Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   2   3   4   5   6   7   8   9   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

 

MÖVZU:  3 



 

AġAĞI  TEZLĠKLI  AġAĞI  GƏRGĠNLĠKLĠ  CƏRƏYANLA  MÜALĠCƏ: 

ELEKTRO  YUXU  TERAPĠYASI 

 

Aşağı tezlikli impulslu cərəyanın MSS-nə təsiri elektroyuxu adlanır. Tezliyi 1-150 hs, gücü 4-8 



ma-dir. Cərəyanın təsir mexanizmi impulslu cərəyanın birbaşa reflektor olaraq beyin qabığına təsiri ilə 

izah olunur.  

Elektroyuxu  beyin  qan  damarlarını  aktivləşdirir,  beyin  qabıqaltı  strukturun  və  vegetativ  sinir 

sisteminin mərkəzi şöbəsinin funksional vəziyyətinə müsbət təsir edir.  

Elektroyuxu müalicəsi sinir sistemi, psixi, ürək-qan damar sistemi, mədə-bağırsaq, ağ ciyər və 

dayaq-hərəkət üzvlərinin xəstəliklərində tətbiq edilir.  

Aparatlar: “Elektroson-1”, “Elektroson-2”, “Elektroson-3”, “Elektroson-4”. Müalicə vaxtı xəstə 

taxta uzanır və xüsusi maskanın  köməyi ilə müalicə qəbul edir. Bu maskalar 4 metal yuva vasitəsilə 

rezin  manjetə  birləşdirilir.  Bu  yuvalara nəm pambıq döşəkçələr qoyulur. Maskanı başa elə keçirmək 

lazımdır ki, elektrodlar bağlı göz qapaqlarının və gicgah çıxıntılarının üzərinə düşsün.  

Tibb bacısı xəstəyə izah etməlidir ki, elektrodların altında yüngül iynəbatma və ya vibrasiya hiss 

edəcək. Sonra aparat dövrəyə qoşulur. Xəstə eyni vəziyyətdə 30-60 dəqiqə uzanmalıdır. Kurs müalicə 

15-20  gündür.  Təkrar  müalicə  2-3  aydan  sonra  aparıla  bilər.  Uşaqlara  elektroyuxu  müalicəsi  3-5 

yaşdan sonra aparıla bilər. Elektroyuxu üsulu ilə eyni zamanda dərman maddələrinin elektroforezini də 

aparmaq mümkündür. Bu elektroyuxuforez adlanır.  

Göstəriş:  nevrasteniya,  reaktiv  və  astenik  vəziyyət,  yuxu  pozğunluqları,  serebrosklerozun 

başlanğıc dövrü, neyrosirkulyator distoniyanın hipertoniya tipi, mədə və 12 barmaq bağırsağın xora 

xəstəliyi, bronxial astma, neyrodermit, ekzema, enurez, yanıqlar, stomatit və hamilə qadınların doğuşa 

hazırlığı.  

Əks-göstərişlər:  göz  və  göz  qapaqlarının  iltihabi  xəstəlikləri,  epilepsiya,  nevrozun  isteriya 

forması, yüksək hərarət, dekompensasiya olunmuş ürək çatmamazlığı, hipertoniyanın III-IV  dərəcələri, 

fərdi olaraq eleltrik cərəyanını pis keçirmə.  





Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin