AZ
Ə
RBAYCAN RESPUBL
İ
KASI S
Ə
H
İ
YY
Ə
NAZ
İ
RL
İ
Y
İ
1 NÖMR
Ə
L
İ
BAKI T
İ
BB KOLLEC
İ
2020 / 2021 - ci t
ə
dris ilinin III kurs, V semestr
ı
F
ə
nn: "Tibbi sosial reabilitasiya"
Ş
öb
ə
: "Mamal
ı
q i
ş
i"
MÖVZU-T
Ə
QV
İ
M
PLANI ÜZR
Ə
Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
2
MÖVZU: 1
FĠZĠOTERAPĠYAYA GĠRĠġ VƏ ONUN PREDMETLƏRĠ
Fiziki amillərdən istifadə etməklə müalicə və profilaktika tədbirləri çox qədim zamanlardan
istifadə olunur. Fizioterapiya sözü yunan mənşəyi olub fizis təbiət və terapiya müalicə sözündən əmələ
gəlmişdir. Yəni təbii amillərlə müalicə deməkdir.
Cəmiyyətin inkişafı və elmi texniki tərəqqi ilə əlaqədar olaraq yeni-yeni müalicə amilləri tətbiq
olunmağa başlamışdır. Burada ilk növbədə insanın yaratdığı cihazlar və onların mənbəyi olan fiziki
enerji aiddirki, bunlarda süni müalicə amilləri adlanır. Hal-hazırda fizioterapiyaya təbii və süni
yaradılmış müalicəvi amillərin xəstəliklərin müalicə reabilitasiya və profilaktikasında tətbiqi zamanı
insan orqanizmində baş verən dəyişiklikləri öyrənən elm kimi baxılır.
Fizioterapiyanın predmeti müalicəvi fiziki amillərin öyrənilməsidir. Fizioterapiya o fiziki
amilləri öyrənir ki onlardan xəstələrin müalicə və reabilitasiyasınında istifadə olunur. Bəzən fiziki
amilləri müalicədə kurort sərvətləri ilə birlikdə tədbir edirlər ki, bununla kurortalogiya elmi məşğul
olur. Kurortalogiya almanca müalicə olunan yer deməkdir. Kurortalogiya kurort amilləri onların
orqanizmə təsiri onların müalicə məqsədi ilə tətbiqi haqqında elimdir.
Təbbi fiziki amillər aşağıdakılardır: mədən suları, müalicəvi palçıqlar, dənizdə çimmək, əlverişli
iqlim və s. Ümumi fizioterapiya fənni müalicə məqsədilə istifadə olunan təbii amillərin fizioloji və
müalicəvi mexanizimlərini öyrənir. Xüsusi fizioterapiya isə müalicəvi amillərin konkret vahidlərinin
müalicədə təsir xüsusiyyətlərini öyrənir.
Fiziki amillər daşıdıqları enerji növünə və tipinə görə 2 qrupa bölünür: