iltihab prosesləri, onurğa beyni və onun qişalarının travmaları, polimielitin qalıq halları və s.
Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
22
MÖVZU: 12
SU ĠLƏ MÜALĠCƏ (HĠDROTERAPĠYA)
Su ilə müalicə və profilaktika şirin sudan istifadə edərək müalicə və profilaktika aparılmasıdır.
Su ilə müalicə proseduralarının təsir mexanizmində suyun bir necə fiziki xüsusiyyətlərinin əhəmiyyəti
vardır. Su fiziki mühit kimi ən yüksək istilik tutumuna malikdir. Müalicə profilaktikasında su həm
xarıcə həmdə daxilə istifadə olunur. Xaricə işlədilən zaman o, termiki, mexaniki və kimyəvi təsir edir.
Suyun termiki təsiri onun böyük istilik tutumu və istilik verməsi ilə təyin olunur. Su çox tez və hiss
olunacaq dərəcədə orqanizmə istilik vermə və alma təsirinə malikdir. Mexaniki təsir bir sıra
proseduralarda müxtəlifdir. Suyun təzyiqi ilə yanaşı onun qaldırma və sudan itələmə gücü də vardır ki,
buda Arximed qanununa əsaslanır. Şirin suyun kimyəvi təsiri çox azdır. Mineral tərkibli sularda bu
daha aydın müşahidə olunur. İndiferent temperaturda su sinir sisteminə sakitləşdirici təsir göstərir.
İsti vanna qəbul etdikdə oyanma prosesi zəifləyir, tormozlanma dərinləşir. Sərin və soyuq
ümumi vannalar isə sinir sistemini oyandırır. Onun funksional vəziyyətini yaxşılaşdırır. Orqanizmin
reaktivlik və uyğunlaşma imkanlarını artırır. Ümumi isti su prosedurası zamanı daxili üzvlərin qan
damarları dəri damarları ilə əks reaksiya verir. Belə ki, dəri damarları daralan zaman daxili üzvlərin
damarları genişlənir və əksinə. Su müalicəsini orqanizmə tətbiq etmək üçün aşağıdakı üsullardan
istrifadə edilir.
Bədənə su tökmə, yaş dəsmalla silmək, bükmə, kompreslər, duşlar və vannalar
Su tökmə;orqanizmə oyandırıcı və tonuslandırıcı təsir göstərir.
Ümumi və yerli üsülları vardır.
Ümumi su tökmə xəstə taxta barmaqlıqlar üstündə dayanaraq və ya hamamda cılpaq vəziyyətdə
oturmuş halda qəbul edir. 2-3 vedrə soyuq suyu xəstənin çiyinlərindən tökdükdən sonra bədəni quru
dəsmalla dəri zəif qızaranadək silirlər. Su tökmə zamanı vedrə çiyinə yaxın tutulmalıdırki, su bədənin
həm arxa həmdə qabaq tərəfinə eyni bərabərdə tökülsün. Preosedura hər gün və ya günaşırı aparılır.
Suyun temperaturun 34
0
-33
0
C-dən başlayaraq hər gün 1-2 dərəcə azaltmaqla 22
0
-21
0
C çatdırırlar.
Kurs müalicə 15-30 gündür.
Yerli su tökmə rezin boru yaxud bardaq vasitəsi ilə 16
0
-20
0
C temperaturda olan su bədənin ayrı-
ayrı nahiyələrinə tökülür. Yerli sutökmə əməliyyatları vazomotor pozğunluqlar, venaların
genişlənməsi çox tərləmə və yayındırıcı terapiya kimi, bronxial astma tutmaları zamanı daha çox
istifadə olunur.
Yaş dəsmalla silmək: Bu müalicə üsulu xəstələrə oyandırıcı və tonuslandırıcı təsir etdiyindən su
müalicələrinə başlamazdan əvvəl giriş kimi vəya sərbəst müalicə kimi istifadə oluunr. Dəsmalla silmək
əsasən revmatizm tutmaları zamanı, bədəni möhkəmləndirmək üçün və yorğunluq zamanı təyin
olunur. Bədənin ümumi silinməyini tibb bacısı və ya xəstə özü eləyir. İsladılaraq bərk sıxılmaqla suyu
çıxarılmış kətan mələfənin üstündən xəstənin bədəni istilik əmələ gələnədək cəld hərəkətlə silinir.
Mələfəni götürdükdən sonra xəstənin bədəninə az miqdarda su töküb, kobud qətvə ilə səliqə ilə
qurudurlar. Yaxşı effekt əldə etmək üçün suya duz, sirkə, spirt, odekolon və s əlavə oluna bilər.
Əməliyyatlar 3-5 dəqiqə davam etməklə 20-30 presudur təşkil edir.
Duşlar: orqanizmin müxtəlif şırınqayla istiqamətli temperaturla və təzyiqlə suyun vurulmasilə
aparılan müalicə üsuludur. Təzyiqlə dəriyə təsir edən su orada olan termo və mexano reseptorları
qıcıqlandırır, nəticədə dəridə olan peptidlərin miqdarı artır. Onlar da dərialtı arteriolların və dərinin
limfatik damarlarının tonusunu qısa müddətli dəyişir. Çox isti və qısa müddətli soyuq duşlar skelet
əzələlərinin və damarların tonusunu qaldırır. Ürəyin vurulma həcmini və qanın qovulma dövrünü
qısaldır. Arterial təzyiqi azaldır. Müalicənin verilmə texnikası verildiyi nahiyədən asılı olaraq duşlar
yerli və ümumi olur.
Mexaniki təsirinə görə ümumi duşların yağışvari, tozvari, iynəvari, dairəvi, yelpik vari, sırınqa
duşu və su altı duş masaj formaları ayırd olunur. Yerli duşlardan ən çox istifadə olunan aralıq və
yaxudda qalxan duşdur. Tempraturuna görə soyuq 20
0
C-də aşağı, sərin 20-34
0
C, indiferent 35-37
0
C
dərəcə, isti 38-39
0
C və qaynar 40
0
C-dən yuxarı olur. Duşlarla müalicə aparmaq üçün xüsusi qurğudan