Fənn: adiak mövzu: Ulu öndər Heydər Əliyevin nitqi ritorikanın ən



Yüklə 33,2 Kb.
tarix24.10.2023
ölçüsü33,2 Kb.
#160369
5772(1


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Ad : Gülnur
Soyad: Abdullayeva
Fakültə: Hüquq
Qrup: 1622
Müəllim: İradə Məhərrəmova
Fənn: ADİAK


Mövzu: Ulu öndər Heydər Əliyevin nitqi ritorikanın ən
yüksək nümunəsidir


Ulu öndər Heydər Əliyevin nitqi ritorikanın ən yüksək nümunəsidir
Azərbaycanda natiqlik məharətinin göstəricisi olan nümunələr çoxdur və həmin nümunələr sırasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müxtəlif müraciətlərində, ictimai-siyasi tədbirlərdə, elm və incəsənət adamları ilə görüşlərindəki çıxışları xüsusi yer tutur. Həmin çıxışların hər birində böyük insanın hər məqamda xalqına arzu və istəkləri, gələcək haqqında təsəvvürləri ilə bərabər, narahat ürəyin döyüntülərini də hiss etmək mümkündür. Bunun ən parlaq nümunəsi olaraq 1990-cı il yanvar ayının 20-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ozamankı SSRİ siyasi rəhbərliyinin iradəsi ilə azərbaycanlılara qarşı həyata keçirilən qanlı cinayət əməlindən bir gün sonra Moskva şəhərindəki Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək verdiyi bəyanatdır. Həmin bəyanat heyrətamiz şəxsiyyətin öz xalqı üçün çətin məqamda göstərdiyi fədakarlıqla bərabər, hadisələrə ən gərgin məqamlarda belə verilən obyektiv qiymətin göstəricisi sayıla bilər. Şərti olaraq üç hissəyə bölünən bəyanatda Heydər Əliyev ilkin olaraq öz şəxsinin həyat yolunu xatırladır. Bəyanatın daha çox SSRİ-dən kənardakı auditoriyaya hesablandığını nəzərə alsaq, bunun nə qədər vacib olduğunu açıqlamağa belə ehtiyac olmaz. Heydər Əliyevin həmin nitqi zamanı onun üslubuna xas elementləri aydın görmək olur, dəmir məntiqlə ölkədə hərc-mərclik görüntüsü altında aydın siyasi xətt yeridildiyini və həmin xəttin Azərbaycan xalqının cəzalandırılması mexanizmlərinin işə salınması ilə müşayiət olunduğu birmənalı vurğulanır: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisələrə laqeyd qala bilməzdim. Buraya əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvadakı kiçik parçası olan Daimi Nümayəndələiyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm”. O, özünəməxsus qətiyyətlə ucsuz-bucaqsız ölkədə, əslində, nə baş verdiyini göstərir və baş verənlərdə günahkarları ünvanları ilə təqdim edir: ”Azərbaycanda baş verənlərə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Artıq iki ildir ki, Azərbaycan və Ermənistanda millətlərarası münaqişə gedir. Həmin münaqişəni isə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlk indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı”.
Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O heç bir qeydə baxmadan saatlarca danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa, güclü hafizəyə, dərin məntiqə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alar, öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. O, Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan uğurlu natiq idi. O, müdrik, taleyüklü qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran əvəzsiz rəhbər, mütəfəkkir dövlət xadimi idi. Dinləyicilər onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən yorulmurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq Ulu öndərin nitqini daha da cəlbedici edirdi. Ulu öndərin Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki nitqi Azərbaycan dilinin imkanlarını ortaya qoymaqla bərabər, tarixi keçmiş qarşısında məsuliyyət hissinin ifadəsi kimi də cəlbedicidir. Hər bir məsuliyyət hissinin insan qarşısında qoyduğu vəzifələrdən danışan Ulu öndər həmin vəzifələrin heç də asan olmadığını və həmin “asan olmayan vəzifələr”in həyata keçirilməsi üçün yeganə yolun elmdən keçdiyini yada salırdı.
Heydər Əliyev Azərbaycan xalqının ən böyük nemətini, xalqının dilini sevir və onun qorunmasının, inkişafının qayğısına qalırdı. Dahi şəxsiyyətin “Millətin milliliyini qoruyub saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azəbaycançılıq məsələsidir” – fikri, əslində, müasirlərinə və onlardan sonra gələn nəsillərə dil konsepsiyasının nə qədər vacib olduğunu çatdıran proqramın qayəsidir.
Heydər Əliyevin dövlət quruculuğunda xüsusi önəm daşıyan dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla qürur duymağı, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini hiss etməyi, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı tövsiyə edir.

ƏDƏBİYYAT



  1. Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti.Bakı, 2011.

Yüklə 33,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin