Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fakültə : Tarix və coğrafiya
İxtisas : Coğrafiya müəllimliyi
Tədris ili: III
Qrup: C 304
Fənn: Materiklərin fiziki coğrafiyası 2
Fənn müəllimi: Kərimova Zülfiyyə ( z.kerimova58@mail.ru )
Tələbə: Nurəliyeva Mətanət Hafiz
İMTAHAN TAPŞIRIĞI
Avstraliyanın təbii şəraitinin ümumi coğrafi səciyyəsi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
TİTUL VƏRƏQİ
Fakültə : Tarix və coğrafiya
İxtisas : Coğrafiya müəllimliyi
Tədris ili: III
Qrup: C 304
Fənn: Materiklərin fiziki coğrafiyası 2
Fənn müəllimi: Kərimoava Zülfiyyə ( z.kerimova58@mail.ru )
Tələbə: Nurəliyevə Mətanət Hafiz
BAKI-2020
TƏLİMAT
Əziz və hörmətli tələbələr.
2019-2020-ci tədris ilinin yaz sessiyasınin imtahan prosesi aşağıdakı qaydalar əsasında həyata keçiriləcək.
Hər bir tələbəyə müəllim tərəfindən müəyyənləşdirilmiş İMTAHAN TAPŞIRIĞI veriləcək.Tələbə həmin sualları minimum beş səhifə şəklində yazaraq müəllimə elektron yolla təhvil verməlidir.(istisna kimi əgər elektron resurs yoxdursa poçt xidmətindən istifadə edilə bilər) Tələbənin yazdığı məzmuna əsasən 100 ballıq sistemlə qiymətləndirilmə aparılacaq.Qiymətindən narazı qalan tələbə imtahan nəticəsi açıqlanandan 24 saat müddətində Appelyasiya Komissiyasına müraciət edə bilər əlbəttə ki onlayn şəkildə. Dördüncü tədris ilinin tələbələri Buraxılış Yekun Dövlət Attestasiyasında iştirak etmək istəmirlərsə onların ÜOMG BYDA-nın qiyməti olaraq gotürüləcəkdir.
- cavablar Word proqramında, A4 formatında, Times New Roman şrifti ilə 14 pt ölçüdə, 1.0 sətirlərarası intervalla hazırlanmalıdır;
Cavablar sualı tam əhatə etməli və köçürmə halına yol verilməməlidir. Cavabları özünüzünküləşdirib yazmağınız tövsiyə olunur, çünki köçürmə halı balınıza mənfi təsir göstərə bilər;
İMTAHAN TAPŞIRIĞI kafedra tərəfindən hər ixtisas və qrup üzrə müəyyənləşdirilib, təsdiq olunduqdan sonra tələbələrə təqdim olunacaq.Fakültə tərəfindən BYDA və DİPLOM işlərinin müdafiəsi üçün komissiya təşkil ediləcək. İmtahan prosesinin obyektivliyi üçün fakültədə Appelyasiya Komissiyası və İmtahan Qərargahı fəaliyyət göstərərcək.
İmtahan prosesində hər kafedra tədris olunan fənlərin imtahan tapşırıqları və obyektiv və vaxtında yoxlanılması üçün məsuldur.
Sual 1.
