Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə49/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   45   46   47   48   49   50   51   52   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

27 

 

MÖVZU:  14 

 

ĠQLĠM  ĠLƏ  MÜALĠCƏ.  ORQANĠZMĠN  MÖHKƏMLƏNDĠRĠLMƏSĠ.   

 

Meteoroloji amillərin müalicə və proflaktika məqsədilə tətbiq edilməsinə iqlimlə müalicə və ya 

klimatoterapiya deyilir. Insan orqanizminə təsir göstərən iqlim amilləri aşağıdakılardır.  

1. Barometrik təzyiq 

2. Havanın  rütubətliyi 

3. Havanın  hərarəti 

4. Külək 

5. Buludluluq 

6. Aylar üzrə yağıntılar 

7. Günəş radiasiyası 

8. Havanın  kimyəvi təmizliyi 

9. Torpağın radiaktivliyi 

İqlim insana bütün bu amillərin birgəliyi ilə təsir göstərir. Ona görə də iqlimin fizioloji təsirini 

bütövlükdə və onu təşkil edən ayrı-ayrı amillər üzrə öyrənmək lazımdır.  

İqlimlə  müalicəni  əsas  növləri  aeroterapiya,  helioterapiya və talassoterapiyadır. Aeroterapiya 

açıq  hava  ilə  müalicədır.  Ancaq  bu  iqlim  zonasında  olmaq,  açıq  havada  gəzmək,  ekskursiyalar  və 

müxtəlif oyunlar müalicəvi təsir edir.  

Helioterapiya günəş şüası ilə müalicə deməkdir. Günəş vannaları güclü təsir edən profilaktik və 

müalicəvi  amil  olduğu  üçün  ciddi  dozalandırılmalıdır.  Günəş  şüasının  əsas  faktoru  ultrabənövşəyi 

şüadır. Müalicə ultrabənövşəyi biodozada başlayır. Günəş vannalarının təsirindən orqanizmin müdafiə 

qabiliyyəti artır.  

Talassoterapiya dənizdə çimməklə müalicə deməkdir. Dənizdə çimmənin orqanizmə təsiri əsas 

etibarı ilə suyun temperaturunun, mexaniki və kimyəvi qıcıqlandırıcıların birgə təsiri ilə əlaqədardır. 

Çimməmişdən  qabaq  qısa  müddətli  hava  vannası  qəbul  etmək  lazımdır.  Acqarına  çimmək  olmaz. 

Səhər yeməyindən 1, 5 saat sonra, nahar yeməyindən 2-3 saat sonra çimmək olar.  

Suda olma müddəti 2-3 dəqqiqədən 10-12 dəqiqəyə qədər, müalicə kursu 20-30 gün olmalıdır. 

Suyun  temperaturu  18-20,  havanın  temperaturu  20-22  dər.  olmalıdır.  Bu proseduraları tətbiq etmək 

üçün müalicəvi çimərlikdən istifadə olunur. Müalicənin dozalandırılması və metodikası: aeroterapiya 

xüsusi  iqlim  pavilyonların  müalicə  korpuslarının  yağış  və  günəşdən  müdafiə  pərdələri  olan 

balkonlarında  aparılır.  Xəstələrə  məsləhət  görülür  ki,  ətraf  mühitin  t

0

-dan  və  soyuğa  qarşı  fərdi 



həssaslıqdan  asılı  olaraq  geyinsinlər  və  bürünsünlər.  Soyuq  hava  vannası  təsirində  xəstənin 

termotənzimləmə sistemində mərhələli dəyişikliklər baş verir.  

İsti  hava  vannaları  orqanizmə  yumşaq  yüngün  təsir  edir.  Onlar  ürək  qan-damar  və  tənəffüs 

sistemi tərəfindən kəskin olmayan reaksiyalar törədərək əsasən normallaşdırıcı xarakter daşıyırlar. Bu 

cür hava vannaları bütün, hətta zəif xəstələr tərəfindən yaxşı keçirilir.  

Helioterapiya-günəş şüalarının müalicə proflaktika məqsədilə tətbiqidir. Burada əsas təsir edici 

amil  günəşin  uzunluğu  290-300mm  diapozonlu  elektromaqnit  şüalarıdır.  Görünən  şüalar  siqnal 

xarakterli rol oynayaraq görmə üzvünə təsir edir. Helioterapiya zamanı ultrabənövşəyi və infroqırmızı 

şüaların da orqanizmə təsiri baş verir. Dalğa uzunluğundan asılı olaraq infraqırmızı şüalar toxumaların 

4  mm-dən  4  sm  dərinliyinə  keçə  bildiyi  halda,  ultrabənövşəyi  şüalar  0,5-1mm  dərinlikdə  udulur. 

İnfraqırmızı  şüaların  əsas təsiri istilik effekti olduğu halda, ultrabənövşəyi şüalar toxumalarda daha 

mürəkkəb dəyişikliklər törədir.  

Ultrabənövşəyi  şüaların  bakterioloji  təsiri  vardır.  Bundan  başqa  ultrabənövşəyi  şüaların 

təsirindən dəridə D vitamini sintez olunur. Günəş şüalarının təsinindən infroqırmızı və gözlə görünən 

şüalar əvvəlcə dəridə hiperemiya, sonra isə ultrabənövşəyi şüalar eritema törədirlər. 3-4 gündən sonra 

hiperemiya sönür. Dəri kəpəkləyib tökülür. Dəridə piqmentasiya əmələ gəlir. Helioterapiya ümumi və 

yerli vanna şəklində təyin edilir. Vanna qəbulu zamanı xəstələr taxt üzərində uzanır. Başları mütləq 

kölgədə  olmalıdır.  Mövsüm  və  hava  nəzərə  alınmaqla  günəş  vannalarını  xüsusi  təchiz  olunmuş 





Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin