Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
23
duş kafedralarindan istifadə olunur ki, onun vasitəsi ilə suyun tempraturu və təzyiqi tənzimlənir.
Yağışvari duşlar xəstənin bədəninə deşiklərin diametrindən asılı olaraq, su və ya yağış və ya tor
şəklində tökülür, sarko duşu soyunmuş xəstə duş kafedrasından 3-3. 5 m məsafədə dayanır. Prosedura
arxadan daban nahiyyəsindən başlayaraq başa doğru aparılır, sonra ön tərəfə keşərək 1-2 dəfə
təkrarlanır. Ön tərəfə vuran zaman üzə, süd vəzlərinə və cinsiyyət orqanlarına diqqət verilməlidir.
Suyun temperaturu 36-37
0
C-dən başlayaraq 20
0
C-dək endirilməlidir.
Su altı duş masaj: soyundurulmuş xəstə 35-37
0
C dərəcə su tökülmüş xüsusi vannaya yerləşdirilir
xəstə 5 dəqiqə müddətində suya uyğunlaşdırılır. Sonra dəri səthindən 15-20 sm məsafədə
saxlanılmaqla şırınqa ilə ümumi masaj qaydalarına uyğun olaraq bədənə vurulur. Suyun təzyiqi verilən
nahiyəyə uyğun olaraq tənzimlənir, masajda olduğu kimi suyun istiqaməti periferiyadan mərkəzə
doğru təyin olunur. Müalicə hər gün və ya günaşırı olmaqla 20 dəqiqə 15 gün aparılır. ləri ayırd edilir.
VANNALAR. Vannalar su ilə müalicə üsulu olub, xəstə su içərisində yerləşdirilməklə müalicəvi
təsir edir. Bu, yerli və ümumi olmaqla iki yerə bölünür. Duşlardan fərqli olaraq xəstənin bədəninə
mexaniki, termiki və kimyəvi amillər bütün prosedura ərzində təsir edir. Kimyəvi tərkibinə görə: şirin
su, mineral, qazlı, aromatik, dərman maddəli və s ayırd olunur. Hərarətinə görə: soyuq 20 dərəcədən
aşağı, sərin 20-33 dərəcə, indiferent 34-37 dərəcə, isti 38-39 dərəcə və qaynaq 40 dərəcədən yuxarı
vanna növləri ayırd edilir. Şirin su vannaları ilə müalicə zamanı təsiredici amil termiki və mexaniki
təsirlərdir. Vannada isti suyun təsirindən daxili üzvlərə istilik axını artır ki, bu da suyun hərarətini
artırdıqca artır. Nəticədə orqanizmin kənarda qalan hissəsindən güclü tərləmə vasitəsilə istiliyin xaric
olması baş verir.
İsti suyun təsirindən baş beyin qabığında tormozlanma prosesi dərinləşir ki, bu da ürək
yığılmalarını azaldır, xarici tənəffüs dərinləşir və seyrəlir, qanda hemoqlobinin miqdarı və laxtalanma
artır, eozinofillər azalır. Soyuq su vannası təsirindən orqanizmdə istilik hasil olması artır, dəridə qısa
müddətli spazmdan sonra damarların genişlənməsi hesabına fəal hiperemiya baş verir. Soyuq suyun
təsirindən sinir sistemində oyanma baş verir.
Müalicənin verilmə texnikası: Bu zaman yerli, qurşağadək və ümumi vannalar şəklində qəbul
olunur. Suyun miqdarı müvafiq olaraq 30, 120-150, 200-250 litr götürülür. Vanna saxsı, plastmass,
emallı, paslanmayan polad və ya çuqundan hazırlanmış olur. Xəstəyə çox isti olmasın deyə suyun səthi
məməyə qədər olmalıdır. Proseduranın müddəti 12-15 dəq, hər gün və ya günaşırı olmaqla15-20
vannadır.
GöstəriĢlər: neyrosirkulyator distoniya, hipertoniya xəstəliyinin 1-ci, 2-ci dər., bronxial astma,
xroniki obstruktiv bronxit, nevralgiya, osteoxondroz, spastik ifliclər, xroniki qastrit, kolit, öd yollarının
diskineziyası, piylənmə, impotensiya, babasil.
Dostları ilə paylaş: |