Rbaycan respubl



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə57/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   52   53   54   55   56   57   58   59   60
Tibbi sosial reabilitasiya

I  mərhələdə  MBT  ilk  günlərdən  orqanizmin  tonusunun  yaxşılaşması,  ağırlaşmanın 

profilaktikası,  immobilizəedilmiş  ətrafın  trofikasının  yaxşılaşması,  əzələ  hipotrofiyası,  rigidliyin 

inkişafının qarşısının alınması üçün təyin olunur. Müalicəvi gimnastikaya statik və dinamik tənəffüs 

hərəkətləri, bütün əzələ qrupları üçün (immobilizasiya edilən ətraf əzələlərindən başqa) ümumi inkişaf 

etdirici  məşğələlər  aiddir.  Xüsusi  müalicəvi  gimnastika  olaraq  simmetrik  ətrafda,  travmalı  ətrafın 

immobilizasiya olunmamış oynaqlarında, zədələnmiş seqmentin əzələsində izometrik gərginlik üçün 

məşğələlər  tətbiq  olunur.  Dartınma  hərəkətlərinə  başladıqdan  10-12  gün  sonra  və  osteosintez 

əməliyyatından 2-3 gün sonra izotonik hərəkətlər təyin olunur (gün ərzinə 5-15 gərginləşmə 5-7 saniyə 

müddətində fasilələrlə boşalma üçün) . Müalicəvi gimnastika prosedurasının müddəti 20-30-dur, gün 

ərzində 2-3 dəfə. Paralel olaraq simmetrik ətrafda refleksogen zonada və zədələnmiş seqmentdə massaj 

aparılır.  

II  mərhələdə  xəstəyə  durmaq,  vestibulyar  aparatın  məşq  etdirilməsi,  əsa  ilə  hərəkət  etmə, 

gəzmənin  bərpa  edilməsi  üçün  MBT  təyin  olunur.  MBT-nin  xüsusi  hissəsində  zədələnmiş  ətrafın 

funksiyasının  bərpa  olunması,  trofikasının  normallaşdırılması,  qan  və  limfa  dövranının  bərpası, 

əzələlərin  möhkəmləndirilməsi,  oynaq  hərəkətlərinin  yaxşılaşması  məqsədi  güdülür.  Fiziki  yük 

tədricən məşğələlərin sayını və müddətini artırmaqla çoxalır. Aşağı ətraf zədəsində gəzmə, yuxarı ətraf 

zədəsində tutma funksiyasını inkişaf etdirən məşğələlər tətbiq edilir.  



III  mərhələdə  müalicəvi  gimnastika,  suda  fiziki  hərəkətlər,  mexanoterapiya,  əmək terapiyası, 

massaj, idman, oyun hərəkətləri tətbiq olunur. Bu mərhələdə pozulmuş funksiyanın maksimal bərpası, 

yeni hərəkət vərdişlərinin qazanılması vərdişləri güdülür.  

Onurğa  sınıqları-onurğa  beyninin  zədələnməməsi  şərtilə  döş  və  bel  fəqərələrinin  sınığında 

konservativ  müalicə  zamanı  MBT-nin  vəzifəsi  orqanizmə  ümumi  tonuslandırıcı  təsir  göstərmək, 

fəsadların profilaktikasıdır. MBT 4 etapda aparılır.  



I  etapda  (10-12  gün)  statik  və  dinamik  tənəffüs  hərəkətləri,  xırda  və orta əzələ qrupları üçün 

ümumi inkişaf etdirici hərəkətlər istifadə edilir. Ayaqlarla aktiv hərəkətlər sadə şəkildə və növbə ilə 

həyata  keçirilir  (yataqda  dabanı  sürüşdürmə)  .  Qarın  əzələlərində  qısa  müddətli  gərginlik  və  ürək 

əzələlərində izotonik gərginlik, döş şöbəsinin bükülməsi, çanağın dirsəklənərək qaldırılması və dizlərin 

bükülü vəziyyətində qaldırılması məsləhət görülür. Müalicəvi gimnastika arxası üstə yatmaqla fərdi 

olaraq  10-15  gün,  gündə  2-3  dəfə  aparılır.  Sınıq  nahiyəsində  ağrı  əmələ  gətirən  hərəkətlər  etmək 

olmaz.  

II etapda (30 günədək) əsas məqsəd əzələ korsetinin yaradılması, daxili orqanların fəaliyyətinin 

normallaşdırılması,  xəstənin  geniş  hərəkət  rejiminə  hazırlanmasıdır.  Ümumi  yükləmə hərəkətlərin 





Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin