Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4.48 Mb.

səhifə1/58
tarix21.03.2017
ölçüsü4.48 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   58

Ə.H.Əliyev, F.Ə.Əliyeva, 

V.M.Mədətova 

İNSAN

 VƏ HEYVAN



 

FİZİOLOGİYASI 



II hissə 

Bakalavr hazırlığı üçün dərslik 

Azərbaycan Respublikası Təhsil Nazirliyi 

28.06.2005-ci  il 522 saylı  əmri  ilə dərslik 

kimi təsdiq edilmişdir. 

BAKI-2008 

downloaded from KitabYurdu.org


Redaktorlar: 

ADPU-nın insan və heyvan fiziologiyası kafedrasının 

müdiri, b.e.d., prof. Ə.N.Fərəcov 

AMEA-nm A.Qarayev adına Fiziologiya İnstitutu- 

nun böyük elmi işçisi, b.e.n. Ş.M.Hacıyev 

Rəyçilər: 

Rusiya EA-nın üzvü, Beynəlxalq Noosfer Akademii- 

yasının həqiqi üzvü, b.e.d., prof. M.S.Babayev 

AMEA-nm 

A.Qarayev  adma  Fiziologiya  İnstitutunun 

analizatorların müqayisəli və yaş fiziologiyası laboratoriyasının 

rəhbəri, b.e.n. A.Q.Qazıyev 

Gəncə  Dövlət  Universitetinin  biologiya  fakültəsinin  dekanı, 

anatomiya, 

fiziologiya,  zoologiya  kafedrasının  dosenti 

A.M.Rüstəmov 

Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. İnsan və hey-

van  fiziologiyası  (bakalavr  hazırlığı  üçün  dərslik).  Bakı,  «Bakı 

Universiteti» nəşriyyatı, 2008, 600 s. 



Dərslikdə  insan  və  heyvan  fiziologiyasının  aşağıda  adları  verilmiş  əsas 

bölmələrinə aid müasir məlumatlar verilmişdir. 

Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri 

hesab edilən «İnsan və heyvan fiziologiyası)) üzrə nəzərdə tutulan mühazirə materialları 

ikicildlik dərslik kimi təqdim edilir. Dərsliyin ikinci hissəsində fiziologiya sahəsində son 

nailiyyətlər  Avropa  standartları  nəzərə  alınmaqla  qan,  ürək-  damar,  qan  dövranı, 

tənəffüs,  həzm,  sidik-ifrazat,  maddələr  və  enerji  mübadiləsi,  bədən  temperaturu  və 

tənzimi, əməyin fiziologiyası, ekoloji fiziologiya,  qocalıq  və  qocalma, ali  sinir fəaliyyəti 

bəhsləri  və  fizioloji  göstərici,  termin  göstəricisi,  müəllif  arayışı,  kafedranın  tanınmış 

alimləri, terminlər lüğəti, testlər verilmişdir. 

Dərsliyin  əsas  üstün  cəhəti  odur  ki,  ayrı-ayrı fəsillərdə  orqanizmin  orqan  və 

toxumalarının fəaliyyət  mexanizminin  Avropa  təhsil standartlarına  uyğun  şəkildə  izah 

edilməsi  və  əvvəlki  dərsliklərdən  fərqli  olaraq  burada  hüceyrə  fiziologiyası  (birinci 

kitabda), əmək və ekoloji fiziologiya, qocalma və qocalıq, bioloji qocalma haqqında ilk 

dəfə məlumat verilməsidir. 

Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində 

təhsil  alan  tələbələri,  eləcə  də  fizioloq  magistrantlar,  nəzəri  və  təcrübi  biologiyanın 

müxtəlif sahələrində çalışan bioloqlar üçün faydalı ola bilər. 

ə

 1903000000-08 



M -658607; -011 

-011-2008 

© «Bakı Universiteti» nəşriyyatı, 2008 

downloaded from KitabYurdu.org



IX FƏSİL 

QAN 


Qan,  limfa  və  hüceyrəarası  mayeyə  orqanizmin  daxili 

mühiti deyilir. Daha dəqiq desək, qan orqanizmin hüceyrəsiz daxili 

maye mühitinə və ya damar sistemində dövran edən qan plazması 

və  ondan  asılı  halda  olan  hüceyrələrdən  ibarət  olan  orqanizmin 

daxili mühitinə aid edilir. Laxtalanmış qanın tərkibi trombdan və 

bəzi plazma zülallarından ibarətdir. Zərdab fıbri- nogeni çıxarılmış 

plazmanın şəffaf maye hissəsidir. 

Qan  orqanizmin  inteqrasiya  edən  sistemlərindən  biridir. 

Orqanizmin  ayrı-ayrı  orqanların  vəziyyətində  baş  verən  müxtəlif 

tərəddüdlər qan sistemində və əksinə, dəyişikliyə səbəb olur. Məhz 

buna görə də, insanın sağlam və xəstə olmasını qiymətləndirəndə 

qanı  xarakterizə  edən  parametrləri  (he-  matoloji  göstəriciləri) 

hərflərlə tədqiq edirlər. Qan, limfa və hüceyrəarası maye birlikdə 

oqranizmin  daxili  mühitini  əmələ  gətirir.  Qan  sistemi  haqqında 

təlimi  1939-cu  ildə  Q.F.Lanq  yaratmışdır.  O,  bu  sistemə;  1) 

damarlarla  dövran  edən,  həm  də  qan  depolarında  olan  qanı;  2) 

qanyaradıcı; 3) qandağıdıcı orqanları; 4) tənzimedici sinir-humoral 

sistemi aid etmişdir. 



9.1.

 

Qanın funksiyaları 

Qan çox müxtəlif funksiyaları yerinə yetirir. Qanın çoxsaylı 

funksiyaları  nəinki  plazma  və  qan  hüceyrələri  ilə,  həm  də  qanı 

bütün toxuma və orqanlara çatdıran qan damarlarında dövran edən 

qanın  vəziyyətilə  təyin  edilir.  Qan  orqanizm  ilə  mühit  arasında 

əlaqə  yaradır.  Qanın  əsas  funksiyasına  nəqliyyat,  hemostatik, 

müdafiə və hemokoaqulyasiya funksiyaları aiddir. Bunlardan başqa 

qan orqanizmin daxili mühitin bir hissəsi kimi orqanizmin hər hansı 

digər  funksiyalarının  fəaliyyətinin  əsas  hissəsini  təşkil  edir. 

Məsələn,  qanın,  tənəffüsün,  qidalanmanın  və  metabolizmin, 

ekskresiya,  hormonal  və  temperatur  tənziminin,  immun 

reaksiyasının realizasiyasmda da 



downloaded from KitabYurdu.org



yaxından iştirak edir. 

Beləliklə, yuxarıda qeyd etdiklərimizə əsasən deyə bilərik 

ki,  orqanizmin  daxili  mühitinin  əsas  hissəsi  olan  qan  öz 

funksiyalarını aşağıdakı kimi yerinə yetirir. 

Qan orqanizmdə oksigenin və karbon qazının birləşməsini 

və daşınmasını təmin etməklə tənəffüsdə iştirak edir; metabolizmin 

son  məhsullarını  ifrazat  orqanlarının  vasitəsilə  bədəndən  xaric 

etməklə  ifrazatda  iştirak  edir;  qana  daxil  olan  mikroorqanizmlər, 

viruslar,  onların  toksinləri  digər  yad  cisimlər  tərəfindən  törədilən 

yoluxucu xəstəliklərdən sonra yaranan əkscisim - immun cisimlər 

və ya antitellər, qana daxil olan toksinlərə qarşı antitoksinlər daha 

dəqiq  [leykositlərin  faqosi-  tar  fəallığı  (hüceyrə  immuniteti)  və 

qanda  olan  əkscisimlər  vasitəsilə  (humoral  immunitet)] 

yaranmasında  iştirak  edir.  Bu  vəzifə  properdin  sisteminin 

bakterosid təsiri ilə də yerinə yetirilir; Qan qaraciyərdən keçərkən 

bədəni  enerji  ilə,  ağciyərdən  keçərkən  soyumaqla  bədən 

temperaturunun tənzimində iştirak edir. Qan həm də hormonlar və 

başqa  fizioloji  fəal  maddələri  daşımaqla  qan  vasitəsilə  orqanlar 

arasında humoral tənzimi həyata keçirir. 

Qan  orqanizm  üçün  vacib  olan  osmotik  təzyiqin,  şəkərin 

miqdarının, PH-ın, ion tərkibinin sabit saxlanmasını təmin edir; qan 

qidalanma  funksiyasını  orqanizmin  bütün  hüceyrələrini  qida 

maddələri  (qlükoza,  aminturşuları,  yağlar,  vitaminlər,  mineral 

maddələr)  və  su  ilə  təmin  etməklə  yerinə  yetirir.  Qanın  kreator 

funksiyasını  formalı  elementləri  və  plaz-  ması  ilə  daşman 

makromolekullar  (toxuma  strukturunun  bərpa  və  təmini, 

hüceyrələrin  diferensiasiya  dərəcəsinin  tənzimi,  hüceyrəarası 

informasiyaların ötürülməsi) qan vasitəsilə həyata keçirilir. 

Orqanizmin  normal  fəaliyyəti  üçün  qanda  su  və  duzların 

miqdarının,  turşu-qələvilərin  müvazinəti  və  eləcə  də  osmotik 

təzyiqin, şəkərin, zülal, yağ, mineral maddələrin miqdarının, PH-ın, 

ion tərkibinin daimi olmasının çox böyük əhəmiyyəti vardır. 

Başqa mayelərdən fərqli olaraq, qanın özünəməxsus 

downloaded from KitabYurdu.org



fiziki xassələri vardır. 

Qanın  həcmi.  Qanın  ümumi  həcmi,  yağlar  nəzərə  alın-

madan  hesablandıqda  təqribən  bədən  çəkisinin  7%  (6-8%),  yeni 

doğulmuş körpələr üçün (çağalar) isə 8,5% təşkil edir. 70 kq çəkisi 

olan  orta  yaşlı  kişilərdə  qanın  həcmi  təqribən  5600  ml-ə  qədər 

(bədən çəkisinin hər kq-na 80 ml olur). Onun 3,5-4/ adi qayda ilə 

damar yatağında və ürək boşluğunda dövran edir. Qalan 1,5-2/ isə 

qarın  boşluğu  orqanları,  ağciyərlər,  dərialtı  hüceyrələr  və  digər 

toxumalarda, yəni qan depolarında saxlanılır. Qan itirmələr zamanı 

depolardan damarlara daxil olur və dövranda yenidən iştirak edir. 

Deməli,  normal  şəraitdə  qanın  bir  hissəsi  damarlarda  dövr  edir, 

digər  hissəsi  qan  depoları  olan  qaraciyər,  dalaq  və  dərialtı 

toxumalarda saxlanılır. Plaz- manın həcmi, ümumi qanın həcminin 

55%-ni  təşkil  edir.  Hüceyrə  elementləri,  yəni  qanın  formal 

elementləri  qanın  ümumi  həcminin  45%-ni  təşkil  edir.  Qanın 

həcmini ya birbaşa 5ler ilə nişanlanmış eritrositlərin və ya dolayı 

yolla 131-i isə plazma- nın albumini ilə və ya hemotokrit üsulu ilə 

təyin edirlər. 

Qanın  özlülüyü  və  ya  yapışqanlığı.  Yapışqanlıq  suya 

nisbətən  götürülür.  Əgər  suyun  özlülüyü  vahidə  bərabərdirsə, 

plazmanın özlülüyü 1,7-2,2-yə, qanda isə 4-5-ə bərabər olur. Qana 

yapışqanlıq  verən  qanın  tərkibində  olan  zülal  və  eritro-  sitlərdir. 

Qanın  yapışqanlılığı və  özlülüyü, mayenin  onun hərəkət  sürətinə 

təsir  xassəsidir.  Qanın  yapışqanlığının  99%-ni  erit-  rositlər 

müəyyən edir. Qan qatılaşdıqda, yəni həddindən artıq su itirdikdə 

(məsələn,  ishal  zamanı)  və  ya  çoxlu  tərlədikdə,  həmçinin  qanda 

eritrositlərin miqdarı çoxaldıqda onun özlülüyü arta bilər. 

