Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
25
MÖVZU: 13
MASSAJ ĠLƏ MÜALĠCƏ
Müalicə üsulu kimi masaj qədimdən tətbiq olunur. Bu barədə Qədim Çin və Hind kitablarında
xatırladılır. Qədim yunanlar fiziki məşqlər zamanı masajdan həm də yorğunluğa qarşı vasitə kimi
istifadə etmişlər.
Müalicə-profilaktika məqsədilə orqanizmin toxumalarına xüsusi üsullar vasitəsilə göstərilən
mexaniki təsir masaj adlanır. Bu üsulların əsasını masajistin əlləri və aparatlar ilə aparılan sığallama,
sürtmə, təzyiq, titrəmə və s. təşkil edir.
Massaj təkcə müalicə-profilaktika və gigiyena məqsədilə deyil, eləcə də idman-məşq məqsədi
üçün tətbiq olunur. Müalicə massajı müxtəlif patoloji proseslərdə geniş surətdə istifadə olunur.
Gigiyenik massaj qarşısında orqanizmin sağlamlaşdırılması və xəstəliklərin qarşısını alma məsələləri
durur. Gigiyenik massaja bir də dəri funksiyasını yaxşılaşdırmaqdan ötrü aparılan kosmetik massaj
aiddir.
İdman massajı idmançılarda əzələlərin funksional qabiliyyətinin qaldırılması və yorğunluq halını
aradan qaldırma məqsədi daşıyır. Massajın bioloji təsirinin əsasını toxumalardakı mürəkkəb fiziki-
kimyəvi dəyişikliklər təşkil edir. Müxtəlif reseptorların qıcıqlanmasına cavab olaraq reflektor sinir-
damar reaksiyaları hasil olur. Massajın təsirindən beyin qabığında tormozlanma prosesləri qüvvətlənir
ki, bu da özünü proseduradan sonra törənən yuxuya meyllikdə göstərir. Massaj dozadan asılı olaraq
sinir sistemi oyanıqlığına müxtəlif təsir göstərir. Massajın ağrıkəsici təsiri sinir elementləri
oyanıqlığının aşağı düşməsilə izah edilir. Massaj süst və spastik ifliclər zamanı qan dövranını
yaxşılaşdırır, sinir oyanıqlığını və regenerasiyasını qüvvətləndirir, ağrı sindromunu azaldır.
Massaj əzələ atrofiyalarının əmələ gəlməsinin qarşısını alır. Massaj arterial qanın hərəkətini
asanlaşdırır və venoz qanın axıb getməsini sürətləndirir, ödemlər sorulur, ehtiyat kapilyarlar açılır,
onlara əlavə qan və oksigen gəlir. Limfatik damarlar istiqamətində ağır-ağır və ritmiki sığallama limfa
axınını sürətləndirir. Massajın təsiri nəticəsində oksidləşmə prosesləri qüvvətlənir, qaz və azot
mübadiləsi yüksəlir, vəzilərin sekretor funksiyası artır, diurez artır, sidik cövhəri, sidik turşusu,
natrium xlorid və digər duzların xaric olması çoxalır.
Massajın çoxlu üsulları var ki, onların əsaslarından sığallama, sürtmə, kəsmələmə, döyəcləmə,
vibrasiya sayılır. Sığallama barmaqların ovuc səthi ilə aparılır, bir qayda olaraq limfa və vena qan
axımı istiqaməti üzrə edilir. Hər bir massaj sığallama ilə başlayır və onunla qurtarır. Sürtmə 2, 3 və 4-
cü barmaqların əsas və orta falanqalarının arxa səthi və ovuc ilə aparılır. Kəsmələmədə məqsəd əzələ
toxumasına təsir göstərməkdir. Sürtmədən fərqli olaraq kəsmələmə zamanı toxumaların dərində
yerləşən layları hərəkətə gətirilir, əzələlər hər iki əlin baş və qalan barmaqları arasında tutulur, dartılır.
Döyəcləmə əlin kənarı və ya içi ilə bərabər qüvvə ilə endirilən zərbələrdən ibarətdir. Zərbələr bir-
birindən 2-3 sm məsafədə olmaqla dəqiqədə 160-200-ə qədər olur, növbə ilə hər iki əllə endirilir.
Vibrasiya əllər və xüsusi aparatlar vasitəsilə aparılır, dərinin və dəri altdakı toxumaların sürətlə,
bərabər qaydada əsdirici hərəkətlərinə deyilir. Massaj üçün otaq isti, hərarəti 200C-dən az olmayan
işıqlı, havası yaxşı dəyişilən olmalıdır. Uzun müddətli massaj zamanı dərinin qıcıqlanmaması üçün
adətən talk və ya vazelin tətbiq olunur. Düzgün aparılan masaj xəstədə ağrı deyil, xoşa gələn istilik
hissi doğurmalıdır.
Massajın müddəti müxtəlifdir: ətrafların məhdud sahələrindən ötrü 8-10 dəqiqə, qarın üçün 20
dəqiqə, ümumi massaj üçün 40-60 dəqiqə sayılır.
Dostları ilə paylaş: |