Ədədin rəqəm adlanan simvollar vasitəsilə ifadə olunmasına say sistemləri deyilir. Nə deməkdir bu? Məsələn 15(on beş) ədədi 1 və 5 rəqəmləri ilə düzəlib. Yəni 15 ədədi rəqm adlanan 1 və 5 simvolları ilə ifadə olunub. Danışdığımız bu say sistemi bizim istifadə etdiyimiz say sistemidir. ((hələ məktəbə getməmişdən saymağı zülümlə öyrətdikləri bir sistem)). Bu sistemin informatikada adı Onluq say sistemidir. (Niyə onluq? Bu haqda bir qədər sonra). XV bu da bayaqki on beşdir. Ancaq bu dəfə başqa say sistemində. Bu say sisteminin adı isə Roma rəqəmləridir. Say sistemləri 2 yerə bölünür: Mövqeli və Mövqesiz. Mövqesiz say sistemlərində rəqəm durduğu mövqedən asılı olmayaraq eyni mənanı ifadə edir. Yəni mövqesizdi. Mövqeli say sistemində isə əksinə. Məsələn III roma rəqəmləri ilə yazılmış üç və 111 onluq say sistemində yazılmış yüz on bir. (qeyd edək ki roma rəqəmləri mövqesiz onluq say sistemi isə mövqelidir). Birinci haldakı (III) hər üç birin üçü də təklikdir. İkinci halda isə (111) birlərdən biri təklik, biri onluq, digəri isə yüzlükdür. Mövqelidir-mövqedən asılı olaraq ifadə etdiyi məna dəyişir. Qəbul proqramına əsasən bundan sonrakı hissədə ancaq mövqeli say sistemləri ilə məşğul olacağıq. Proqramda olan say sistemləri ilə tanış olaq. İkilik say sistemi: ikicədənə rəqəmi olduğuna görə bu say sisteminə ikilik say sistemi deyilir. Rəqəmləri 0 və 1. Kompyuterdə informasiyanı kodlaşdırmaq üçün bu say sistemindən istifadə olunur. Say sisteminin rəqəmlərinə onun baza elementləri də deyilir. Səkkizlik say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7 səkkiz rəqəmi olduğuna görə səkkizlik say sitemi adlanır. Onluq say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 on rəqəmi olduğuna görə onluq say sitemi adlanır.
On altılıq say sistemində 16 rəqəm var. 0-dan 9-a qədər olan rəqəmlər onluq say sistemində olduğu kimidir. Digər rəqəmlər isə hərflərlə işarələnib.
Natural ədədlərin 10-luq say sistemindən 2-lik, 8-lik, 16-lıq say sistemlərinə və əksinə keçid üsulları.
İki əsas çevirmə üsulu var:
1. Onluq say sistemlərindən digər say sistemlərinə keçid
2. Digər say sistemlərindən Onluq say sisteminə keçid.
1) onluq say sistemindən ikilik (səkkizlik, onaltılıq) say sisteminə keçmək üçün ədədi ikiyə (səkkizə, on altıya) bölmək və qalığı qeyd etmək lazımdır.
Sonra aldığımız cavabı yenidən ikiyə (səkkizə, on altıya) bölüb qalığı qeyd edirik.
Prosesi axıra kimi davam etdiririk. Sağdan sola ardıcıl qalıqları yazırıq.
Onluq say sistemindən ikilik say sisteminə keçməyə aid bir nümunəyə baxaq:
Nümunə 1:
(((yazilişin mənası odur ki 25 ədədi onluq say sistemindədir, ikilik say sisteminə çevirmək lazımdır.)))
Göründüyü kimi əvvəlcə 25-i 2-yə bölürük. Cavab 12 qalıq isə 1 olur.
Qalığı dairəyə alırıq ki, digər rəqəmlərlə qarışmasın. Axırda bizə qalıqlar lazım olacaq.
Aldığımız cavabı yəni 12-ni təkrar yenə 2-yə bölürük. Bunu başqa yerdə də təzədən yazıb edə bilərik.
Ancaq vaxta qənaət etmək üçün sağda gördüyünüz şəkildə hamsını bir birinin ardı ilə yazmaq daha əlverişlidir.
Əməliyyat sona qədər davam etdirilir. Sonda isə sonuncu cavab da daxil olmaqla qalıqlar sağdan sola ardıcıl şəkildə düzülür.
110012 bu artıq bizim cavabımızdır. (((sizin illərdir tanıdığınız 25-dir, sadəcə imicin dəyişibJ)))
Səkkizlik say sistemində də çevirmə eynilə ikilikdə olduğu kimidir. Sadəcə orda ikiyə bölmürük səkkizə bölürük.
((( bunu özünüz cevirməyə cəhd edin. Doğru cavabı alana qədər misaldan əl çəkmək yoxdu haaa.
Bu da cavab bax bunu almalisiz ))) On altılıq say sistemində də çevirmə ikilikdə olduğu kimidir.
Sadəcə orda ikiyə bölmürük on altıya bölürük. Qalıq 9-dan böyük alındıqda yerinə uyğun hərifi yazırıq.
(((əvvəlki mövzuda var bir də təkrar yazaq, çünki təkrar biliyin yaxın qohumlarındandır. 10→A, 11→B, 12→C, 13→D, 14→E, 15→F)))
Sual 2.
Qlobal şəbəkələr (WAN – Wide Area Networks) müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, məsafəyə görə paylanmış kompyuterləri birləşdirirlər. Qlobal şəbəkələr onlardan çox əvvəl yaranmış telefon şəbəkələrindən çox şeyi qəbul edib.
Qlobal kompyuter şəbəkələrinin ənənəvi abunəçiləri müxtəlif şəhər və ölkələrdə yerləşən müəssisələrin lokal və qlobal şəbəkələridir. Qlobal şəbəkələrin xidmətlərindən ayrı-ayrı fərdi kompyuterlər də istifadə edirlər. Adətən qlobal kompyuter şəbəkələri iri telekommunikasiya şirkətləri tərəfindən abunəçilərə pullu xidmətin göstərilməsi üçün yaradılır. Belə şəbəkələri ictimai şəbəkələr adlandırırlar. Şəbəkənin normal işini dəstəkləyən şirkət şəbəkənin operatoru adlanır. Xidməti təklif edən kompaniyaya provayder deyilir. Azərbaycanda əsas provayderlər “AzEuroTel”, “AzTelecom”, “Bakİnternet ”, “İntrans”, ”Azerin” və s.-dir.
İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Əlaqə xəttinin əsas göstəricisi informasiyanın maksimal ötürülməsi sürətidir. Əsasən ucuz qiymətə başa gəldiyi üçün telefon xətlərindən istifadə edilir.
Ayrı-ayrı kompyuterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya modem (modulyator – demodulyator) deyilir. Modem informasiyaları kompyuterin ikilik kodundan telefon siqnallarına və əksinə çevirir. Bununla yanaşı digər funksiyaları da yerinə yetirir.
Modemlər tipinə görə analoq (telefon xətləri), ISDN (rəqəmli telefon xətləri), ADSL (adi telefon xətlərindən istifadə edərək ayrılmış əlaqə), peyk və s. ola bilər.
Modemin əsas xarakteristikası onun verilənləri ötürmə sürətidir. İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə meqabitlə (Mbit/san) və ya saniyədə impulsla (bod (boud)) ölçülür. Qeyd edək ki, informasiyanın ötürülmə sürəti modemlə yanaşı telefon xəttinin keyfiyyətindən də asılıdır.
Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 milyon kitaba bərabərdir.
İnformasiyaları əlaqə kanalı ilə ötürmək üçün onu əlaqə xəttində ötürülən siqnallar formasına çevirmək lazım gəlir. Bunu yerinə yetirmək üçün kompyuterə xüsusi qurğu – şəbəkə adapteri qoşulur. Adapter ana platanın üzərində yerləşdirilir və kabellər vasitəsilə digər kompyuterin adapteri ilə əlaqələndirilir.
Son illər İnternet şəbəkəsində peyk radioəlaqədən də istifadə olunur.
İnternet – dünyanın bütün şəbəkələrini birləşdirən qlobal şəbəkədir, şəbəkələr şəbəkəsidir.
Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Belə standartlar şəbəkə protokolları adlanır. Beləliklə, sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə edilir. Protokol müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri ilə mübadilə edən xəbərlərin ardıcıllığını və formatını təyin edən qaydalardır. Sadə dildə desək, protokol – şəbəkədə kompyuterlərin bir-biri ilə ünsiyyət dilidir. Şəbəkələrin qovşaqlarınla və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini iyerarxik təşkil edən protokol yığını protokollar steki adlanır.
Müxtəlif protokollardan istifadə edən şəbəkələrin (məs., lokal və qlobal) əlaqələndirilməsi üçün şəbəkə şlüzlərindən (ing. Gateway) istifadə edilir.
Dostları ilə paylaş: |