Eritrositlərin  suspenzion  sabitliyi.  Qanda  eritrositlər  bir- 

birini  itələdiyi  üçün  bu  onların  üst  səthlərinin  mənfi  yüklə  yük-

lənməsinə səbəb olur. Eritrositlərin üst səthinin yükünün azalması, 

onların  aqreqatsiyasına  səbəb  olur.  Belə  aqreqatsiya  sahəsində 

onların effektiv sıxlığı artdığı üçün az dözümlü olur. Eritrositlərin 

çökmə  sürəti  (EÇS)  eritrositlərin  dözümlülüyü  suspenziya 

qiymətinin ölçüsü hesab edilir. EÇS-ni təyin etmək üçün üzərində 

dərəcələnmiş kapillyar pipetkaları olan Pançen- 



downloaded from KitabYurdu.org



kov  cihazından  istifadə  edilir.  Əvvəlcə  qanın  laxtalanmasının 

qarşısını almaq üçün limon turşusunu natrium duzu ilə qarışdırıb, 

sonra  dərəcələnmiş  pipetkalara  əlavə  edib,  bir  saat  saxladıqda 

eritrositlər sınaq şüşəsinin dibinə çökür. Eritrositlərin xüsusi çəkisi 

(1090), plazmadan (1025-1034) çox olduğu üçün çökür. Normada 

plazmada  albumin-qlobulin  koeffısienti  (əmsalı)  A/Q=l,5/2,3-ə 

bərabər  olur.  Təbabətdə  müxtəlif  xəstəliklərin  diaqnozunu 

dəqiqləşdirmək üçün eritrositlərin çökmə sürətindən geniş istifadə 

olunur. 

Bir  saat  müddətində  kapillyar  borunun  üst  səthində 

plazmanm  açıq  qatı  əmələ  gəlir.  EÇS-nı  göstərən  bu  açıq  qatın 

hündürlüyü  millimetrlərlə  ölçülür.  Sağlam  adamlarda  normada 

EÇS-i 2-15 mm/saata bərabər olur. Hamilə qadınlarda, şiş və başqa 

bakterial  mənşəli  iltibah  prosesləri  müşahidə  edilən  xəstəliklərdə 

qanın  plazmasının  zülal  tərkibinin  dəyişilməsi,  EÇS-  nin 

yüksəlməsinə  səbəb  olur.  Xüsusilə  fibrinogenin  və  qlo-  bulinin 

miqdarının  artması  EÇS-ni  tezləşdirir.  Qanın  tərkibi  -  plazma  və 

formalı  elementləri  natrium  nitratla  və  ya  heparinlə  qarışdırılmış 

qanı sentrafuqadan keçirdikdən və ştativdə bir müddət saxladıqdan 

sonra o iki hissəyə 50-55%-ni təşkil edən plazmaya və 40-45%-ni 

təşkil edən qanın formalı elementlərinə ayrılır. 

Çəkisi 70 kq olan adamın 5-6 litr qanı olur. Yeni doğulmuş 

uşaqlarda qan bədən çəkisinin 15%-ni, 1 yaşında 11%- ni, orta yaşlı 

sağlam adamlarda isə 6-7,5%-ni təşkil edir. 

Başqa mayelərdən fərqli olaraq qanın  özünəməxsus  fiziki 

xassələri vardır: 

Arterial  qan  oksigenlə  zəngin  (20%),  al  qırmızı  rəngli, 

venoz  qan  isə  tünd  qırmızı  rəngdə  olub  karbon  oksidlə  zəngin, 

oksigen isə arterial qana nisbətən az (12%) olur. 

Qanın rəngi. Qana qırmızılıq verən eritrositlərin tərkibində 

olan hemotoxromogen piqmentdir. 



Qanın xüsusi çəkisi. Qanın xüsusi çəkisi 1,050-1,060 erit- 

rositlərinki - 1,090, plazmanmki - 1,025-1,034-ə bərabər olur. 



Qanın  depressiyası  -  donma  dərəcəsi.  İnsan  qanı  0,56- 

0,58°-də donur. 



downloaded from KitabYurdu.org



Qanın  qoxusu  tərkibindəki  yağ  turşularının  miqdarından 

asılıdır. 

Qanın tərkibindəki duzlara görə dadı şordur. 

9.2.

 

Plazma 

Heparin və ya Na-sitrat əlavə edilmiş qanı şüşə boruda olan 

sentrafuqadan  keçirdikdən  sonra,  çökmüş  qanın  üzərində  əmələ 

gələn duru hissə - qan zərdabıdır. Fibrini çıxarılmış qanın plazma 

hissəsinə qan zərdabı deyilir. 

Plazmadan  fərqli  olaraq  qan  zərdabında  qanın  laxta- 

lanmasında  rolu  olan  bir  sıra  plazma  amilləri  (I-fıbrinoqen,  II-

protrombin, V-proakselerin və VlII-antihemofilik amili) olmur. 

Plazma açıq kəhrəba rəngli maye olub, tərkibində zülallar, 

karbohidratlar,  yağlar,  lipoproteinlər,  elektrolitlər,  hormonlar  və 

digər kimyəvi birləşmələr olur. 70 kq çəkisi olan adamda plazma 

həcmi bədən çəkisinin 5%-ni, bədəndə olan suyun isə 7,5%-ni təşkil 

edir. Plazmanın 90-92%-ni su, suda həll olan maddələr, 10% (onun 

9%-ni üzvi maddələr, 1%-ni qeyri-üzvi maddələr), bərk maddədən 

zülalın payına 2/3, kiçik molekul çəkili və elektrolitlərin payına isə 

1/3 hissə düşür. Plazmanın kimyəvi tərkibi hüceyrəarası maye ilə 

oxşar  olsa  da,  (kationlardan  Na

+

,  anionlardan  Cl~



HCO3 

üstünlük 

təşkil edir), plazmada zülalın qatılığı yüksək olur (70q//). 

Plazmada  əsasən  qaraciyərdən  daxil  olan  bir  neçə  yüz 

müxtəlif  zülallar  vardır.  Plazma  zülallarının  funksiyaları  çox 

müxtəlifdir. Onlardan Albumin zülalı  (40q//, M

r

*60-65kD)  qanın 



onkotik  (25mm  Hg.st.  və  ya  3,3  kPa)  təzyiqini  təyin  edir.  Qanın 

onkotik təzyiqi hüceyrəarası  mayedən 5 dəfə çoxdur. Məhz buna 

görə hipoalbuminiya zamanı, böyrəklə əlaqədar olan «böyrək» şişi, 

aclıqla əlaqədar olaraq «aclıq» şişi inkişaf edir. Qanda qlobulinin 

miqdarı  30q//,  o  cümlədən  a,  -a

2

  və  /?  və  y  qlobulinlər  olur.  Bu 

zülalların,  yəni  normal  sağlam  adamda albumin,  qlobulin  indeksi 

(A/Q) 1,5/2,3 olur. Qan 



downloaded from KitabYurdu.org



plazmasında  bu  zülallardan  əmələ  gəlmiş  fermentlərə  misal 

amilazam,  lipazanı,  fosfatazanı,  proteazanı  göstərmək  olar,  y  - 

qlobulin  -  yəni  immunoqlobinlər  (l

g

A,  D,  E,  G,  M)  viruslar, 



bakteriyalar  və  onların  toksinlərinin  zərərsizləşdirilməsinə  qarşı 

tibbdə  istifadə  edilir.  Albuminlər  qaraciyərdə,  qlobumin-  lər  isə 

qaraciyərdən  əlavə  həm  də  limfa  düyünləri,  dalaq  və  sümük 

iliyində sintez olunur. 

Funksional əhəmiyyətinə görə 3 əsas qrup zülallar ayırd 

edilir: 


1.

 

Qanın  laxtalanma  sistemi  zülalları;  bura  trombun 



formalaşması  və  parçalanması  arasında  müvazinəti  təmin  edən 

koaqulyantlar və əks antikoaqulyantlar aid edilir. Koaqul- yantlar, 

məsələn,  fıbrinogen  trombun  əmələ  gəlməsində  iştirak  edir. 

Antikoaqulyantlar isə laxtalanmanın qarşısını alır. 

2.

 

İmmun reaksiyalarda iştirak edən zülallar



3.

 

Nəqliyyat  zülallarına  -  albuminlər  (yağ  turşuları); 



apolipopotemlər (xolesterin), transferin (dəmir), haptoqlobin (Hb), 

tseruloplazmin  (mis),  transkoritin  (kortizol),  transkoba-  lamin 

(vitamin B

12

) və başqaları aiddir. 



Qanın plazmasında azotlu və azotsuz üzvi birləşmələr olur. 

Azotlu  üzvi  maddələrə  zülalların  toxumalarda  mübadiləsi 

nəticəsində əmələ gələn aminturşuları, sidik turşusu, kreatin və s. 

misal göstərmək olar. 

Azotsuz  üzvi  maddələrə  qlükozanı  misal  göstərmək  olar. 

Normal sağlam insanlarda qlükozanm miqdarı orta hesabla 85-115 

mq%  4,46-6,67  mmol//  olur.  Qanda  yağların  və  digər  lipoidlərin 

miqdarı  məsələn,  xolesterinin,  lesitinin  miqdarı  yeyilən  qidanın 

tərkibində  olan  yağların  miqdarından  asılı  olaraq  az  və  çox  ola 

bilər. 


Deməli,  plazmada  olan  zülalların  [albumin  (4,5%),  qlo- 

bumin (1.7-3,5%), fıbrinogen (0,4%)] orqanizm  üçün əhəmiyyəti 

böyükdür.  Onlardan  zülalların  qanla  toxuma  arasında  su 

mübadiləsinin  tənzimində  rolunu,  turşu-qələvi  müvazinətində 

iştirakını, qanın özlülüyünün sabit saxlanmasında iştirakını, qanın 

laxtalanmasındakı  və  immunitetin  yaranmasındakı  rolunu 

göstərmək olar. 

downloaded from KitabYurdu.org



Osmotik  və  onkotik  təzyiq.  Qanın  plazmasmda  olan  os- 

motik fəal maddələr başqa sözlə, mineral duzlar, ionlar,  kallo- id 

maddələr, xüsusilə zülallar qanın mühüm xarakterini - osmotik və 

onkotik təzyiqi müəyyən edir. Məhlulun osmotik təzyiqi osmometr 

cihazı  ilə  ölçülür.  Osmotik  təzyiqi  qanın  plaz-  masının  osmotik 

təzyiqinə  bərabər  olan,  yəni  tərkibindəki  NaCl  -un  miqdarı, 

plazmanın  tərkibində  olan  NaCl  -un  miqdarına  bərabər  olan 

məhlula izotonik, çox olana hipertonik, az olana hipotonik məhlul 

deyilir.  Qan  hüceyrələri  izotonik  məhlulda  normal  fəaliyyət 

göstərir.  İstiqanlı  heyvanlar  üçün  0,9%-li  NaCl,  soyuqqanlı 

heyvanlar  üçün  isə  0,65%-li  NaCl  məhlulundan  (izotonik 

məhluldan) istifadə edilir. Deməli, qanın osmotik təzyiqi tərkibində 

olan mineral maddələrin miqdarından asılıdır. 

İfrazat  orqanları  sistemi  osmotik  təzyiqin  nisbi  sabit 

saxlanmasında əsas rol oynayır. 

Onkotik təzyiq (kalloid osmotik təzyiq-KOT) - qan damar 

yatağında  qanın  plazmasının  zülalların  tərəfindən  suyun 

saxlanması  hesabına  yaranır.  Deməli,  osmotik  təzyiq  duzlar, 

onkotik təzyiq isə qanda olan kalloidlər-zülallar vasitəsilə yaranır. 

Normada  onkotik  15-20  mm  Hg  sütununa  bərabər  olur.  O,  az 

olduqda  qanın  maye  hissəsi  toxumalardan  sürətlə  keçir,  çox 

olduqda əksinə ləngiyir. Qanda zülalların miqdarının 10 dəfə çox 

olmasına  baxmayaraq,  onkotik  təzyiq,  osmotik  təzyiqin  1/200 

hissəsini təşkil edir. Beləliklə, plazmada zülalların miqdarı 70 q/1 

olduqda plazmanın kalloid-osmotik təzyiqi - 25 mm.Hg.st (3,3 kPa) 

təşkil  etdiyi  halda,  hüceyrəarası  mayenin  kalloid  osmotik  təzyiqi 

əhəmiyyətli dərəcədə aşağı - 5 mmHg.st. və ya 07 kPa olur. 

Hüceyrəarası mayenin hidrostatik təzyiqi ilə (7 mm Hg.st.), 

kapillyarlarda  olan  qanın  hidrostatik  təzyiq  fərqinə  -  effektiv 

hidrostatik  təzyiq  deyilir.  Normada  effektiv  hidrostatik  təzyiq 

kapillyarlarm arterial hissəsində 36-38 mm Hg.st., venoz hissəsində 

isə 14-16 mm Hg.st. təşkil edir. 

Qanın fəal reaksiyası hidrogen (H

+

) və hidroksil (OH ) ionlarının 



qatılığından asılı olub PH ilə göstərilir. Qanda hid- 

downloaded from KitabYurdu.org



rogen  ionları  çoxaldıqda  onun  reaksiyası  turş,  hidroksil  ionları 

artdıqda  qələvi  olur.  Bu  ionlar  arasında  bərabər  müvazinət 

yarandıqda, qanda neytral reaksiya əmələ gəlir. 

Qanın PH 7-dən çox olarsa reaksiya qələvi, azaldıqda turş 

hesab  edilir.  Normada  arterial  qanın  PH  nisbətən  normadan  çox 

olduğu  üçün  (PH,  7-4)  reaksiyası  zəif  qələvidir.  Qan  zəif  qələvi 

reaksiyalı  olub,  PH-ı  7,4-dür.  Venoz  qanda  karbon  qazı  nisbətən 

çox olduğundan PH 7,34-ə bərabərdir. 

Qanın  reaksiyasının  sabitliyi  onun  tərkibindəki  bufer 

sistemlərinin  hemoqlabin,  karbonat,  fosfat  və  zülal  bufer  sis-

temlərinin, ağciyər, böyrək, tər vəzilərinin fizioloji fəaliyyətindən 

asılıdır. 

Qanın  buferlik  həcminin  75%-i  hemoqlobin  bufer  sis-

teminin  üzərinə  düşür.  Hemoqlobinin  bufer  xassəyə  malik  ol-

masının  mühüm  cəhəti  ondan  ibarətdir  ki,  öz  kalium  ionunu 

karbonat  turşusuna  H



2

C0

3

  verib,  H



+

  ionları  ilə  birləşərək  tez 

parçalanan turşuya çevrilir. 

Hb~ + II

2

C0

3

 -> HHb + HCO; 

Bufer sistemləri toxumalarda da olur. Buna görə də toxu- 

maarası mayenin aktiv reaksiyası nisbi olaraq sabit saxlanılır. 

İstiqanlı  heyvanlar  üzərində  aparılan  təcrübələr  və  klinik 

müşahidələr  göstərir  ki,  qanın  reaksiyasının  həyat  üçün  təhlükəli 

olmayan ölçüsü 7,0-7,8 arasındadır. PH bu ölçüdən kənara çıxarsa, 

orqanizmdə kəskin dəyişikliklər, hətta ölüm baş verə bilər. 

Qanda  PH  7,0-8,0-dən  artıq  və  az  olması  yoluxucu  xəs-

təliklər zamanı müşahidə olunur. 

Qanın reaksiyasının turşuluğa doğru dəyişməsinə asi- doz 

(CO


2

- artır), qələviliyə doğru dəyişməsinə isə alkaloz (CO

2

- azalır) 



deyilir. 

10 

downloaded from KitabYurdu.org



9.3.

 

Qanın hüceyrəvi elementləri 

Qanm  hüceyrəvi  elementlərinə  (keçmiş  adı  formalı  ele-

mentlər)  eritrositlər,  leykositlər  və  trombositlər  və  ya  qan  löv-

həcikləri aid edilir (şəkil 1). 

Qan hüceyrələrini mikroskopun əşya kürsüsünə bərkidilmiş 

Romanovski  üsulu  ilə  rənglənmiş  yaxmada  və  ya  preparatda 

öyrənirlər.  Yaşlı  adamların  mühiti  qanında  qırmızı  qan  hüceyrə-

lərinin  miqdarı  kişilərdə  5,7xl0

12

//,  qadınlarda  3,9-5xl0



12

//,  ley- 

kositlərin  miqdarı  -  3,8-9,8xl0

9

//  (limfositlər  -  l-2-3,3xl0



9

//,  mo- 

notsitlər  -  0,2-0,7xl0

9

//,  danəli  leykositlər  -  1,8-6,6x10



9

//),  trom-

bositlər - 190-405xl0

9

// olur. 



 




  1   2   3   4   5   6   7   8   9   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə