Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
33
MÖVZU: 17
DAYAQ-HƏRƏKƏT APARATININ XƏSTƏLĠKLƏRĠ ZAMANI MBT
Dayaq-hərəkət aparatının zədələnməsi funksional dəyişikliyə səbəb olur. Bunun əsasını hərəkət
pozuntuları təşkil edir. Hərəkət pozuntularına aiddir: əzələ hipo və atrofiyası, oynaq qapsulunun
qalınlaşması, qırılması, elastikliyinin itməsi, oynaq qığırdağının fibroz dəyişikliyi və s.
MBT həm yerli, həm də ümumi təsir göstərərək dayaq-hərəkət aparatı xəstəliklərinin və
travmasının müalicəsində əsas, bəzən isə həlledici metoddur. Fiziki məşğələlər əzələlərin trofikasını,
qan təchizatını və oynaq-bağ aparatının elastikliyini artırır. MBT məşqləri vegetativ funksiyaya təsir
edərək, toxuma və orqanların regenerasiyasını təmin edir.
MBT müalicəvi gimnastika, suda fiziki məşğələlər, gəzinti, mexanoterapiya, trenajorda
hərəkətlər, oyunlar və digər idman elementlərindən ibarətdir. Müalicəvi gimnastika ümumi
möhkəmləndirici və xüsusi məşğələlərdən ibarətdir. Gün ərzində 3-4 dəfə müalicəvi gimnastika edilir.
Hər prosedura 15-20 dəq davam edir. Uzun müddətli prosedura (30-40 dəq) yüklənməyə, az müddətli
məşq isə az effektə səbəb olur. Sistemli məşqlər nəticəsində xəstədə kənar kömək olmadan özünə
xidmət bacarığı bərpa olunur.
Sümük sınıqları-MBT məşqləri 3 mərhələyə bölünür: immobilizasiya, immobilizasiyadan
sonrakı və bərpa etmə mərhələsi.
Dostları ilə paylaş: |