildir.

QARA QARAYEV


ÖN SÖZ

Teymur Qəhrəman oğlu Cəbrayılov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini

Bakı şəhərinin ibtidai musiqi məktəbində, daha sonra Soltan Hacıbəyov adına Sumqayıt musiqi kollecində

tanınmış xormeyster Fazil Əliyevin sinfində davam etdirmişdir. Musiqi sənətini özünə həyat yolu seçmiş

gənc Teymur Cəbrayılov təhsilini daha da təkmilləşdirmək məqsədilə 1983-cü ildə Üzeyir Hacıbəyov adına

Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuş və o zamanın görkəmli xor

sənətçisi, Respublikanın əməkdar incəsənət xadimi, professor Eduard Novruzovun sinfinə təyin edilmişdir.

Fitri istedada malik olan gənc musiqiçinin bir dirijor kimi inkişafı özünün tam təzahürünü məhz tələbəlik

illərində tapır. Dirijorluq texnikasının bütün incəliklərinə dərindən yiyələnən Teymur Cəbrayılov həmin

dövrdən başlayaraq bir çox musiqi əsərlərinin xor üçün aranjiman edilməsi ilə məşğul olmağa başlayır. İndi

T.Cəbrayılov bir xormeyster kimi artıq sənət aləmində öz sözünü demişdir. O, bir sənətkar olaraq bu gün

musiqi və incəsənət məktəblərində müəllim vəzifəsində çalışır. T.Cəbrayılov böyük musiqiçi olmaqla yanaşı,

eyni zamanda geniş pedaqoji fəaliyyətlə də məşğuldur. Pedaqoji ustalığı, uşaqlara olan sevgi və məhəbbətinin

nəticəsidir ki, hazırladığı uşaq xor kollektivləri bütün şəhər və Respublika miqyasında keçirilən tədbirlərdə

uğurla çıxış edir, özünəməxsus üslubda ifaçılıq tərzi nümayiş etdirərək ən yüksək nəticələr əldə edir. Onun

bir yetirməsi – İsmayıl Yunusov özünün yüksək ifaçılıq məziyyətlərinə görə Prezident təqaüdünə layiq

görülmüşdür. Məhz belə geniş pedaqoji fəaliyyətinə görə o, 2008–2009-cu tədris ilinin yekun nə ti cə lərinə

əsasən ilin müəllimi adını qazanmışdır.

Teymur Cəbrayılov yorulmadan yaradıcılıqla da məşğul olur. Azərbaycanın zəngin xalq musiqisinə də -

rindən bələd olan Teymur Cəbrayılov bir çox xalq mahnı və rəqslərini xor üçün işləmiş və geniş dinləyici

kütləsinə təqdim etmişdir. “Aman ovçu”, “Ay dili-dili”, “Səndən mənə yar olmaz”, “Qalalıyam”, “Qara qa -

şın vəsməsi”, “Qoy gülüm gəlsin” kimi mahnılar, “Uzundərə”, “Nəlbəki”, “Kintovari”, “Bakı”, “Maralı”,

“Darçını”, “Şalaxo” və s. xalq rəqslərinin aranjimanı məhz onun qələminin məhsuludur.

Teymur Cəbrayılov yaradıcılığında dünya klassik musiqi ədəbiyyatına da dəfələrlə müraciət etmişdir.

Dünya klassikləri sayılan Lüdviq Van Bethovenin “Ay sonatası”, Frans Şubertin “Ave Mariya” əsəri, Vol f -

qanq Amadey Motsartın “Türk marşı”, Montinin “Çardaş”, italyan mahnıları “Camayka”, “Bella çao” və s.

bu kimi əsərlər də Teymur Cəbrayılov tərəfindən xor üçün işlənmişdir.

Öz sənətinin vurğunu olan Teymur Cəbrayılov bir bəstəkar kimi də fəaliyyət göstərərək gözəl xor əsərləri

yaratmışdır. Vətənə, xalqa, ana torpağa olan tükənməz  sevgi  və ona bağlılıq  hissi  ilə  bəstələnmiş “Ey

Vətən”, “Mənim Bakım”, “Ana və dəniz” (vokaliz ifa üçün), “Müqəddəslər yaşayırlar” (görkəmli oftalmoloq

Zərifə Əli ye vaya həsr olunmuşdur) və digər əsərləri ilə o, doğma Azərbaycanla qırılmaz tellərlə bağlı

olduğunu sübut etmişdir.        

Məcmuəyə daxil olunan əsərlər həm professional, həm də təhsil müəssisələrində yaradılmış xor

kollektivlərinin ifası üçün nəzərdə tutulmuşdur. Bu mahnılardan üçü doğma Azərbaycanımızı bütün dünyada

ən yüksək səviyyədə təmsil edən üç böyük şəxsiyyətə ithaf olunmuşdur. Birinci mahnı – “Ürəklərdə

yaşayırsan” həmişəyaşar mərhum Prezidentimiz, ulu öndər Heydər Əliyevə, ikinci mahnı –  “El oğlu” onun

siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə, üçüncü mahnı – “Adınla ucal”

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuşdur. Məcmuədə yer alan və dördüncü –

“Şuşam” adlanan mahnı isə vətənimizin ən dilbər guşəsi olan qədim şəhərimizin təsvirinə həsr olunmuş və

görkəmli bəstəkar mərhum Süleyman Ələsgərovun əziz xatirəsinə ithaf olunmuşdur. Hər bir mahnı ecazkar,

həzin, yaddaqalan melodiyası, şəffaf və ahəngdar harmoniyası, dərin məzmunu və parlaq müşayiət partiyası

ilə fərqlənir. Musiqinin bütün ifadə vasitələrindən ustalıqla istifadə edən bəstəkar hər üç obrazın təcəssümünü

və eləcə də doğma Şuşamızın füsunkar təbiətini ən yüksək səviyyədə tərənnüm etməyə nail olmuşdur.

Natiq Vəliyev,



musiqişünas, Respublikanın əməkdar müəllimi                  

4



5

Uşaq xoru üçün

musiqisi və sözləri

Teymur Cəbrayılovundur




Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin