Nöqteyi-nəzərlərin toqquşması vəziyyətini dialektik mövqedən başa düşərək Hegel dialektik inkar anlayışını tətbiq edir. Bu anlayışda tövsiyyələr vardır: bir sıra tezislərin inkarına onların ehkamcasına atılması kimi baxmaq olmaz. Antitezis yalnız başlanğıc vəziyyəti (tezisi) pozmamalıdır, müəyyən mənada onu özündə mənimsəməlidir (daxil etməlidir). Tezisin məzmunundakı ağıllı, qiymətli şeyləri qorumaqla, saxlamaqla yanaşı fikir səhv təqdim olunanları silkələməli, dəf etməli, tənqid etməlidir. Bu cür inkar dialektik xarakter daşıyır və predmetin daha dərindən anlaşılmasına doğru hərəkət etməyə imkan verir. Tezis və antitezis dialektik əkslikdir. Əksliklərin dialektik vəhdətini anlamağı (tezis və antitezis) bacarmaq onların sintezini təmin edir.
İnkarı inkar – dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. “İnkar” terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, “inkar inkarı” bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar : inkar, varislik və inkişaf. İnkarın anlaşılmasında əsasən iki münasibət – dialektik və metafizik mövqe fərqləndirilməlidir.
İnkarı inkar – gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə, idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur.
Dostları ilə paylaş: |