Dörd tərkib hissəsi (komponenti)



Yüklə 15,17 Kb.
tarix16.06.2023
ölçüsü15,17 Kb.
#131511
Təlim və onun komponentləri


Təlim və onun komponentləri
Təlim şagirdlərin bilik, bacarıq, vərdiş və dəyərlərə yiyələndiyi pedaqoji prosesdir.
Təlimin dörd tərkib hissəsi (komponenti) var: məzmun, metodlar, öyrədici mühit və qiymətləndirmə.
Məzmun + Metodlar + Öyrədici mühit + Qiymətləndirmə = Təlim
Hər bir sistemin müvəffəqiyyətlə işləməsi üçün onun bütün tərkib hissələrinin qarşılıqlı əlaqəsi təmin edilməlidir. Təlimin komponentləri əlaqəli şəkildə təlim prosesinin iki əsas məqsədini həyata keçirməyə yönəlir:
1. Şagirdlərdə idrak proseslərinin (təfəkkür, hafizə, diqqət, təxəyyül proseslərinin və bunlarla əlaqədar əsas bilik, bacarıq və vərdişlərinin) inkişafı.
2. Şagirdlərin şəxsiyyətinin (sosial-psixoloji, emosional-iradi) inkişafı.
Təlim mühiti/öyrədici mühit
J. J. Russo "ətraf mühit" in şəxsi inkişaf üçün bir sahə olduğunu söyləmişdi. Alimin sözlərinə görə səmərəli təlim üçün xüsusi "təlim mühiti" yaratmaq lazımdır ki, şagirdlərin ehtiyac və imkanları balanslaşdırılmış olsun.
Təlimin qarşıya qoyduğu vəzifələrin və prinsiplərin həyata keçirilməsi təlim-tərbiyə prosesinə təsir edən amillərdən və şərtlərdən, məhz öyrədici mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Uşağı əhatə edən şəraitin onun dərk etmək tələbatına, maraq və problemlərinə nə dərəcədə istiqamətlənmiş olması tədris prosesinə münasibətilə çox əlaqəlidir.
Öyrədici mühitin növləri:

  • əşyavi mühit

  • informasiya mühiti

  • sosial-psixoloji mühit

Bu bölgü şərtidir, çünki ətrafdakı müəyyən obyektlər eyni zamanda ayrı-ayrı mühit növlərinin elementləri ola bilər.
Əşyavi mühit təlimin bütün maddi-texniki təminatını özündə cəmləşdirir:

  • Məktəb maddi mühiti – dərsliklər, lövhələr, didaktik oyunlar və vəsaitlər, əyani vəsaitlər, texniki avadanlıq, laboratoriyalar, məktəb ləvazimatı və s.

  • Təbii mühit – canlı və cansız təbiətin bilavasitə müşahidə oluna bilən əşyaları;

  • Məişət mühiti – evin, yaşayış yerinin maddi əhatəsi, maddi mədəniyyət əşyaları, ictimai və mədəni müəssisələr və s.

İnformasiya mühiti şagirdin təlim ehtiyaclarını təmin etməyə yönəldilmiş məlumat mənbələri (dərsliklər, ensiklopediyalar, KİV, sosial əhatə), sistemli proqram təminatı və məlumat ötürmə vasitələridir.
İnformasiyanı dərk etməyə kömək edən psixoloji amilləri də unutmaq olmaz. Nəzərə almaq lazımdır ki, əgər uşaqlara oynamaq, təcrübədən keçirmək, əl vurmaq, eşitmək, görmək, hiss etmək imkanı yaradılırsa, o hər bir məlumatı mənimsəməyə qadirdir.
Sosial-psixoloji mühitə şagirdin həm digər insanlarla, həm də öz daxili aləmi ilə qarşılıqlı əlaqələri aiddir.
Yüklə 15,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin