Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə52/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   48   49   50   51   52   53   54   55   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

30 

 

Müalicəvi idmanın köməyi ilə onurğa sütununun əyrilikləri aradan qaldırılır. Bu xəstəlik 3 növə 



bölünür; önə (lordoz), arxaya (kifoz), və yana (skolioz) əyilmələr. Skolioz xəstəliyi 4 dərəcəli olur. 

Korreksiyaedici  idman  hərəkətlərinin  köməyi  ilə  onurğanı  əhatə  edən  əzələlərin  möhkəmlənməsi 

hesabına təbii korset  əmələ gətirilir ki, bu da onurğa sütununda olan deffekti aradanqaldırır. Skolioz 

anadangəlmə  və  qazanılmış  olur.  Bu  xəstəliyə  daha  çox  məktəb  yaşlı  uşaqlarda  rast  gəlinir.  Fəqərə 

sınığı və sümüyün ovulmasına gətirib çıxaran patoloji proseslər də skoliozun yaranmasına səbəb olur.  

Daha çox yeniyetmələrdə müşahidə edilən onurğa sütununun əyriliyi (buna tibbi dildə skalioz da 

deyilir) klinikalarda xüsusi metodla müalicə olunaraq aradan qaldırılır. Bilirsiniz ki, uşaqların sümüyü 

tam  bərkiməmiş,  kövrək  olur.  Partada,  stol  arxasında  düzgün  əyləşməyəndə  onurğa  sütunu  tədricən 

əyilir,  vaxtında  müalicə  olunmayanda  isə  şikəstliyə  gətirib  çıxarır.  Həkim-fizioterapevtlər  xüsusi 

idman  hərəkətləri,  massaj  və  müxtəlif  fizioterapiya  üsullarının  köməyi  ilə  10  gün  müddətinə  bu 

xəstəliyi sağalda bilirlər.  

Müalicəvi idman hərəkətlərinin pasientin sağlamlığının bərpası prosesində də mühüm rolu var. 

Eliksir  terapiyası  təyin  edilən  xəstələrə  bu  müalicə  üsulunun  tətbiqi  daha  vacibdir. Çünki müalicə 

müddətində  orqanizm  illər  boyu  yığılıb  qalan  şlaklardan  təmizlənir,  şişkinliklər  çəkilir,  bir  sözlə, 

bədən  və  əzələlər  boşalır.  Bu  zaman  bəzi  pasientlərin  çəkisi  10-15  gün  ərzində  12-17  kq.  -a qədər 

azalır.  Bunun  nəticəsində splanxnoptoz (qarın boşluğu orqanlarının sallanması) müşahidə edilir. Bu 

fəsadların  qarşısını  almaq  üçün  bütün  pasientlərə (kiçik əks göstərişlər istisna olmaqla) MBT tətbiq 

edilməlidir. Bu müalicə üsulu orqanizmin ümumi tonusunun qalxmasına kömək edir və sümük-oynaq 

sisteminin  patologiyalarında,  müxtəlif  deformasiyalarında  əvəzedilməz  müalicə  üsulu sayılır. Əgər 

eliksir terapiyası xəstələrin pozulmuş maddələr mübadiləsini bərpa edirsə, xüsusi idman hərəkətləri ilə 

oynaqlarda və fəqərəarası boşluqlarda yığılıb qalmış duzların təmizlənməsi mümkündür.  

Ortopedik xəstəliklərdən başqa MBT  sinir xəstəliklərinin müalicəsində də çox gözəl effekt verir. 

Bu  xəstəliklərə  spastik  hemipfarezlər,  ifliclər,  kəllə-beyin  zədələri  və  nevrozlar  aiddir.  Müalicəvi 

idman  daxili  orqanların  patologiyalarının  müalicəsində-hipertoniyalar,  kəskin  bronxitlər,  kəskin 

pnevmaniyalar,  bronxial  astmalar,  bağırsaq  xəstəliklərində  effektli  təsir  göstərir.  Kiçik  çanaq, 

orqanlarının xəstəliklərində də (prostatitlər, enurez və. s) idman hərəkətlərinin faydası olur.  

Müalicəvi  idman  əsasən  eliksir  terapiyanın  sonuna  yaxın  tətbiq  edilməlidir.  Çünki  bu  zaman 

artıq  müalicənin  kəkin  dövrü qurtarır, xəstənin orqanizmi bərpa mərhələsində olur. Belə kompleks 

müalicə vasitəsi ilə xəstənin sağlamlığını tam bərpa etmək mümkündür.  

 

 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin