Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
36
Ağır ürək patologiyası, aritmiya, qeyri-stabil qan təzyiqi olarsa xəstələrə tənəffüs gimnastikası
məsləhət görülmür.
Hərəki təlimlərə ətrafların kiçik və orta əzələ qrupları və çiyin qurşağı əzələləri ilə məşğələlərlə
başlanır. Xəstənin ətraflarında hərəkətə qarşı müqavəmət varsa ilk növbədə bu müqaviməti aradan
qaldırmaq lazımdır. Təlimçinin iştirakı ilə aparılan aktiv hərəkətlər və massaj ətrafları daha hərəkətli
vəziyyətə gətirir. Müntəzəm və məqsədyönlü şəkildə aparılan məşqlərin tədricən kiçik uğurlara gətirib
çıxardığını görmək xəstədə sağalacağına inam yaradır və əhvalını yüksəldir.
Nümunəvi hərəkətlər:
1. Xəstə əllə sağlam əlin barmaqlarını tutub sıxmaq- təlimçinin göstərişi ilə əvvəlcə yavaş, sonra
bir az güclü, daha güclü, çox güclü və maksimal.
2. Tədricən əldə kiçik əşyaları tutub saxlamağı öyrənmək: çörək dilimi, qaşıq, daraq və s.
3. Qaşıqla çayı qarışdırmaq, yumaq dolamaq və s.
Bu kimi hərəkətlərlə yanaşı tədricən daha böyük hərəki məşqlər edilir. Məşqlər yataqda uzanmış
vəziyyətdə aparılır. Xəstə sərbəst şəkildə edə bilmirsə, təlimçi kömək göstərir:
4. Qolları tərpətmədən yalnız əlləri yataqdan qaldırıb salmaq. Xəstə qol qalxmırsa instruktor
yardım edir. Hərəkət 4-6 dəfə təkrarlanır.
5. Yavaş tempdə əllərin dairəvi hərəkəti
6. Uzanmış vəziyyətdə ayaq barmaqları yumub açmaq
7. Ayaq pəncələrini özünə tərəf əymək
8. Pəncələri yanlara doğru əymək
9. Başı yastıqdan qaldırmadan sağa-sola çevirmək
10. Barmaqları yumruq kimi sıxıb-açmaq, tennis topunu əllə sıxmaq
11. Barmaqları bırləşdirib maksimum aralamaq
Bütün hərəkətlərdə xəstə ətrafakı hərəkətlərə təlimçi yardım edir, hərəkətlər həm xəstə, həm da
sağlam ətrafda 4-6 dəfə təkrarlanır.
Bu cür bəsit hərəkətlər də xəstə üçün olduqca çətin və əziyyətvericidir. Buna görə də bərpa
dövrü xəstənin təlimçisindən və yaxınlarından çox böyük qayğı və səbr tələb edir.
Sonrakı mərhələdə xəstə yataqda oturmuş vəziyyətdə və daha sonra ayağa duraraq hərəkətlər
etməyə başlayır. Sinirlərin zədələnmə dərəcəsindən asılı olaraq bu dövr bir neçə həftədən bir neçə
ayadək davam edə bilər. Xəstəyə verilən fiziki yük və hərəkətlərin mürəkkəbliyi də tədricən artırılır.
Müalicəvi gimnastikanın məqsədi maksimum şəkildə xəstədə özünəxidmət vərdişlərini bərpa etməkdir.
Bundan sonra isə daha uzunmüddətli planlar qurub xəstəni yenidən cəmiyyətə qazandırmaq haqda
düşünmək olar.