Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
26
ətrafın arxa səthi, aşağı ətrafın ön səthi, qarın, döş qəfəsi, yuxarı ətraflar, boyun. İri əzələlər çox massaj
edilir. Müddəti I gün 20-30 dəqiqədən başlayaraq axırda 60 dəqiqəyə çatdırılır. Proseduradan sonra 20-
30 dəqiqə istirahət etmək lazımdır. Massajı müalicəvi bədən tərbiyəsi və digər fizioterapevtik
proseduralarla bir yerdə tətbiq etdikdə müalicənin effektliyi yüksəlir.
MASSAJIN YARDIMÇI METODLARI
Vakum massaj-pnevmo massaj-Toxumalara sıxılmış, yaxud seyləşdirilmiş, havayla təsir
etməkdir. Bu növ massaj nəticəsində qan dövranı yaxşılaşır, qan və limfa axını sürətlənir, damarın
spazmı azalır, toxumalarda regenerasiya, qidalanma və mübadilə prosesləri aktivləşir, bağırsaqların
peristaltikası, sümüklərin bitişməsi tezləşir. Mənfi təzyiq nəticəsində kapilyar damarların divarları
partlayaraq nöqtəvari qansızmalar əmələ gəlir. İntfeksiya ocağına daxil olan neytrofil və makrofaqların
miqdarı artır ki, onlar da iltihab məhsullarını utilizasiya edərək toxumaların reperativ-regenerativ
proseslərini situmullaşdırır, yerli immuniteti fəallaşdırır, lokal qan dövranının və limfa axınının
artması hesabına hüceyrə arası boşluqlarda drenaj baş verərək toxumalarda ödemi azaldır.
Göstəricilər: Ostexondroz, mialgiya, radikulit, bağırsaq atoniyası, sümük sınıqları, prostatit
pielonefrit.
Əks göstərici:Piodermiya, furunkulyoz, abses, aşağı ətraf venaların genişlənməsi, fil ayaqlılıq.
Dostları ilə paylaş: |