Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
35
MÖVZU: 18
SĠNĠR SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNDƏ MBT
Sinir sistemi xəstəlikləri bir sıra hərəki pozğunluqlara səbəb ola bilər. Bunlara ifliclər, parezlər
və hiperkinezlər aiddir.
İflic (və ya plegiya) -hərəki funksiyaların tam itməsi, parez-hissəvi, yəni qismən itməsidir. Bir
ətrafın iflici monoplegiya, bir tərəfdə hər iki ətrafın iflici hemiplegiya, dörd ətrafın da iflic olması
tetraplegiya adlanır.
İfliclər süst və spastik ola bilər. Süst iflicdə iradi və qeyri-iradi hərəkətlər, vətər refleksləri tam
itir, əzələlər atrofiyaya uğrayır. Spastik iflicdə iradi hərəkətlər itir, əzələ tonusu və vətər refleksləri isə
güclənir.
Hiperkinezlər-fizioloji əhəmiyyət kəsb etməyən, qeyri-iradi, təhrif olunmuş hərəkətlərdir.
Bunlara qıcolmalar, atetoz (barmaqların və gövdə əzələlərinin yavaş və qurdabənzər yığılmaları- xəstə
yeriyərkən bədəni spiral kimi qıvrılır) və əsmələr aiddir.
Çox vaxt sinir sistemi xəstəliklərində hərəki pozğınluqlarla yanaşı hissi pozğunluqlar da
müşahidə edilir. Hissiyyatın tam itməsi anesteziya, azalması-hiposteziya, yüksəlməsi-hipersteziya
adlanır. Hissi pozğunluqlar ən çox periferik sinirlərin, onurğa beyninin və baş beyinin təpə nahiyəsinin
xəstəliklərində və zədələnmələrində rast gəlinir.
Orqanizmdə sinir sisteminin xəstəlikləri nəticəsində bir çox patoloji vəziyyətlər, xüsusilə trofik
pozğunluqlar meydana çıxır: daxili orqanların fəaliyyəti pozulur, dəri quruyur, çatlayır, yataq yaraları
əmələ gəlir, sümüklər kövrəkləşir və s. Sadalanan sinir sistemi xəstəlikləri müasir dövrdə uğurla
müalicə olunur. Xəstələrin müalicə və reabilitasiyasında müalicəvi bədən tərbiyəsi xüsusi rol oynayır.
MBT-nin köməyi ilə sinirlərdə pegenerasiya (bərpa) proseslərinə təkan verilir, bu da sinir keçiriciliyini
bərpa edir, pozulmuş hərəki və digər funksiyalar yaxşılaşır. Həmçinin, zədələnmiş nahiyədə sinirin
trofikası yaxşılaşır ki, nəticədə bitişmələr və çapıqlar kimi
deformasiyaların qarşısı alınır. MBT həm periferik sinirlərin
travmasında, həm də iltihabında tətbiq olunur. Əks-göstəriş xəstənin
ümumi vəziyyətinin ağır olması və şiddətli ağrılardır.
MBT məşğələləri baş beyinin və onurğa beyinin funksiyasını
bərpa edən müalicəvi-tərbiyəvi proses olub xəstənin mümkün qədər
aktiv iştirakı ilə aparılır. MBT məşğələləri fiziki təsirlə yanaşı xəstəyə
psixoterapevtik təsir göstərir, onun ümumi həyat tonusunu yüksəldir,
itirilmiş funksiyaların bərpasına və kompensasiyasına səbəb olur.
Nevrozlarda MBT-fiziki hərəkətlərlə yanaşı təbii amillərdən istifadə müalicənin effektini daha da
artırır. Müalicəvi gimnastika və tənəffüs gimnastikası xəstəliyin əsas patofizioloji təzahür formalarına
təsir edir, sinir proseslərini tənzimləyir və koordinasiya edir. Sinir sistemi ilə yanaşı ürək-damar,
tənəffüs, dayaq-hərəkət və s. sistemlərin də fəaliyyəti normallaşır.
İnsult zamanı MBT-hissi və hərəki funksiyalara təsir edir. Bu xəstələrdə tənəffüs gimnastikası
ağciyər ventilyasiyasını və xarici tənəffüsü yaxşılaşdırır.
Xəstələrdə MBT hərəkətləri tənəffüs gimnastikası ilə başlayır. 3-6 dəq ərzində xəstə dərindən,
aramla nəfəs alib-verir. Əgər bəlğəm varsa xəstə mütləq onu ifraz etməlidir. Xəstələrə həmçinin, gün
ərzində rezin şar üfürmək də məsləhət görülür.
Xəstəliyin ilk dövrlərində xəstə kifayət qədər aktiv deyilsə təlimatçının köməyi ilə passiv
tənəffüs gimnastikası icra edilir. Bunun üçün təlimatçı xəstənin yan tərəfində dayanır və əllərini onun
döş qəfəsinə qoyur. Xəstə nəfəs verdikdə təlimatçı döş qəfəsinə yüngül təzyiq edir və bununla
nəfəsveməni gücləndirir. Nəticədə tənəffüs aparatı qıcıqlanır və xəstə daha dərin nəfəs alır. 2-3
hərəkətdən sonra fasilə verilir, xəstə sərbəst 6-7 dəfə tənəffüs edir. Sonra təlimatçı yenidən nəfəsvermə
zamanı döş qəfəsinən digər nahiyəsinə təzyiq edir. Hər dəfə döş qəfəsinə təzyiq bir qədər artırılır.
Passiv tənəffüs gimnastikası sutkada 5-6 dəfə, 10-15 dəq aparılır.
|