Kompüter şəbəkələrində standartlaşmanın əsasını şəbəkə qarşılıqlı vasitələrinin yaradılmasında coxsəviyyəli yanaşma təşkil edir.Beləliklə sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə edilir. Protokol müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri ilə mübadilə edən xəbərlərin ardıcıllığını və formatını təyin edən qaydalardır. Sadə dildə desək,protokol – şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir.
Şəbəkələrin qovşağlarında və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini ieararxik təşkil edən protokol yığını protokollar steki adlanır.
Kompüter şəbəkələrində aşağıdakı protokollardan istifadə edilir:
ARCNET; DECnet; Ethernet; IP;TCP; UDP; AppleTalk; Token Ring; IPX; SPX; FDDI; HIPPI; Myrinet; QsNet; ATM; RS-232; IEEE-488; USB;IEEE 1394 (Firewire, iLink); X.25; Frame relay; Bluetooth; IEEE 802.11; Systems Network Architecture; RapidIO.
Bluetooth Bluetooth beynəlxalq standartlara uyğun bir telsiz ünsiyyət sistemidir. Bluetooth ilə çox kiçik cihazlar belə uzaqtan telsiz idarə olunub, idarə edilə bilir.
İstehsalçılar sıx bir şəkildə bu texnologiyanı dizüstü kompüter, cib telefonu və mobil aksesuarlarda istifadə edirlər.
Ethernet Ethernet latın dilindən tərcümədə efir (lat. aether) deməkdir. Lokal kompüter şəbəkələrinin paket texnologiyasıdır. Bu texnologiya Şin topologiyası ilə işləyir.
Ethernet lokal şəbəkələrinin əsas xarakteristikaları:
10 BASE 2 Nazik Koaksial (RG-58 om) kabel
10 BASE 5 Qalın Koaksial (RG-11 om) kabel
100 Base T Burulmuş cütlük UTP 5
100 BASE F Optik kabel
TCP/IP Transmission Control Protocol/Internet Protocol-protokollar cəmi – şəbəkələrdə istifadə olunan müxtəlif dərəcəli DOD qarşılıqlı şəbəkə təsiri göstərən modelə əsaslanmış, şəbəkə protokolları dəstidir. Protokollar bir biri ilə stekdə (stack) işləyirlər – bu o dəməkdir ki, səviyyəcə daha yuxarıda yerləşən protokol, inkapsulyasiya mexanizmini tətbiq etməklə bir qədər aşağı səviyyədə yerləşən protokolun üzərində işləyir. Məsələn TCP protokolu İP protokolunun üzərində işləyir. TCP/İP protokolları dörd dərəcədən ibarətdir.
• Tətbiqi (application),
• Nəqliyyat (transport),
• Şəbəkə (internet),
• Mühitə daxil olma dərəcəsi (network access
Token Ring Token Ring lokal şəbəkəsində kompüterlər məntiqi olaraq halqavari şəkildə birləşdirilir.
Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu göndərən kompüterə gəldikdə, o, halqadan geri alınır və yeni informasiya varsa onu göndərir. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu kompüterə göndərir və proses təkrar olunur.
FDDI FDDI texnologiyası (Fiber Distributed Data Interface, optik tipli interfeysli informasiya paylayıcısı) əksər halda Token Ring texnologiya əsasında qurulur, ancaq optik tipli xətlərə aid edilir (cutler kabelləri üçündə istifadə etmək mümkündür) və uzunluğu 100 km olan və maksimum 500 düyündən ibarət olan və 100mbit\s sürətlə halqavari şində informasiya ötürmək imkanına malikdir. Yüksək keyfiyyətli etibarlıq əldə etmək üçün iki qarşı qarşıya yönəldilmiş halqa qurulur. (məlumatlar əks tərəfə hərəkət edirlər).
ATM ATM (Asynchronous Transfer Mode) texnologiyası müasir böyük həcmli hesablama şəbəkələrində müxtəlif növlü və sistemli kompüter və avadanlıqlardan istifadə edilir ki, onların da bir-birilə uyğunlaşdırılması şəbəkə adminstratorları üçün çoxlu problemlər yaradır. Bu uyğunlaşmanı müəyyən dərəcədə yerinə yetirən ATM texnologiyası aşağıdakı şərtləri yerinə yetirir:
lokal şəbəkə və qlobal şəbəkələr üçün ümumi nəqliyyat protokolu;
hər birinin xidmət keyfiyyəti tələb olunan səviyyədə olmaqla kompüter və multimedia trafiklərini eyni nəqliyyat sistemləri çərçivəsində birləşdirmək;
tələbdən asılı olaraq verilənlərin ötürülməsi üçün giqabit/san sürətə malik iyerarxik sistemin olması.
X.25 X.25 şəbəkələri - bu gün korporativ şəbəkələrin qurulması üçün istifadə olunan paket kommutasiyalı ən geniş yayılmış şəbəkələrdir.
Bunun əsas səbəbi odur ki, uzun müddət X.25 şəbəkələri kommersiya tipli paket kommutasiyalı yeganə şəbəkə olub və şəbəkənin hazırlığı səviyyəsinə zəmanət verirdi. Bundan əlavə X.25 şəbəkələri etibarlı olmayan xətlərdə kanal və şəbəkə səviyyəsində səhvlərin aşkar edilməsi və korreksiyasını quran protokol hesabına yaxşı işləyir.
Frame Relay Frame Relay - (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. .25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir.Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur.